Vahimə — Natiq Rəsulzadənin ssenarisi əsasında[1] Rüfət Əsədovun filmi.
Psixoloji dram janrında olan bu film həyatda baş verən dəyişikliklərdən sarsılmış bir sənətçinin taleyi haqqında danışır.
- 1)1998-ci ildə
- Quruluşçu rejissor Rüfət Əsədova rejissor işinə görə "Bakılı" beynəlxalq cəmiyyətinin "Humay" Mükafatı verilmişdir.
- 2)1998-ci ildə Lorken (Fransa) şəhərində XXII Beynəlxalq qısametrajlı psixoloji filmlər kinofestivalı
- Bədii filmdə inandırıcı ab-hava yaratdığına görə quruluşçu rejissor Rüfət Əsədova münsiflər heyətinin xüsusi Prizi verilmişdir.
Film yazıçı Natiq Rəsulzadənin "Yuxu" hekayəsinin motivləri əsasında çəkilmişdir.[2]
Film Lümyer qardaşlarının Qızıl fonduna daxil edilmişdir.
Film rejissor Rüfət Əsədovun quruluşçu rejissor kimi kinoda ilk işidir.
- Ssenari müəllifi: Natiq Rəsulzadə
- Quruluşçu rejissor: Rüfət Əsədov
- Quruluşçu operator: Yuri Varnovski
- Quruluşçu rəssam: Adil Azay
- Rejissor: Ötkəm İsgəndərov (Ötkəm İskəndər kimi)
- Bəstəkar: Rauf Əliyev
- Səs operatoru: Teymur Abdullayev
- Qrim rəssamı: Elbrus Vahidov
- Redaktor: Vaqif Məmmədov
- Filmin direktoru: Ədalət Yunusov
- Bədii rəhbər: Eldar Quliyev
- Rejissor assistenti: Vüqar Kamranoğlu (titrlərdə yoxdur)
- Fuad Poladov — musiqiçi
- Abbas Qəhrəmanov — ruhi xəstə
- Ayaz Salayev — psixiatr
- Firdovsi Atakişiyev — musiqiçinin tanışı
- Arif Kərimov — televizorda çıxış edən (titrlərdə yoxdur)
- Eldəniz Rəsulov — musiqiçinin tanışı (Firdovsi Atakişiyev) (titrlərdə yoxdur)
- "Azərkinovideo" İstehsalat Birliyi
- ↑ Natiq Rəsulzadə. Ev. Bakı: Çənlibel, 2012.
- ↑ Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 367.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 320.