Vampirin gündəlikləri (V mövsüm)

Vampirin gündəlikləri teleserialının V mövsümünün çəkiləcəyi CW tərəfindən 11 fevral 2013-cü ildə elan edilmişdi.[1] Beşinci mövsümün premyerası 3 oktyabr 2013-cü ildə baş tutmuş[2] və mövsümün final seriyası 15 may 2014-cü ildə efirə verilmişdir.


V Mövsüm
DVD üz şəkli
DVD üz şəkli
ÖlkəABŞ
Seriya sayı22
Ekranlaşdırma
Orijinal kanalThe CW TV
Orijinal efir3 oktyabr 2013 (2013-10-03) – 15 may 2014 (2014-05-15)
Mövsüm xronologiyası
← Əvvəlki
IV mövsüm
Sonrakı →
VI mövsüm
Vampirin gündəlikləri teleserialının seriyaları

Məzmunu[redaktə | mənbəni redaktə et]

Beşinci mövsümdə hadisələr ABŞ-nin Virciniya ştatındakı uydurma Mistik Folls şəhərində baş verir. Mövsümdə əsas diqqət Yelena Gilbert (Nina Dobrev), Stefan (Pol Uizli) və Deymon (Yan Somerhalder) Salvatore qardaşları arasındakı sevgi üçbucağına ayrılmışdır.

Rollarda[redaktə | mənbəni redaktə et]

Əsas heyət[redaktə | mənbəni redaktə et]

İkinci heyət[redaktə | mənbəni redaktə et]

  • Olqa Fonda - Nadya Petrova
  • Rik Kosnett - Dr. Ues Maksfild
  • Maykl Malarkey - Enzo Sent-Con
  • Şaun Sipos - Aaron Uitmor
  • Penelopa Mitçell - Oliviya "Liv" Parker
  • Kris Broşu - Lyuk Parker
  • Marqarit Makİntir - Şerif Elizabet "Liz" Forbs
  • Kendrik Sempson - Cessi
  • Canina Qavankar - Qetsiya "Tessa"
  • Keytlin MakHyu - Sloan
  • Raffi Barsumyan - Markos

Xüsusi qonaq[redaktə | mənbəni redaktə et]

  • Jasmin Qay - Şeyla Bennett

Xüsusi görüntü[redaktə | mənbəni redaktə et]

  • Devid Anders - Con Gilbert
  • Sara Kanninq - Cenna Sommers
  • Daniel Gillies - Elayca Mayklson
  • Bianka Lavson - Emili Bennett
  • Cozef Morqan - Klaus Mayklson

Qonaq[redaktə | mənbəni redaktə et]

  • Rik Vorti - Rudi Hopkins
  • Metyu Devis - Alarik Zoltsman
  • Kayla Evell -Viki Donovan
  • Klayr Holt - Rebeka Mayklson
  • Sabrina Mayfild - Diana Friman
  • Hans Obma - Qreqor
  • Ceyson MakDonald - Qreyson Gilbert
  • Heyli Kiyoko - Meqan Kinq
  • Nataniel Buzoliç - Kol Mayklson
  • Hezer Hemmens - Meggi Ceyms
  • Ariel Kebbel - Aleksiya "Leksi" Brenson
  • Lana Yanq - Mrs. Duqlas
  • Tamara Ostin - Mariya

Seriyalar[redaktə | mənbəni redaktə et]

