Valter Şoniya

Valter Şoniya (rus. Ва́льтер Шо́ния; 22 mart 1936) — Rusiya dövlət xadimi, diplomat. 1992–1995-ci illərdə Rusiya Federasiyasının Azərbaycanda Fövqəladə və Səlahiyyətli səfiri olmuşdur.

Valter Şoniya
rus. Ва́льтер Шо́ния
2 mart 1992 – 25 iyun 1995
PrezidentBoris Yeltsin
Əvvəlkivəzifə təsis edilib
SonrakıAleksandr Bloxin
Şəxsi məlumatlar
Doğum tarixi (88 yaş)
Təhsili MDBMİ
Fəaliyyəti diplomat

Valter Şoniya 22 mart 1936-cı ildə anadan olub. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunuSSRİ Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasını bitirib. 1964-cü ildən diplomatik fəaliyyətə başlayıb.[1]

1964-1975-ci illərdə SSRİ XİN-nin Orta Şərq ölkələri şöbəsində, SSRİ-nin Türkiyə səfirliyində və İstanbul Baş konsulluğunda çalışıb. 1980-1986-cı illərdə SSRİ XİN-nin Orta Şərq ölkələri şöbəsində birinci katib, SSRİ-nin Laos səfirliyində və SSRİ XİN-nin Orta Şərq ölkələri şöbəsində məsləhətçi vəzifələrini tutub. 1986-1992-ci illərdə SSRİ XİN-nin Orta Şərq ölkələri şöbəsində ekspert və SSRİ-nin Türkiyə səfirliyində müşavir kimi çalışıb.[1]

1992-ci il martın 2-də Boris Yeltsinin sərəncamı ilə səfir statusu alıb və Bakıya göndərilib.[2] Valter Şoniya 1995-ci il iyun ayının 26-na qədər Azərbaycanda səfir kimi çalışıb.[3] O, ölkə tarixində həmin illərdə baş verən ən önəmli ictimai-siyasi hadisələrin şahidi olub, danışıqlarda iştirak edib.

Valter Şoniya Moskvaya geri çağırıldıqdan sonra qısa müddətdə təqaüdə çıxıb.

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Ailəlidir, iki övladı var.[4]

Diplomatik rütbəsi

[redaktə | mənbəni redaktə et]

Fövqəladə və səlahiyyətli səfir (18 mart 1992).[5]

  1. 1 2 "Шония Вальтер Александрович". Personize.ru. 2014-02-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-10-10.
  2. Указ Президента Российской Федерации от 02.03.1992 № 219 «О назначении Шония В.А. Чрезвычайным и Полномочным Послом Российской Федерации в Азербайджанской Республике»
  3. Указ Президента Российской Федерации от 18.03.1992 № 275 «Об освобождении Шония В.А. от обязанностей Чрезвычайного и Полномочного Посла Российской Федерации в Азербайджанской Республике»
  4. "ШОНИЯ ВАЛЬТЕР АЛЕКСАНДРОВИЧ". Eurasian-defence.ru.
  5. Указ Президента Российской Федерации от 18.03.1992 № 275 «О присвоении Шония В.А. дипломатического ранга Чрезвычайного и Полномочного Посла»

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]