Valeri Çkalov (2 fevral 1904, Novqorod vilayəti – 15 dekabr 1938, Moskva) — Qızıl Ordu səma qüvvələrinin komandiri (1938)[1], Sovet İttifaqı Qəhrəmanı (1936)[1], Sosialist Əməyi Qəhrəmanı (1934), "Lenin" ordeni laureatı (1930)[1], "Qırmızı əmək bayrağı" ordeni (1932)[1], "Fəhlə-Kəndli Qırmızı Ordusunun XX illiyi" yubiley medalı (1937)[1].
Valeri Çkalov | |
---|---|
rus. Валерий Павлович Чкалов | |
Doğum tarixi | |
Doğum yeri | Novqorod, Rusiya imperiyası |
Vəfat tarixi | (34 yaşında) |
Vəfat yeri | Moskva, RSFSR, SSRİ |
Vəfat səbəbi | Şəhid olmuşdur |
Dəfn yeri | |
Həyat yoldaşı | Olqa[1] |
Uşaqları |
İqor[1] Valeriya[1] Olqa[1] |
Atası | Pavel Çkalov[1] |
Anası | İrina Çkalova[1] |
Fəaliyyəti | pilot, Test pilotu, siyasətçi |
Fəaliyyət illəri | 1919–1938[1] |
Partiyası | |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Valeri Pavloviç Çkalov 2 fevral 1904-cü ildə Novqorod vilayətində anadan olmuşdur [2][3][4]. Atası Pavel Pavloviç Çkalov emalatxanada işləyirdi. Anası İrina İvanovna Çkalova evdar qadın idi. 1910-cu ildə anası İrina İvanovna Çkalova vəfat etdi.[5] O vəfat edəndə oğlu Valerinin 6 yaşı var idi.[6]
Yeddi il Valeri ibtidai məktəbinə oxumağa getdi. Orta təhsil almış, amma gözəl yaddaşı və yaxşı riyazi qabiliyyəti ilə seçilirdi. Sakit, təmkinli xarakter daşıyırdı. Bir çox həmyaşıdları kimi, yaxşı üzürdü. 1916-cı ildə məktəbi bitirdikdən sonra atası onu texnikumda təhsilini davam etdirmək üçün onu göndərir. Lakin 1918-ci ildə məktəb müəllimlərinin çatışmazlığı və maddi çətinliklər üzündən oxuya bilmədi.Valeri evə qayıtdı və atasının yanında köməkçi kimi işləməyə başladı, sonralar ocaqçı işləməyə başladı.
Valeri Çkalov 1919-cu ildə təyyarənin yığılması təlimi ilə əlaqədar Novqorada gedib. Valeri 15 yaşında könüllü olaraq işə başlayıb çilingər-quraşdıranı kimi təyyarəçinij yanında şagird kimi işləməyə başlayıb.
1921-ci ildə Çkalov SSRİ-nin təyyarə məktəbinin yönəldilməsinə nail olub. O, 1922-ci ildə təhsilini bitirdikdən sonra, təyyarəçilərin hərbi aviasiya məktəbinə göndərilmişdir. O, ilk dəfə "Avro 504" təyyarəsində ilk müstəqil pilot kimi işə başladı. Məktəbi bitirdikdən sonra, 1923-1924-cü illərdə hərbi təyyarəçilərin hazırlanması təcrübəsinə uyğun olaraq, yo, Moskva hərbi-aviasiya məktəbdə yüksək pilotaj təlim keçib, orada hərbi təyyarələr, qırıcıların yığılmasını mənimsəyib. Ali aviasiya məktəbində bomba atmanı və hava döyüş atışı kimi pilotaj təlim gördü.
Təlimçi A.İ.Jukov Çkalovun aşağıdakı xarakteristikasını vermişdir:
«Çox yaxşı attestasiya ilə təhsilini bitirmişdir. Təyyarəçi və çox sakit adam idi. Nizam-intizamı pozmayan insan idi...»
1924-cü ilin iyununda hərbi qırıcı təlim üçün Leninqrad şəhərində xidmət keçmək üçün göndərilib. Xidmət zamanı o, məğrur və cəsur təyyarəçi kimi özünü göstərib [7][8]. Riskli uçuşlar edib, buna görə dəfələrlə tənbeh alıb. Onun haqqında olan "Valeri Çkalov" filmi çəkilib. Filmin rejissoru və ssenaristi Yevgeni Barisenkodur [9].