Serialda
No.
Mövsümdə
No.
Başlıq Rejissor Ssenari müəllifi Orijinal efir vaxtı İstehsal
kodu
ABŞ izləyiciləri
(milyon)
901 Mən bilirəm keçən yay nə etmisən Lens AndersonKerolayn Drays3 oktyabr 2013 (2013-10-03)2J75012.59[3]
Deymonla birlikdə keçirilən ehtiraslı yay günlərindən və dirilmiş Cereminin yeni həyata uyğunlaşa bilməsinə əmin olduqdan sonra, Yelena, Uitmor kollecinin yataqxanasına köçməsi ilə əlaqədar narahatdır. Hələ də Boninin yay tətili üçün getdiyini və qısa müddət sonra onlara qoşulacağını düşünən Kerolayn və Yelena, Meqan adlı qızın onlarla birlikdə qalacağını bildirməsinə təəccüblənirlər. Qəfildən Salvatorelərin malikanəsində peyda olan Ketrin Deymona yalvararaq ondan kömək istəyir. Artıq insana çevrilmiş Ketrin, əsrlər ərzində qazandığı çoxsaylı düşmənləri üçün asan ova çevrilmişdir. Yay tətilini Avropada keçirmiş Mett və Rebekka Mistik Follsa geri dönür və Avropada qarşılaşdıqları Nadya adlı sirrli qızdan bəhs edirlər. Yelena hiss edir ki, Stefana nəsə olub, Saylas isə şəhərin mərkəzi meydanında təşkil edilmiş ziyafətdə qəddar şou hazırlayır. 
912 Doğru yalanlar Coşua BatlerBrayan Yanq10 oktyabr 2013 (2013-10-10)2J75022.14[4]
Stefanın itməsini Yelenaya deməyən Deymon qardaşının tapılmasına kömək etmək üçün şerif Forbsa müraciət edir. Yelena və Kerolayn kampusdakı qətlin arxasında kimin dayandığını müəyyənləşdirməyə çalışır, Uitmorun tələbələrindən biri olan Cessi adlı qız isə Yelenaya professor Ues Maksfild haqqında maraqlı məlumat verir. Yenidən həyata uyğunlaşamağa çalışan Ceremi Bonnini görən və onunlda danışa bilən yeganə adamdır. Lakin, o, Bonnini inandıra bilmir ki, başqalarına da onun Cereminin həyatı üçün özünü qurban verdiyini demək lazımdır. Saylasın Ketrini axtarıdığını öyrənən Deymon, Mett və Ceremiyə ona nəzarət etməyi tapşırır, lakin, tezliklə vəziyyət nəzarətdən çıxır. Nadya planını həyata keçirmək üçün qəddarlığa əl atırır. 
923 Doğuşdan gələn günah Cessi VarnMelinda Hsu Teylor & Rebekka Sonnenşayn17 oktyabr 2013 (2013-10-17)2J75032.93[5]
Yuxuda Deymonun onların köməyinə ehtiyacı olduğunu görən Yelena və Ketrin Deymonun yanına gələrək ondan kömək istəyirlər. Lakin, Stefanın keçmişi haqqında hər şeyi bilən sirli gənc xanım Tessa onların planına maneə olur. Tessa gələcəyə hesablanmış sirrli keçmişin üstünü açır. O, həm də Deymonun gələcəyi haqqında təsirli xəbər verir. Saylasın Ketrinin ovuna çıxması Mettin həyatı üçün təhlükəli hal yaradır. Deymon və Yelena yeni həyəcanlandırıcı reallıqla üz-üzə qalırlar. 
934 Zənglər kimin üçün çalır Maykl AllovitzBrett Mettyus& Elisabet R. Finç24 oktyabr 2013 (2013-10-24)2J75042.63[6]
Mistik Folls Xatirə gününü qeyd edir, həmin müddətdə Deymon və Yelena Stefana özünə gəlməyə kömək etməyə çalışsalar da, vəziyyətə nəzarəti itirirlər. Mett nəyə görə yaddaşını itirdiyini xatırlamağa çalışır. Kerolayn yeni rəfiqəsi Cessini yaxından öyrənməyə çalışır. Cereminin etirafı Deymonu şoka salır. Professor Maksfildin planını həyata keçirməyə başlaması ilə vəziyyət kökündən dəyişir 
