Valdorf salatı (ing.Waldorf salad) — acı bibər ilə mayonez və ya limon suyu əlavə edilmiş ətirli kərəviz kökü və yunan qozu, nazik çöplər (orijinal) və ya köklərdən (müasir mətbəx) və turşaşirin almadan hazırlanan klassik amerikan salatı. Qozun digər növləri əlavə olunmasına icazə verilir. Həmçinin təzə üzüm və ya kişmiş əlavə edilə bilər[1].
Valdorf salatı ilk dəfə 14 mart 1896-cı ildə[2] Müqəddəs Məryəm Uşaq Xəstəxanasının şərəfinə xeyriyyə üçün Nyu-Yorkdakı Valdorf otelində düzəldilmişdir.[3][4] Valdorfun metrdoteli Oskar Tsikiri həmin yeməyi inkişafında və yeni reseptlərə ruhlandırmada böyük rol oynadı. 1896-cı ildə "Valdorfun Oskarı" tərəfindən salat "Kulinariya kitabı" (ing.The Cook Book) adlandırdıldı[5]. Orijinal reseptdə qoz-fındıq yox idi, lakin 1928-ci ildə Kulinariya kitabında reseptə onlar da əlavə edildi[6].