Valefor 2008-ci ildə İzmir, Türkiyədə qurulmuş depressive black metal, suicidal black metal, zaman-zaman ritual dark ambient tərzdə fəaliyyət göstərən musiqi proyektidir. "Valefor" sözü qurucusunun dediyinə görə qaranlığı simvolizə edir. Bütün alətlər və vokalda ifa Sargathusa məxsusdur. Sargathus, qədim zamanlarda atəşə ibadət edən qövmlərin öz canlarını almağa gəldiklərinə inandıqları bir növ iblis adıdır. Ümumilikdə, depressiv, qaranlıq, intihar, bədbinlik, ümidsizlik kimi mövzular üzərində işləyir. Sözlərə yer verilmir, ara-sıra qışqırıqlar, ağlayış depressiv auranın daha qabarıq ifadə olunmasına imkan verir. Qrup Bethlehem, Xasthur kimi qruplardan təsirlənib. Məhz ona görədir ki, Sargathus Malefic(Xasthur) kimi konsert verməyəcəyini və fəaliyyətdə olduğu müddətcə üzv sayının 1 nəfər olaraq qalacağını bildirir.