945 Monsterlərin balı Kelli SayrusSonni Postiglione31 oktyabr 2013 (2013-10-31)2J75052.07[7]
Elena və Deymon Uitmorun kostyumlu tarixi balına Anna Boleyn və VIII Henrix kimi qatılırlar. Balda Maksfildlə rəqs edən Yelena ondan xoş olmayan məlumatlar öyrənir. Balın əvvəlində sonsuz xoşbəxt olan Kerolaynın balın sonuna yaxın ürəyi sınır. Bu arada, Nadya Ketrinə öz keçmişindən danışır, Deymon isə Saylasla razılıq əldə etməyə çalışır. Saylas Deymondan inanılmaz bir şey etməsini tələb edir və bu tələb qarşıdurmaya səbəb olur. 
956 Möhkəm tut Ceffri HantKerolayn Drays & Holli Briks7 noyabr 2013 (2013-11-07)2J75062.59[8]
Yelena və Deymonun Stefana Amarın hekayəsini izah etməyə çalışdığı müddətdə, kotor Ues Ketrinə qəribə məlumat verir. Ketrini axtaran Nadya gəlib Kerolaynın otağına çıxır. Amarla söhbətdən sonra Bonni və Ceremidə ümid yaranır. Saylas vədini yerinə yetirmir və yeni planını gerçəkləşdirmək üçün Deymon Tessaya müraciəət edir. Stefan, Deymon və Yelenaya etiraf edir. 
967 Ölüm və qız Lesli LibmanRebekka Sonnenşayn14 noyabr 2013 (2013-11-14)2J75072.72[9]
Yelena və Kerolayn kollecdə ziyafət təşkil etmək qərarına gəlsə də, onların planını Kerolaynın köməyinə ehtiyacı olan Cessi pozur. Yelena Deymondan xahiş edir ki, Uesi suallara cavab verməyə məcbur etsin, nəticədə Deymon gizli cəmiyyət haqqında dəhşətli məlumat öyrənir. Ziyafətdə Yelena Aaron ilə ümumi dil tapır və onların çoxlu ortaq cəhətləri olduğunu başa düşür. Kerolayn getdikcə daha çox Cessi üçün narahat olur. Boni yeni reallığa uyğunlaşmağa çalışır. 
978 Kampusda ölü adam Rob HardiBrayan Yanq & Neyl Reynolds21 noyabr 2013 (2013-11-21)2J75082.67[10]
Yelena və Kerolayn kollecdə ziyafət təşkil etmək qərarına gəlsə də, onların planını Kerolaynın köməyinə ehtiyacı olan Cessi pozur. Yelena Deymondan xahiş edir ki, Uesi suallara cavab verməyə məcbur etsin, nəticədə Deymon gizli cəmiyyət haqqında dəhşətli məlumat öyrənir. Ziyafətdə Yelena Aaron ilə ümumi dil tapır və onların çoxlu ortaq cəhətləri olduğunu başa düşür. Kerolayn getdikcə daha çox Cessi üçün narahat olur. Boni yeni reallığa uyğunlaşmağa çalışır. 
989 Kamera Kris QraysmerMelinda Hsu Teylor5 dekabr 2013 (2013-12-05)2J75092.36[11]
Ketrinə dəstəyini təklif edən Stefan, öz ağrılarını gizlətməyə çalışır, Kerolayn Stefana kömək etmək istəyir. Kerolayn qarşısında günahını yumağa çalışan Yelena, Deymonun başına gələnlərdən narahat olduğuna görə kömək üçün Aarona müraciət edir. Deymon keçmişdə məruz qaldığı vəhşi əzablardan bəhs edərkən, Yelena ailəsinin keçmişi haqqında öyrəndiyi qorxunc məlumatları bölüşür. Prifessor Ueslə danışıqdan sonra, Aaron məcburən planını həyata keçirməyə başlayır. 
9910 Qreysonun 50 çaları Kelli SayrusKerolayn Drayson12 dekabr 2013 (2013-12-12)2J75102.44[12]
Deymon Yelenanın təhlükədə olduğunu başa düşdükdə, Stefandan onu tapmağa kömək etməyi xahiş edir. Qardaşlar Aaronun yanına gəlirlər və burada Deymon Stefana Aaronun ailəsinin mənşəyindən bəhs edir. Deymonu dayandırmağa çalışan professor Ues gizli silahını tətbiq edərək, Deymonu çoxdan geridə qalmış keçmişini xatırlamağa məcbur edir. Bu arada Uitmor kollecinin keçmişi ilə bağlı professor Uesin etiraflarını eşidən Yelena heyrətlənir. Ketrin əvvəlcə kömək üçün Mettə müraciət etsə də, sonradan Nadyanın da onun problemlərini həll edə biləcəyini başa düşür. 
