Valeri Ulyanişşev

Valeri Ulyanişşev (27 dekabr 1898, Voronej - 6 dekabr 1994) — Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü (1972), Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi (1974), biologiya elmləri doktoru, professor (1952), akademik[1][2]

Valeri Ulyanişşev
Valeri Ulyanişev İvanoviç
Doğum tarixi 27 dekabr 1898(1898-12-27)
Doğum yeri
Vəfat tarixi 1996 və ya 6 dekabr 1994(1994-12-06) (95 yaşında)
Vəfat yeri
  • bilinmir
Elmi dərəcəsi
Elmi adı professor
İş yerləri
Təhsili
  • Voronej Dövlət Aqrar Universiteti[d]
Üzvlüyü
Mükafatları "Oktyabr inqilabı" ordeni "Qırmızı əmək bayrağı" ordeni
"Lenin" mükafatı Azərbaycan SSR Dövlət mükafatı Azərbaycan SSR əməkdar elm xadimi

Valeri Ulyanişşev 27 dekabr 1898-ci il Voronej şəhərində anadan olmuşdur. Ali təhsilini 1924-cü ildə Voronej Kənd Təsərrüfatı İnstitutunda almışdır.[2]

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Valeri Ulyanişşev əmək fəaliyyətinə 1925-ci ildə rus mikoloqu, Rusiyada göbələklərin ilk təyin­edicisinin tərtibçisi və Rusiya EA-nın müx­bir üzvü A.A.Yaçevskinin Mikoloji labo­rato­ri­ya­sında laborant vəzifəsin­də başla­mışdır. Daha sonra 1927-ci ildə mədəni bitkilərin xəstəlik törədicilərini öyrənmək məqsədi ilə Azərbaycan SSR Torpaq Xalq Komissarlığının xahişi ilə Azərbaycana dəvət edilmiş və elə həmin ildən Zaqafqaziya Xalq Komissarlığının Bitkilərin mühafizəsi şö­bə­sində Fitopatologiya laboratoriyasının əsasını qoymuş və ona rəhbərlik etmişdir. 1937-ci ildə işləmək üçün Botanika İnstitutuna dəvət olunan V.İ.Ulyanişev İbtidai bitki­lərin sistematikası şöbəsinin əsasını qoymuş və 1992-ci ilədək şöbəyə rəh­bərlik etmiş.[2]

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Valeri Ulyanişşev Azərbaycanın mikroflorasına dair fundamental araşdırmalar aparmış, bu sahədə mühüm nailiyyətləri ilə respublikada biologiya elminin aktual problemlərinin öyrənilməsinə, eləcə də kənd təsərrüfatı üçün böyük əhəmiyyətə malik bir sıra məsələlərin həllinə sanballı töhfələr vermişdir[1]

Valeri Ulyanişşev 1940-cı ildə fəlsəfə doktoru, 1952-ci ildə elmlər doktoru elmi dərəcəsini almışdır. 1952-ci ildə professor elmi adına layiq görülmüşdür. O, 1968-ci ildə Azərbaycan SSR EA-nın müxbir üzvü, 1972-ci ildə həqiqi üzvü seçilmişdir. Valeri Ulyanişşevin rəhbərliyi altında 12 fəlsəfə və 3 elmlər doktoru hazır­lanmışdır.[2]

  • "Azərbaycan mikoflorası"
  • "SSRİ sürmə göbələklərinin təyinedicisi" (1968-1978)
  • "SSRİ pas gö­bə­lək­lərinin təyinedi­cisi" (akademik V.F.Kupr­eviçlə birlikdə)[2]

Valeri Ulyanişşev 6 dekabr 1994-cü ildə vəfat etmişdir.[2]

  • Lenin mükafatı (1964)
  • "Qırmızı Əmək Bayrağı" ordeni
  • Əməkdar elm xadimi (1974)[2]

23 noyabr 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Akademik V.İ.Ulyanişşevin 120 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır[1].

  1. 1 2 3 president.az. ""Akademik V.İ.Ulyanişşevin 120 illiyinin qeyd edilməsi haqqında" [[Azərbaycan Respublikası Prezidenti]]nin [[23 noyabr]] [[2018-ci il]] tarixli [[Sərəncam]]ı" (az.). president.az. 23.11.2018. İstifadə tarixi: 2018-11-23.
  2. 1 2 3 4 5 6 7 "Ulyanişev Valeriy Ivanoviç" (Azərbaycan). science.gov.az. 15-09-2021 tarixində arxivləşdirilib.