Vahid Məmmədov (12 aprel 1973, Dağ Tumas, Cəbrayıl rayonu – 13 avqust 1992, Xocavənd rayonu) — şəhid.
Vahid Məmmədov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 12 aprel 1973 |
Doğum yeri | |
Vəfat tarixi | 13 avqust 1992 (19 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
Məmmədov Vahid Əmrah oğlu 12 aprel 1973-cü ildə Cəbrayıl rayonunun Dağ Tumas kəndində anadan olmuşdur. Dağ Tumas kəndi Cəbrayılın axarlı-baxarlı ulu yurd yerlərindəndir. Tumas atadan baxanda üzü Araza tərəf uzanan Gəyənin sinəsində üzümlüklər, taxıl zəmiləri, otlaq yerləri bir xalının əlvan naxışlarına bənzəyir. Bəlkə də torpaqlarımızın üstə qəfildən başlayan “erməni tufanı” olmasaydı, həmyerliləri kimi Vahiddə Dağ tumas camaatı ilə birlikdə taleyini torpağa bağlayacaq idi. Elə bu niyyətlə də 1988-ci ildə kənd məktəbinin səkkizinci sinfini bitirən kimi Sarıçallı kəndindəki 131 №-li texniki-peşə məktəbinə üz tutdu.Məqsədi mexanizator olub torpaqla ömürlük ülvət bağlamaq idi.
1990-cı ildə təhsilini tamamlayan kimi Sovet Ordusu sıralarına çağırdılar.Həmən illərdə yurdumuzda 20 Yanvar qırğını törədən bu orduya hələ çağırışlar davam etməkdə idi.Çoxları ümid edirdi ki, 1941-1945-ci illərdə faşizmi diz çökdürən bu ordunun ağlı başına gələcək.Nankor erməni quzğunlarına ibrət dərsi verməklə yurddaşlarımızı soyqrımdan, didərginlik müsibətindən qurtaracaq bu “xilaskar ordu". Möcüzə baş verməli və qanlı keçmişi ilə günbəgün gözdən düşən bu ordu Qarabağda, onun hüdudlarında ermənilərə canbir-dilbir oldu. Bütün bunları qürbətdə-Ukraynanın Rostov şəhərində əsgər yoldaşları ilə birgə izləyən Vahid Məmmədov “Orda doğma ellərimizdə erməni quduzlarının axıtdığı, yurdumuzu taladığı bir vaxtda burda qala bilmərəm”-deyib doğma respublikamıza qayıtdı.
Onun atası Əmrah kişi də Böyük Vətən Müharibəsi zamanı SSRİ adlı Vətənin müdafiəsində iştirak etmiş, müharibə veteranı idi. Ona görə də azğın ermənilərin ölkəmizi talamasına-işğal etməsinə dözə bilmirdi.
O, 1991 -ci ili mart ayının əvvəlində doğma kəndi Dağ tumasa gəldi. ”Belə bir vaxtda qeyrəti olan hər kəsin yeri səngər olmalıdır”-deyib rayon hərbi komissarlığına müraciət etdi və könüllülərin sırasına qoşuldu.Onun Cəbrayıldakı döyüş yolu 1991 -ci ilin martın 15-dən başlayır. O vaxtlar cəsurluğu ilə fərqlənən təkcə Cəbrayılda yox, həmdə Azərbaycanda ad çıxaran polkovnik-leytenant Rəşid Məmmədovun şəxsi igidliyi, döyüşü dostları ilə birlikdə Vahidə də qol-qanad verirdi. O, R.Məmmədovun rəhbərliyi altında aprel-iyul döyüşlərində yaxından iştirak etməklə Cəbrayılın ulu torplaqları Hadrut rayonu ərazisində) Zamzur, Banazur, Dolanlar, Daşbaşı, Hərəkül, Ağcakənd, Mülkədərə və s kəndlərin alınmasında şəxsi igidliklər göstərdi.
Cəbrayıl torpaqlarının müsibətli günləri əslində ötən ilin iyun ayında başlamışdı.Rayon mərkəzinin şimal səmtindəki Şayaq yüksəkliyinin əldən verilməsi Cəbrayıl faciəsinin başlanması oldu. Şayaq kəndində və burdakı yüksəkliyə sahib olmaq cəhdi uğursuzluqla nəticələndi.Bu savaşda onlarla gəncəli, sabirabadlı, qəbələli, cəbrayıllı döyüşçü şəhid oldu.Bütün bunları duyduqca Vahid qəzəbindən qovrulur, düşməndən qisas alacağı günü gözləyirdi.
Şişdağın yamacında Ağ yolun üstündəki Sur kəndində güclü istehkam yaradan erməni faşistləri rayonun Süleymanlı, Qışlaq, Qaracallı, Balyand kəndlərini müntəzəm olaraq atəş altında saxladılar. Cəbrayıl batalyonunun igid döyüşçülərinin cərgəsində Vahid Məmmədovda Sur əməliyyatlarında fəal iştirak etdi.
1992-ci ilin avqustun 13-ü Məmədov Vahid Əmrah oğlu vətən uğrunda gedən döyüşlərdə şərəfli br ölüm-şəhidlik zirvəsinə ucaldı. O, Şişqaya ətrafına kəşfiyyata gedərkən 2 nəfər döyüşçü dostu ilə bərabər mühasirəyə düşdülər. Onlar sonuncu gülləsinə qədər döyüşə-döyüşə mühasirədən çıxmağa çalışdılar. ”Ağ Yolun” üstündəki daşlı-cınqıllı yamacda Vahid namərd erməni gülləsinə tuş gəldi və qəhrəmancasına şəhid oldu.
Üç tərəfdən Tumas ataya sığınan Dağ Tumasın ulu qəbirstanlığında bir şəhid məzarı var. Bu ömrünün 19-cu baharında torpaqlarımızın azadlığı uğrunda canından keçən Məmmədov Vahidin məzarıdır. Vətənə məhəbbət qurmuş bir igidin nişanıdır!