10011 500 illik tənhalıq Kris QraysmerCuli Plek & Kerolayn Drays23 yanvar 2014 (2014-01-23)2J75112.72[13]
Ketrin, 1490-cı ilin qorxunc gecəsini xatırlayır; həmin gecə onun dünyaya gətirdiyi uşaq elə həmin andaca əlindən alınmışdı. Stefan, Yelena, Kerolayn və Bonniyə ketrinin səhhətinin pisləşməsini xəbər verir. Nadya anasını xilas etmək üçün yeni plan fikirləşir, Stefan və Yelena isə ona kömək etməyə məcburdur. 
10112 İçindəki şeytan Kelli SayrusBrett Metyus & Sonni Postiglione30 yanvar 2014 (2014-01-30)2J75122.42[14]
Yelena, onun bədənini idarə etməyə çalışan Ketrinlə mübarizə aparır. Nadyanın dəvət etdiyi yad adamın etdiyi cadu nəticəsində isə Yelenanın bədəni tamamilə Ketrinin nəzarəti altına keçə bilər. Lakin, ritual zamanı Yelena bədəninə nəzarəti qaytara bilir. O, Nadya və yad adamı öldürməyə çalışaraq qaçır. Cadunun oxunmasından sonra Yelena Ketrinin bütün xatirələrini görməyə başlayır. O, Deymonla barışmağa çalışsa da, Ketrin Yelenanın bədəni üzərində nəzarəti ələ keçirərək Deymonla münasibətləri qırır. Kerolayn Yelenaya deyir ki, heç kim mükəmməl deyil, o, Deymonla münasibət qura bilər və özünün Klausla əlaqəsindən danışır. Bunu eşidən Tayler Kerolaynla dalaşır. 
10213 Qəlb tutması Darren GenetRebekka Sonnenşayn & Holli Briks6 fevral 2014 (2014-02-06)2J75132.16[15]
Ketrin Yelenanın bədənində həyatdan zövq alır. Uitmor kollecində “Qırılmış qəlblər” balı keçirilir, Kerolayn Yelena və Bonini onunla bala getməyə razı salır. Keçmiş həyat tərzinə qayıdan Deymon vvəlcə Aaronu öldürür, növbəti qurban kimi isə professor Uesi seçir. Onu tapmaq üçün Deymon və Enzo Bonini axtarış cadusu edə biləcək cadugər tapmağa məcbur edirlər. Professor Ues axtarışlarını davam etdirir və bu işdə ona yad – Sloan kömək göstərir. Tayler görür ki, Nadya Mettin fikirlərinə təsir etməyə çalışır. Deymon və Enzo profesorun yanına gəldikdə onları yadlar qarşılayırlar. Ues Deymona iynə vurur və bundan sonra Deymon vampir qanı içmək istəyir. 
10314 Çıxış yoxdu Maykl AllovitzBrayan Yanq27 fevral 2014 (2014-02-27)2J75142.03[16]
Deymon yeni çevrilmiş vampirlərin qanları ilə qidalanır, Enzo isə ona kömək edir. Deymonun vəziyyətini öyrənən Stefan onunla görüşüb danışmaq qərarına gəlir, Ketrin bu işdə ona köməyini təklif edir. Yadların köməyi ilə Deymon və Enzonu evdə həbs edən Ues, Deymonun Enzonu öldürməmişdən əvvəl nə qədər dözəcəyini yoxlamaq istəyir. Nadya Metti Ketrin haqqında öyrəndiklərini unutmağa məcbur edir, Kerolayn və Tayler ona mane olurlar, Stefan Deymonu tapır və hər şey Ketrinin planlaşdırdığı kimi getmir. Kerolaynla danışan Stefan əslində Yelena və Ketrinə nə olduğunu başa düşür. 
10415 İtmiş qız Lens AndersonMelinda Hsu Taylor6 mart 2014 (2014-03-06)2J75152.19[17]
