Vanadium (III) oksid- kimyəvi formulu V2O3 olan vanadium və oksigenin ikili birləşməsidi.
Vanadium(III)oksid | |
---|---|
Ümumi | |
Sistematik adı | Vanadium(III)oksid |
Kimyəvi formulu | V2O3 |
Molyar kütlə | 149,88 q/mol |
Fiziki xassələri | |
Sıxlıq | 4,87 q/sm³ |
Termik xüsusiyyətlər | |
Ərimə nöqtəsi | 1967 °S |
Təsnifatı | |
CAS-da qeyd. nöm. | 1314-34-7 |
PubChem | 518710, 4349445 |
RTECS | YW3050000 |
ChemSpider | 452511 |
Vanadium (III) oksid – parlaq qara kristallardı. İki kristal modifikasiyada mövcuddur: 105 °C-də, α-forması β-formasına (ΔH ° keçidi 1.8 kJ / mol) çevrilir və faza keçidi yaşanır. Antiferromaqnit α formasıdır. Suda həll olunmur.
Vanadiy (V) oksidin karbon (II) oksid, hidrogen, kükürd və s. ilə reduksiya edilməsi nəticəsində qızdırıldıqda əldə edilir:
Güclü reduksiyaedicidir. Termiki davamlığı var, yüksək temperaturda parçalanmır.
Karbon və ya əridilmiş kalsiumla yüksək temperaturda vanadium metalına qədər reduksiya olun bilər:
Vanadium (III) oksidi əsası xüsusiyyətləri üstün olduğundan zəif amfoterlik nümayiş etdirir. Beləliklə, turşularda həll olunur və III valentli vanadium duzlarının yaşıl məhlulları alınır, amma qələvilərlə reaksiyaya daxil olmur. Qızdırıldıqda müxtəlif metalların oksidləri ilə reaksiyaya daxil olur.
Vanadium (III) oksidi kimyəvi cərəyan mənbələri üçün anodlar, elektroliz hamamlarının katodları, üzvi sintezdə katalizatorlar, çap mürəkkəbləri üçün piqmentlər, yarımkeçirici diodlar üçün materiallar və təzyiq sensorlarının istehsalında istifadə olunan vanadium tuncu əldə etmək üçün istifadə olunur.