Valeri Anatolyeviç Astaxov (ukr. Валерій Анатолійович Астахов; d. 6 avqust 1964, Slavuta, Xmelnitski vilayəti, Ukrayna SSR) — ukraynalı aktyor və teleaparıcı. Ukraynanın əməkdar artisti (1998).[1]
Valeri Astaxov | |
---|---|
Валерій Анатолійович Астахов | |
Doğum tarixi | |
Doğum yeri | Slavuta, Xmelnitski vilayəti, Ukrayna SSR, SSRİ |
Milliyyəti | ukraynalı |
Vətəndaşlığı |
SSRİ→ Ukrayna |
Fəaliyyəti | aktyor, teleaparıcı, quruluşçu rejissor, konfransye |
Fəaliyyət illəri | 1987-h.h. |
Təhsili |
|
Mükafatları | |
IMDb | ID7120970 |
Valeri Astaxov Xmelnitski vilayətinin Slavuta şəhərində anadan olmuşdur. Karpenko-Karıy adına Kiyev Dövlət Teatr İncəsənəti İnstitutunu bitirmişdir. 1987-ci ildən Yeni Alkasar teatrının aktyorudur. 1988-ci ildən etibarən şouların, konsert proqramlarının müəllifi, quruluşçu rejissoru, aparıcısı kimi çıxış edir. 1991-ci ildən Ukrayna Dövlət Estrada-Simfonik Orkestrinin konfransyesidir.
1997–1998-ci illərdə müğənni Pavel Zibrovun estrada konsertlərinin aparıcısı olmuşdur. "Hop-lya", "Qutu oyunu", "Ağ qarğa", "Qızıl qaz" kimi yumoristik televiziya layihələrində iştirak etmişdir. Muxtarın qayıdışı teleserialında sahə polisi Dyatlo obrazı ilə məşhurluq qazanmışdır.
2018-ci ildən etibarən YouTube platformasında aktyor Vladimir Yamnenko ilə birlikdə "A-dan Z-yə lətifələr" adlı layihənin həmmüəllifidir.