Vahan (Bizans komandiri)

Vahan (erm. Վահան) — erməniəsilli Bizans hərbi rəhbəri. Onun 636-cı ildə Yərmuq döyüşündən az sonra öldürüldüyü güman edilir.

Vahan
erm. Վահան
Şəxsi məlumatlar
Doğum tarixi VI əsr
Vəfat tarixi 636
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Rütbəsi general
Döyüşlər Yərmuq döyüşü (636) 

Emesa[1] qarnizon komandiri olmuş və 602–628-ci illər Bizans–Sasani müharibəsi zamanı hərbi magistr vəzifəsində çalışmış erməniəsilli Vahan Yərmuqda ümumi səhra komandiri idi. Vahan və onun qüvvələrinin bir hissəsi döyüşün özündə məhv olmaqdan qaçmışdır, lakin sonradan Dəməşqə geri çəkilərkən ərəb mobil mühafizəçiləri tərəfindən təqib edilmiş və öldürülmüşdür. Buna baxmayaraq, digər mənbələrdə rüsvay olmuş Vahanın Sinaydakı monastıra təqaüdə çıxa biləcəyi bildirilmişdir.[2]

Ərəb mənbələri digər Roma sərkərdələri ilə müqayisədə Vahanın "nəcib və saleh davranışını" vurğulayır.[3] Vahanın və ya onun əsgərlərinin Yərmuqdan əvvəl imperator İrakliyə qarşı üsyan etdiyinə dair iddialar məğlubiyyətin günahını onun üzərinə yıxmaq üçün hazırlanmış qarayaxma olduğu ehtimal edilir.[4]

  1. Lua xətası modul Modul:In_lang, sətir 41: attempt to call local 'name_from_tag' (a nil value). Bartikyan, Hrach. «Վահան» (Vahan). Armenian Soviet Encyclopedia. vol. xi. Yerevan: Armenian Academy of Sciences, 1985, p. 243.
  2. Crawford, Peter. The War of the Three Gods: Romans, Persians and the Rise of Islam. Pen & Sword. 2013. səh. 132.
  3. El-Cheikh, Nadia Maria. Byzantium Viewed by the Arabs. Cambridge, Massachusetts: Harvard Center for Middle Eastern Studies. 2004. ISBN 978-0-932885-30-2. 2024-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-01.
  4. Kaegi, Walter Emil. Byzantium and the early Islamic conquests. Cambridge: Cambridge University Press. 1995. ISBN 978-0-521-48455-8.