Taylerin dişləməsindən ölən Nadya Ketrinin axtarışına sərf etdiyi həyatını xatırlayır. Bu arada Ketrin Nadya üçün dərman hazırlamaq məqsədi ilə Uesə müraciət edir. Stefan Deymona başa salır ki, əslində Yelena yox, Ketrin onunla münasibətləri kəsib. Kerolayn, Tayler, Mett və Stefan Ketrini öldürərək Yelenanı azad etməyi planlaşdırırlar. Boni və Ceremi Yelenanı tapacaq cadu etmək üçün Livə müraciət edirlər. Zirzəmidən çıxan Deymon antidot üçün Uesin yanına gedir. Nadya ölür, Stefan yadların xəncəri ilə Ketrini öldürür. 
10516 Sən yatanda Paskal VerskurisKerolayn Drays20 mart 2014 (2014-03-20)2J75162.28[18]
Boninin xahişi ilə Liv Yelenanı yay zamanı boş olan kampusda həbs edir. Stefan və Deymon Yelenaya onun bədəni Ketrinin təsiri altında olduğu zaman nələr baş verdiyini danışır. Professorun laboratoriyasında antidot axtaran Kerolayn onun diktofon yazısını tapır. Burada o, Enzo ilə rastlaşır, Enzo ona yadların köməyini təklif edir. Bunun əvəzinə o, Stefanın sonuncu ekizini tapıb öldürməyi təklif edir. Stefanın yaddaşını saxlamaq üçün Kerolayn bu işi araşdırmağa başlayır. 
10617 Məni xilas et Lesli LibmenBrett Metyus & Nil Reynolds27 mart 2014 (2014-03-27)2J75171.73[19]
Kerolayn və Enzo Stefanın əkizi Tom Everini öldürmək çün Atlantaya yola düşürlər. Uzun axtarışlardan sonra onlar Tomu tapırlar lakin, Kerolayn onu öldürə bilmir, buna görə də onun əvəzinə bu işi Enzo görür. Deymon Yelenanı qaytarmağa çalışsa da, ikinci mümkün qədər uzaq durmağa çalışır. Mistik-qrill barında Liv və Cereminin söhbətini dinləyən Deymon öyrənir ki, yadlar Stefan və Yelenanı öz məqsədləri üçün istifadə etməyə çalışırlar. Yelenanı yadlardan qorumağa çalışan Ceremi Livlə anlaşmaya gəlir. 
10718 Şər yuvası Pol UizliBrayan Yanq & Kerolayn Drays17 aprel 2014 (2014-04-17)2J75181.66[20]
Yelena və Stefana birlikdə görünən alternativ gələcəkdə onlar vampir olmadıqlarını, birlikdə yaşadıqlarını və ailə qurduqlarını görürlər. Deymon Enzo ilə Yelenayla olan münasibətlərini müzakirə edir, Enzo isə çoxdan sevdiyi xanımı tapmaq istədiyini deyir. Bonini nənəsi digər tərəfdə qəribə hadisələrin baş verməsi haqqında onu xəbərdar edir. Ceremi ilə danışmağa çalışan Boni, onun Livlə işlədiyini başa düşür. Liv, Ceremi, Tayler və Metin köməkliyi ilə Mistik Follsda çoxlu sayda yadların toplanmasının qarşısını almağa çalışır. Deymon Livlə danışmağa çalışsa da, onun yerinə görüşə qardaşı Lyuk gəlir, yadlar və Markos haqqında bildiyi hər şeyi danışır. Yelenanın görmələri nəticəsində onlar Markosun yerini müəyyənləşdirirlər. Deymon və Enzo Markosla görüşürlər, Markoz Enzoya sevdiyi qadını tapa biləcəyini deyir. 
10819 Yanan adam Maykl AllovitzMelinda Hsu Taylor & Metyu D'Ambrosio24 aprel 2014 (2014-04-24)2J75191.81[21]
Stefan Yelenaya imtahanlara hazırlaşmağa kömək edir. Ceremi və Mett yadları ödürməyə qdir olan qılıncı tapmağa çalışırlar. Deymon yadlarla mübarizədə onlara öz köməyini təklif edir. Bütün bu müddət ərzində ayler qılıncla birlikdə yadların əsirliyində olur. Enzo öyrənir ki, axtardığı qız 1960-cı ildə öldürülüb və qətldə Stefandan şübhələnsə də, sonradan qatilin Deymon olduğunu başa düşür. Qisas almaq üçün insanlığından imtina edən Enzo Yelenanı qaçırır. 
