Vanqapandu Prasada Rao

Vanqapandu Prasada Rao (19434 avqust 2020) — Hindistanlı şair, bəstəkar, aktyor.

Vanqapandu Prasada Rao
Ümumi məlumatlar
Doğum tarixi 1943
Vəfat tarixi 4 avqust 2020(2020-08-04)
Musiqiçi məlumatları
Fəaliyyəti şair, söz yazıçısı[d], aktyor
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vanqapandu Prasada Rao 1943-cü ildə Andra Pradeş şəhərinin Vizianaqaram rayonunun Caqanadham kəndində anadan olmuşdu. Teluqu əsilli hind idi. 1972-ci ildə inqilabi partiya olan Cana Natya Partiyasını qurmuşdu. Bu partiya Hindistan Kommunist Partiyası ilə bir ideologiyada idi.

1980-ci ildən sonra daha çox bəstələrə üstünlük verən Raonun 300-dən çox bəstəsi var idi. Onun mahnıları Hindistanın düz 10 dilinə tərcümə olundu və oxundu. Son mahnılarından olan "Yantrametta" (Azadlığımız) ABŞ-də ingilis dilinə tərcümə olunmuş və oxunmuşdu. Rao bu mahnı ilə ilk dəfə ölkəxaricində tanınmışdı.

O, deyirdi : "6-ya yaxın filmdə rol almışam. Rol aldığım filmlərin musiqisini də özüm yazmışam. Ümumilikdə 30-a yaxın filmin musiqisi mənə aiddir."

Vanqapandu Prasada Rao 4 avqust 2020-ci ildə səhər saatlarında infarktdan vəfat etdi. Bir neçə saat sonra vəfat etdiyi iqamətgahından götürüldü Vizianaqaramın yaxınlığında, Parvatipuramda dəfn olundu.

Tenali Bolimantha Şivarama Krişna Xatirə Mükafatı (2008)

Müğənni Vanqapandu Uşanın atasıdır. Uşa indi YSR Konqres Partiyasında mədəniyyət şöbəsinin müdiridir.

  • "Emi pilloi yeldamosthava" (Əbədi zəhmətkeşik)
  • "Jajjenaka janare"
  • "Nampally station Kada"
  • "Yentrametta" (Azadlığımız)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]