Vampirlərin Şəfəqi (Frostbiten) — vampirlər haqqında çəkilən ən məşhur kinofilmlərdən biri.
Vampirlərin şəfəqi | |
---|---|
Frostbiten | |
Janr | komediya filmi, qorxu filmi |
Rejissor | Anders Banke |
Ssenari müəllifləri | Daniel Ojanlatva, Pidde Andersson |
Baş rollarda | Petra Nielsen, Grete Havnesköld, Emma Aberg, Carl-Ake Eriksson |
Distribütor | Paramount Pictures, Netflix |
İlk baxış tarixi | 2006 |
Müddət | 98 dəq. |
Ölkə | İsveç |
Dillər | alman dili, fin dili |
IMDb | ID0454457 |
İkinci dünya müharibəsinin sonların yaxın şərq cəbhəsində yolunu azmış bir qrup SS alman əsgərləri izlərinə düşmüş ruslardan canlarını qurtarmaq üçün qarlı bir meşəyə üz tuturlar. Burada tapdıqları tərk edilmiş bir daxmaya sığınan əsgərlər buranın vampir məskəni olduğunu öyrəndikdə artıq iş-işdən keçmiş olur. Bu müəmmalı hadisədən uzun illər sonra isə ixtisasca həkim olan Annika adlı biri və onun 17 yaşlı qızı Sega çox uzaqlarda İsveçin şimalındakı bir kəndə köçürlər. 30 gün boyu qaranlıqda qalacaq olan bu kiçik şimal qəsəbəsində həyat kəndin gəncləri adi bir səhvlik nəticəsində vampirlərə çevrilməyə başladıqda qorxulu bir kabusa çevriləcəkdir.