10920 Altında nə gizlənir Coşua BatlerElisabet R. Finç & Holli Briks1 may 2014 (2014-05-01)2J75201.84[22]
Yadların əsirliyindən qaçan Tayler Salvatore qardaşlarına xəbər verir ki, Markos cadugərlərin qədim cadusunu məhv etmək istəyir, buna görə də Stefan və Yelena təhlükədədir. Deymon Kerolaynın atasına aid evdə gizlənməyi təklif edir. Kerolayn Stefan və Yelena arasında hisslərin olmasını başa düşür, Deymonun təklif etdiyi oyu nəticəsində Enzo haqqında həqiqətlər ortaya çıxır. Enzonun ruhu əşyalara təsir edə bilməsini öyrənir, Stefan və Yelenanın yerini yadlara deməklə onlardan qisas almaq istəyir. Taylerin bədənində olan Culian öz bədəninin harda olmasını Ceremi və Mettə deyir, lakin, yadlar Ceremidən qabaq onun bədənini taparaq götürürlər. Yadlar Culianın bədənini yandıraraq məhv edirlər və beləliklə də onun Taylerin bədənində qalmasına nail olurlar. Deymon Kerolayn, Stefan və Yelena əşyalarını yığaraq getməyə hazırlaşsalar da, son anda yadlar gəlib çıxırlar. 
11021 Vəd edilmiş torpaqlar Maykl AllovitzRebekka Sonnenşayn8 may 2014 (2014-05-08)2J75211.50[23]
Bədənində yad olan Mistik Folls sakinlərindən birini əsir alan Deymon, Markus, Yelena və Stefanın harda saxlanmasını öyrənməyə çalışır. Bu arada Markus, Yelena və Stefandan daha çox son əkiz qanı çəkmək istəyir. Lakin, naməlum qadının köməkliyi ilə onlar qaça bilirlər. Deymona zəng edən Stefan ona deyir ki, Markus nə qədər ki, onların qanını istifadə etməyə başlamayıb onu tapıb zərərsizləşdirməyi xahiş edir. Enzo onu digər dünyadan qaytarmağı tələb edir, Deymon kömək üçün Boni və Livə müraciət edir. Klanlarının onlardan magiyanı alacağından şübhələnən Liv və Lyuk Stefan və Yelenanı öldürməyə qərar verirlər. Ceremi və Metin köməkliyi ilə Deymon yadların bədənini mağaradan Salvatorelərin evinə gətirir. Mistik Follsa aparan yolda Stefan və Yelena Mariya ilə qarşılaşır. Məhz Mariya Taylerin bədənində olan ərini xilas etmək üçün onların qaçmasına kömək edir. Yadlar cadu səsləndirməyə başlayırlar və cadu, o cümlədən cadu sayəsində formalaşdırılmış hər şey məhv olmağa başlayır. Boni Enzonu necə qaytarmaq haqqında plan fikirləşsə də, Mariyanın qaranlığın aparmasından sonra buna ümid qalmır. Mariyanın öldürülməsinin qisasını almaq istəyən Culian Stefanı öldürür və beləliklə də yadların cadusunun qarşısını alır. 
11122 Ev Kris QraysmerKerolayn Drays & Brayan Yanq15 may 2014 (2014-05-15)2J75221.61[24]
Digər dünyadan qaranlıq Stefanı aparmağa çalışsa da, Leksi onu xilas edir. Enzo o biri dünyanı tərk etmək üçün variant tapsa da, Liv və Lyukun köməyinə ehtiyac duyur, lakin onlar imtina edirlər. Kerolayn Livi məcbur etmək üçün Lyuku öldürür. Markos niyyətinin ciddiliyini şerif Forbsa göstərmək üçün Tayleri öldürür. Deymon, Ceremi və Mett cadunu işləməyə vadar edəcək qədər yadları öldürmək üçün plan fikirləşirlər. Mistik-qril barını partladan Deymon və Yelena o biri dünyaya düşür. Hər kəs qayıtsa da, Boni və Deymon o biri dünyada qalır və onlar o biri dünya ilə birlikdə yoxa çıxırlar. 

