Val-de-Marna Müasir İncəsənət Muzeyi (fransız dilində:Musée d’Art Contemporain du Val-de-Marne) — Fransanın paytaxtı Paris şəhərindən bir qədər aralı, Val-de-Marn departamentinin Vitri-syur-Sen şəhərinin İstiqlaliyyət meydanında yerləşən müasir incəsənət muzeyi.
Val-de-Marn Müasir İncəsənət Muzeyi | |
---|---|
Musée d’Art Contemporain du Val-de-Marne | |
Əsası qoyulub | 2005 |
Açılış tarixi | 2005 |
Mövzu | Müasir incəsənət muzeyi |
Ölkə | |
Yerləşir | Fransa, Val-de-Marn departamentinin Vitri-syur-Sen şəhəri |
Ziyarətçi sayı | 70 000 [1] |
Telefon | +33-1-43-91-64-20[2] |
48°47′34″ şm. e. 2°23′14″ ş. u. | |
macval.fr | |
Vikianbarda əlaqəli mediafayllar |
Val-de-Marna Müasir İncəsənət Muzeyi 2005-ci ildə təşkil olunmuşdur. Arxitektor Jak Riponun layihəsi əsasında yaradılmış muzeyin 13 000 m²-lik ərazini əhatə edir. Muzeydə 150 nəfərlik kinozal da fəaliyyət göstərir.
Muzeyin kolleksiyasına 1950-ci illərdə və bizim günlərədək fransız rəssamları və heykəltəraşları tərəfindən yaradılan mindən çox incəsənət əsəri daxildir. Muzeyin ziyarətçilərinin sayı 70 min nəfəri ötmüşdür [1].