Valiyyə Kazımbəyli

Valiyyə Kazımbəyli (1900, Yelizavetpol1947, Afina) — Gəncə üsyanının iştirakçısı, Milli Birlik Məclisinin üzvü, Cahangir bəy Kazımbəylinin həyat yoldaşı.[1][2]

Valiyyə Kazımbəyli
Doğum tarixi 1900
Doğum yeri
Vəfat tarixi 1947
Vəfat yeri
Vəfat səbəbi Təyyarə qəzası
Dəfn yeri Feriköy məzarlığı
Həyat yoldaşı
Atası Hüseynqulu xan Xoyski

Həyatı və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Valiyyə Kazımbəyli 1900-cü ildə Gəncə şəhərində anadan olub. Fətəli xan Xoyskinin qardaşı general Hüseynqulu xan Xoyskinin qızıdır.[3] Polkovnik Cahangir bəy Kazımbəyli ilə ailə həyatı qurub. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti dövründə müxtəlif vəzifələrdə çalışıb. Gəncə üsyanında iştirak edib.[4] Üsyan məğlub olduqdan sonra Türkiyəyə mühacirət edib. II Dünya müharibəsi illərində Valiyə xanım almanlara əsir düşmüş Varşava hərbi xəstəxanasında yatan xəstə, yaralı əsgərlərə kömək etmişdir. Qardaşı Zahid xan öz xatirələrində bacısı haqqında bunları qeyd edir:[5]

" Bacım Valiyə xanım Varşavadakı evimizdə Yardım Komitəsi qurdu, xəstəxanalarda olan azərbaycanlılara əlimizdən gələn yardımı etdik. Mən şəxsən həftədə iki-üç dəfə gedərək bizim vətəndaşlarla danışır, onların mənəvi vəziyyətlərinə dəstək verirdim. Komitəmiz İsveçrə “Qızıl xaç” təşkilatından gələn hər növ yardımları onlara paylayır, bacım bəzi çox xəstə olan əsgərlərə evdə yemək bişirib özü aparırdı. "

1943-cü ildə Berlində keçirilən ümumazərbaycan qurultayında yaradılmış Milli Birlik Məclisinin üzvü olub. 1947-ci ildə "Milli Birlik" təşkilatının xüsusi tapşırığını yerinə yetirmək üçün Romadan Türkiyəyə göndərilir.[6] O, burada II Dünya Müharibəsindən sonra Türkiyədə sığınacaq tapıb gizlənən yüksək rütbəli azərbaycanlı zabitləri SSRİ əks kəşfiyyatının əlindən qurtarmaq üçün onları Romaya aparmalı idi. Türkiyədə olarkən atası Hüseynqulu xanın və qardaşı İsgəndər xanın köməyi ilə hərbçi azərbaycanlılara saxta sənədlər düzəldərək 1947-ci ilin aprelin 26-da təyyarə ilə İstanbuldan Romaya yola salınır. Valiyyə xanımla birlikdə 12 nəfər yüksək rütbəli zabitin olduğu təyyarə Afina üzərində müəmmalı şəkildə qəzaya uğrayır.[7][8] Valiyyə xanım Kazımbəyli İstanbulun Feriköy məzarlığında dəfn edilib.[1][9]

  1. 1 2 Xanlar Bayramov. Gəncə üsyanı 1920. Bakı: Ləman Nəşriyyat Poliqrafiya. 2010. səh. 105.
  2. Vətənindən qaçmalı oldu, əsirləri xilas etdi: Valiyyə Kazımbəyli haqqında maraqlı faktlar
  3. "Fətəli xan Xoyskinin qardaşı nəvəsi: "Əli bəy Hüseynzadə üç il evimizdə gizli fəaliyyət göstərib"". sozcu.info. 25 noyabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 noyabr 2019.
  4. "Xanımı ilə birgə vuruşan, Cümhuriyyət zabitinin faciəvi həyatı". modern.az. 19 yanvar 2018. 25 noyabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 noyabr 2019.
  5. "Misir kralının teleqrafı, qəzaya uğrayan təyyarə - Xanxoylu ailəsi". peyk.az. 27 sentyabr 2019. 25 noyabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 noyabr 2019.
  6. Ceyhun Nəbi. Sovetlərlə üz-üzə. Bakı: Alatoran . 2018. səh. 89. ISBN 978-9953-8068-4-5.
  7. Nəsiman Yaqublu. Azərbaycan Milli Azadlıq Hərəkatı Ensiklopediyası. Bakı: Qanun Nəşriyyatı. 2018. səh. 119. ISBN 978-9952-36-521-4.
  8. Hafiz Əhmədov. "Babam bəlkə də zəhərlənərək öldürülüb" – Kazımbəyli və Xoyskinin İtaliyadakı biznesmen varisi". hafiztimes.com. 3 sentyabr 2019. 25 noyabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 noyabr 2019.
  9. Dilqəm Əhməd. "Sovet kəşfiyyatının öldürdüyü - İki azərbaycanlı". teleqraf.com. 22 may 2018. 25 noyabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 noyabr 2019.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]