İstehsal[redaktə | mənbəni redaktə et]

İnkişaf[redaktə | mənbəni redaktə et]

11 fevral 2013-cü ildə serialın beşinci mövsümünün çəkiləcəyi elan edilmişdir. Beşinci mövsümün ssenarisinin işlənməsi üçün yazıçıların ilk görüşü 15 aprel 2013-cü ildə baş tutmuşdur.[25] Çəkilişlərə 10 iyul 2013-cü ildə start verilmiş[26], 10 aprel 2014-cü ildə isə çəkilişlər tamamlanmışdır.[27]

Aktyor seçimi[redaktə | mənbəni redaktə et]

Beşinci mövsümdə Nina Dobrev Yelena Gilbert, Ketrin Pirs və Amara; Pol Uizli Stefan Salvatore, Saylas və Tom Everi; Yan Somerhalder Deymon Salvatore; Stiven R. MakKuin Ceremi Gilbert; Kendis Akkola Kerolayn Forbs; Zak Roeriq Mett Donovan; Ket Qreham Boni Bennett; Maykl Trevino isə Tayler Lokvud obrazlarını canlandırmışdır.

Mövsümün ilk üç seriyasında dörd yeni personaj təqdim edilmişdir: qisas almaq üçün dünyanı gəzən qız Nadya; Cessi kollecdə təhsil alan oğlan. Aktyorlar Olqa Fonda və Kendrik Sempson müvafiq olaraq bu rolları canlandırmaq üçün seçilmişlər. 2 avqust 2013-cü ildə Canina Qavankarın Tessa rolunu canlandıracağı elan edilmişdir.[28]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "The CW Renews ARROW, SUPERNATURAL, And THE VAMPIRE DIARIES". Seat42f. February 11, 2013. October 31, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 22, 2013.
  2. Kondolojy, Amanda. "The CW Moves Up 'The Originals' Premiere to Follow 'The Vampire Diaries' + 'Supernatural' Gets Earlier Start". TV By The Numbers. July 29, 2013. September 22, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: July 29, 2013.
  3. Bibel, Sara. "Thursday Final Ratings: 'Big Bang Theory', 'Grey's Anatomy' & 'The Originals' Adjusted Up; 'Parks And Recreation', 'Welcome to the Family', 'Sean Saves the World', 'Michael J. Fox Show', & 'Parenthood' Adjusted Down". TV by the Numbers. October 4, 2013. October 10, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: May 21, 2018.
  4. Kondolojy, Amanda. "Thursday Final Ratings: 'The Big Bang Theory', 'The X Factor' & 'Glee' Adjusted Up; 'The Vampire Diaries' & 'The Millers' Adjusted Down". TV by the Numbers. October 11, 2013. 12 October 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 may 2018.
  5. Bibel, Sara. "Thursday Final Ratings: 'The Big Bang Theory' & 'Grey's Anatomy' Adjusted Up; 'The Crazy Ones' & 'Elementary' Adjusted Down". TV by the Numbers. October 18, 2013. 21 October 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 may 2018.
  6. Kondolojy, Amanda. "Thursday Final Ratings: 'The Big Bang Theory' & 'The Vampire Diaries' Adjusted Up; 'The Millers' and 'Scandal' Adjusted Down". TV by the Numbers. October 25, 2013. 30 October 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 may 2018.
  7. Bibel, Sara. "Thursday Final Ratings: 'The Vampire Diaries', 'The Millers' & 'Elementary' Adjusted Up; 'Sean Saves the World' & 'Parenthood' Adjusted Down". TV by the Numbers. November 1, 2013. 4 November 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 may 2018.
  8. Kondolojy, Amanda. "Thursday Final Ratings: 'Elementary, 'Scandal, 'The Vampire Diaries' & 'The Big Bang Theory' Adjusted Up; 'The Voice', 'The Millers', 'Sean Saves the World', 'Parenthood' & 'The Michael J. Fox Show' Adjusted Down". TV by the Numbers. November 8, 2013. 8 November 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 may 2018.
  9. Bibel, Sara. "Thursday Final Ratings: 'The Big Bang Theory' Adjusted Up; 'The X Factor', 'Parks and Recreation', 'The Millers', 'Sean Saves the World', 'Glee', 'The Michael J. Fox Show' & 'Parenthood' Adjusted Down". TV by the Numbers. November 15, 2013. 18 November 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 may 2018.
  10. Kondolojy, Amanda. "Thursday Final Ratings: 'Big Bang Theory' & 'Grey's Anatomy Adjusted Up; 'The X Factor', 'Reign' & 'Glee' Adjusted Down". TV by the Numbers. November 22, 2013. 24 November 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 may 2018.
  11. Kondolojy, Amanda. "Thursday Final Ratings: 'The Big Bang Theory' & 'The X Factor' Adjusted Up; 'Once Upon a Time', 'The Millers', 'Grey's Anatomy' & Scandal' Adjusted Down". TV by the Numbers. December 6, 2013. 9 December 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 may 2018.
