Valeri Şotayeviç Meladze (əsl adı: Valeri Şotayeviç Meladze; 23 iyun 1965, Batumi, Acar, Gürcüstan) — sovet və Rusiyada gürcü pop-müğənnəsi, prodüser və aparıcıdır. Rusiya Federasiyasının (2006)[1], Çeçenistanınxalq artistidir (2008). Krasnaqorsk şəhərinin Ümumi platasının üzvüdür[2][3]. Rusiyanın üçdəfə "Ovation" mükafatı, "İlin mahnısı", "Qızıl Qrammafon" mükafatlarının birincisi, yeddi dəfə "Muz-TV" mükafatı, dörd dəfə RU.TV.Steen-nin qalibi olmuşdur[4][5].
Batumidə 1965-ci ilin 23 iyun 1965-ci ildə anadan olmuşdur[6]. Valideynləri Şota və Nelli Meladze mühəndisdilər. Ümumiyyətlə onun ailəsinin, yaxınlarının musiqi təhsili yoxdur: nənə, baba, ata və ana hamısı mühəndis idilər. Onun bir qardaşı və bir bacısı var. Qardaşı 1963-cü ildə olmuş, adı Konstantin, bacısı isə 1968-ci ildə anadan olmuş və adı Lianadır. Valeri qardaşına nisbətən çox tez-tez xəstələnən uşaq olub. Burada musiqi məktəbində fortopiano təhsili alıb. Məktəbdə heç də yaxşı oxuyan şagird olmayıb. Nənəsi və babası o cümlədən də valideynlərinin mühəndis olduğu üçün sənənlərini mühəndislik universitetinə təqdim edir. O Ukraynanın Nikolay Gəmiqayırma institutuna mexanik mühəndis fakültəsinə daxil olur. Məktəbi bitirdikdən sonra telefonçu işləyir.[7] Valerinin qardaşı Konstantin 1985-ci ildə "Aprel" musiqi qrupu yaradır. Valeri boş vaxtlarında ona qoşulur. Müəyyən müddətdən sonra həmin qrupunun vokalçısı olur.
1989-cu ildə S.O.Makarova adına Nikolay gəmiçilik institutuna daxil olur. 1994-cü ildə namizədlik dissertasiyasını müdafiə edibdi[8].
1989-cu ildə qardaşı ilə birlikdə "Dialoq" qrupuna d[9] axil olur və 1993-cü ildə oranı tərk edir. 1992-ci ildə "Ulduz axşam"ı konsertində solo ifa edir. Meladzenin bütün mahnıları və aranjimanı qardaşı Konstantin Meladzeyə məxsus idi[10]. 1993-cü ildə Yevgeni Fridlyand prodüseri olur[11]. 1993-cü ilin dekabrında Alla Puqaçovanın dəvəti ilə "Yeni il axşamı" proqramında "Limbo" mahnısını oxuyur.[12] 1995-ci ildə ilk solo kasseti çıxır (Sera). 1996-cı ildə ikinci "Sonuncu romantik" kasseti işıq üzü gəlir[13].
1998-ci ildə "Ağ pərvanənin sambası" adlı albomu çıxır. 1999-cu ildə "Hər şey belə oldu" 2003-cü ildə "Neqa" isə adlı solo koseti çıxır.[14]
2005-ci ildən "Novaya volna" musiqili proqramında juri kimi çıxış edir.
2008-ci ilin sonunda "Vopreki" kasseti işıq üzü görür. 2015-ci ildə Valeri Meladzenin 50 illik yubileyi ilə əlaqədar "BM və VM" albomu işıq üzü görür[15].
2000-ci ildə qardaşlar Ukrayna-Rusiya pop qrupu yaratmaq qərarına gəlirlər. Beləliklə, onların Viaqra qrupu ilə iş birliyi başlayır. Bu dövrdə Valeri öz işində pauza verir. 2004-cü ildən yenidən həmin fikri dəstəkləyir və Viaqra qrupu ilə bir neçə mahni yazdırır. Onlardan ən uğurlusu "Притяжения Больше Нет" mahnının mənası "Səni heç nə saxlamır" və "Океан и Три Реки" mənası (okean və üç çay) deməkdir (in 2003). Eyni ildə "Nastalji" albomunu çıxardır. "Komediyaçı" filmində çəkilməyə başlayır. Filmin rejisoru Fedor Bondarçıkdır. O ölkədən kənardan beynəlxalq aləmdə 11 konsert verir ki, bunlarında hamısı anşlaqla qarşılanır.