Valeriana

Pişikotu (lat. Valeriana) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinə aid bitki cinsi.

Pişikotu
Elmi təsnifat
Beynəlxalq elmi adı

200-ə yaxın bioloji növü özündə cəmləşdirir. Latın dilində adı valere — "sağlam olmaq" sözündən götürülüb. Azərbaycanda 8 növünə rast gəlinir.

Botaniki xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Çoxillik ot bitkisi olub, hündürlüyü 2m-ə qədərdir . Kökümsovu qısa, şaquli, çoxsaylı əlavə kökləri olmaqla, uzunluğu 20sm-dir. Birinci il kökətrafı uzun yarpaqları çətir əmələ gətirir. İkinci il çiçəkəmələgətirən gövdə əmələ gətirir. Gövdəsi düzqalxan, sadə, yuxarı hissədən budaqlanan, içiboş, silindrik, şırımlı, çılpaq və ya aşağı hissəsi tükcüklüdür. Yarpaqları qarşı-qarşıya, cüt olmayan, xətti-neştərşəkilli və ya yumurtavari, iridişcikli seqmentdən ibarətdir. Aşağı yarpaqları saplaqlı, yuxarı yarpaqları isə oturaqdır. Çiçəkləri kiçik, tutqun çəhrayıdan, bənövşəyi rəngə qədər dəyişir. Zirvədə geniş qalxanvari süpürgəşəkilli gövdələri toplanılır. Bu bitkinin müxtəlif növləri – adi valerian (V. officinalis L.), bataqlıq valerianı (V. palustris Kqeyeq), parlaq valerian (V. nitida Kqeyeq), rus valerianı (V. rossica Sm.) vardır.

Valerian sahilboyu ərazilərdə, sucaq kolluqlarda, yarğanlarda, bozqırlarda, çəmənliklərdə, müxtəlifotluqlarda və rütublətli yerlərdə bitir.

Erkən yazdan vegetasiya başlayana qədər toplanıla bilər. Kökümsov və kökləri və yerüstü hissələri toplanıldıqdan sonra 20 dəqiqə ərzində yuyulmalıdır. Sonra 3–5 sm qalınlığında sərilməlidir. Kökümsov və kökləri quruducu şkafda 35°С temperaturda qurudulmalıdır. Qurudulma zamanı bükülməməli və qatlanmamalıdır.

Bütöv və doğranmış kökümsovlarının uzunluğu 4 sm, qalınlığı 3 sm, yumşaq, ürəkvari, içiboş, oyuqlu və köndələn istiqamlətli arakəsmədən ibarətdir. Kökümsovunun bütün tərəflərində çoxsaylı nazik əlavə kökləri vardır. Bəzən yeraltı gövdəsi stolonlardan ibarət olur. Kökümsovları hamar, düz, müxtəlif uzunluqlu olub, qalınlığı 3 mm-ə bərabərir. Kökümsov və köklərinin rəngi xaricdən sarımtıl-qəhvəyi, sınmış halda sarımtıldan tünd qəhvəyiyə qədər dəyişir. Güclü aromat iylidir. Ədviyyəli və şirin-açıtəhər dadlıdır.

Efir yağli xammal olduğundan saxlanılmasına düzgün riayət etmək lazımdır. Belə ki, quru yerdə kisə və taylarda saxlanılmalıdır. Saxlanılma müddəti 3 ildir.

Tərkibi və təsiri

[redaktə | mənbəni redaktə et]

Xammalın meyvələrinin tərkibində 1,4% efir yağı, əsas komponent olan linalool (50–80%) pinen, heranilol və 20% qədər yağlı piy vardır.

Kökündə efir yağı (valerian borneol efiri), izovalerian turşusu vardır. Bitkinin tərkibində alkoloidlər (valerin, xatinin), valerid qlükozidi, saponinlər, aşı maddələri və üzvi maddələr vardır. Aptekdə bir neçə formada satılır.

Nevroz, sinir sistemi ilə bağlı halsızlıqlarda daha çox istifadə edilir. Hipotenziv və spazmolitik xüsusiyyətinə görə hipertoniya xəstəliyində, kardionevroz və stenokardiya zamanı istifadə edilir. Valerian spastik kolitlərdə, xroniki ishal, mədə-bağırsaq nevrozunda da müvəffəqiyyətlə tətbiq edilir. Qalxanvari vəzinin hiperfunksiyası, bədənin əsməsi (xoreya), epilepsiya və erkən klimakterik şikayətlər zamanı valerianı qəbul etmək olduqca yaxşı təsir edir. Eyni zamanda iştahsızlıq, orqanizmin möhkəmləndirilməsində öd, mədə və mədəaltı vəzi sisteminin xəstəliklərində də tətbiqi çox yaxşı səmərə verir. Köklərində 2%-ə qədər efir yağı, borneol, izovalerian turşusu, kamfen, pinen və digər terpenlər vardır. Köklərində bolluca efir yağları, valerian turşusu, xatinin alkaloidi, valerin qlükozidi, aşı maddələr, üzvi turşular və şəkər vardır. Sinir sistemini sakitləşdirir və spazmolotik təsir göstərir. Sinir mənşəli halsızlıqlarda, ürək-damar nevrozunda, ürəkdöyünmədə, ekstrasistolada, meteorizm və qəbizliklərdə tətbiq edilir. Termosda 1 xörək qaşığı köklərindən 1 stəkan qaynanmış suda gündə 3–4 dəfə, hər dəfə 1/3 stəkan qəbul edilir. Toz şəklində kökləri 1–2 q olmaqla, gündə 3–4 dəfə yeməkdən əvvəl qəbul edilə bilər. Tinktura valerianı (T-ae Valeriane) yeniyetmə və gənclər gündə 2–3 dəfə 20–30 damcı, uşaqlar isə yaşdan asılı olaraq qəbul edə bilərlər. Efirli valerian məhlulunu 15–30 damcı gündə 2–3 dəfə, quru valerian ekstraktı 1–3 həb gündə 2–3 dəfə, inciçiçəyi – valerian – adonizid damcısı 15–20 damcı gündə 2–3 dəfə, möhkəmləndirici çayı (1 hissə valerian kökü, 2 hissə yarpız yarpaqları, 2 hissə üçyarpaq yonca və 1 hissə mayaotu) qəbul etmək çox faydalıdır. Digər qarışıqların tərkibində də karvolol (valokardin), zelenin damcısı, mədə çayı və s. vardir.

1 xörək qaşığı 2 stəkan qaynanmış suda dəmləyib, gündə 2–3 dəfə qəbul edilir.

Bu preparatın uzunmüddətli qəbul edilməsi həssaslıq və adətetmə halı törədir. Enterkolitin kəskinləşməsi, qlomerulonefrit zamanı preparatı qəbul etmək məsləhət görülmür. Preparatı 1,5–2 ay qəbul etmək insanda diskomfort hallar, baş ağrısı, halsızlıq, mədə-bağırsaq traktında xoşagəlməz duyğular törənir.