  12. Bibel, Sara. "Thursday Final Ratings: 'The Vampire Diaries' Adjusted Up; 'The Big Bang Theory', 'The Sing-Off', 'Once Upon a Time in Wonderland', 'The Millers', 'The Crazy Ones', 'Two and a Half Men' & 'Elementary' Adjusted Down". TV by the Numbers. December 13, 2013. 14 December 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 may 2018.
  13. Bibel, Sara. "Thursday Final Ratings: 'The Vampire Diaries' & 'American Idol' Adjusted Up; 'Reign' Adjusted Down". TV by the Numbers. January 24, 2013. 28 January 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 may 2018.
  14. Kondolojy, Amanda. "Thursday Final Ratings: 'Big Bang Theory', 'American Idol', 'The Taste', 'Vampire Diaries', 'Parks & Recreation', 'Two and a Half Men' Adjusted Up; 'The Millers', 'Elementary', & Reign' Adjusted Down". TV by the Numbers. January 31, 2014. 31 January 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 may 2018.
  15. Bibel, Sara. "Thursday Final Ratings: 'The Big Bang Theory', 'American Idol', 'Two and a Half Men' & the Olympics Adjusted Up; 'The Millers' Adjusted Down". TV by the Numbers. February 7, 2014. 11 February 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 may 2018.
  16. Kondolojy, Amanda. "Thursday Final Ratings: 'The Big Bang Theory', 'Scandal', 'Grey's Anatomy', 'American Idol' & 'Parks & Recreation' Adjusted Up; 'The Millers' Adjusted Down". TV by the Numbers. February 28, 2014. 4 March 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 may 2018.
  17. Bibel, Sara. "Thursday Final Ratings: 'The Big Bang Theory', 'Once Upon A Time in Wonderland', 'Parks and Recreation' & 'Elementary' Adjusted Up; 'The Millers' & 'Two and a Half Men' Adjusted Down". TV by the Numbers. March 7, 2014. 8 March 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 may 2018.
  18. Bibel, Sara. "Thursday Final Ratings: 'The Vampire Diaries', 'American Idol', 'Hell's Kitchen' & 'Parenthood' Adjusted Up Plus Final NCAA Tournament Numbers". TV by the Numbers. March 21, 2014. 1 June 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 may 2018.
  19. Kondolojy, Amanda. "Thursday Final Ratings: 'Hell's Kitchen', 'Once Upon a Time in Wonderland', 'The Vampire Diaries' & 'Grey's Anatomy Adjusted Up + Final NCAA Basketball Ratings". TV by the Numbers. March 28, 2014. 28 March 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 may 2018.
  20. Bibel, Sara. "Thursday Final Ratings: 'Grey's Anatomy' Adjusted Up". TV by the Numbers. April 18, 2014. 19 April 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 may 2018.
  21. Kondolojy, Amanda. "Thursday Final Ratings: 'The Big Bang Theory' & 'The Vampire Diaries' Adjusted Up; 'The Millers' Adjusted Down". TV by the Numbers. April 25, 2014. 26 April 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 may 2018.
  22. Bibel, Sara. "Thursday Final Ratings: 'The Vampire Diaries' & 'The Big Bang Theory' Adjusted Up; 'The Millers' & 'Bad Teacher' Adjusted Down". TV by the Numbers. May 2, 2014. 3 May 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 may 2018.
  23. Kondolojy, Amanda. "Thursday Final Ratings: 'Grey's Anatomy', 'The Big Bang Theory' & 'Black Box' Adjusted Up; 'The Millers' Adjusted Down". TV by the Numbers. May 9, 2014. 11 May 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 may 2018.
  24. Bibel, Sara. "Thursday Final Ratings: 'The Big Bang Theory' & 'Grey's Anatomy' Adjusted Up; 'Reign' & 'The Millers' Adjusted Down". TV by the Numbers. May 16, 2014. 17 May 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 may 2018.
  25. Plec, Julie. "Day 1 in the Writers Room". Twitter. April 15, 2013. 5 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 may 2018.
  26. McGrath, Jenny. "The Vampire Diaries Season 5 Starts Filming Today!". Wetpaint. July 10, 2013. 2013-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-22.
  27. Plec, Julie. "That's a wrap! Much love to all. TVD Season 6 coming your way..." Twitter. April 10, 2014. 4 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 may 2018.
  28. Gelman, Valda. "Vampire Diaries Exclusive: True Blood's Janina Gavankar Relocates to Mystic Falls". TV Line. August 2, 2013. April 6, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 22, 2018.