Arzuların ardınca... — tammetrajlı bədii filmi rejissor Ramil Ağasıyev tərəfindən 2015-ci ildə ekranlaşdırılmışdır. Melodram xərçəng xəstəsi olan gəncin həyatının son aylarından bəhs edir. Film rejissorun ilk böyük işidir. Əsas rolları Ziya Ağa və Zarina Qurbanova ifa edirlər.
Arzuların ardınca... | |
---|---|
Arzuların ardınca... | |
Janr |
dram məhəbbət |
Rejissor | Ramil Ağasıyev |
Prodüserlər |
Rauf Ağasıyev Asif Rəhimov |
Ssenari müəllifi | Mehman Rəsulov |
Baş rollarda |
Ziya Ağa Zarina Qurbanova (aktrisa) |
Operator | Şahmar Səfəroğlu |
Bəstəkar | Emil Murad |
Rəssam | Elgün Vəliyev |
İlk baxış tarixi | 13 may 2015, Nizami Kino Mərkəzi[1] |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 82 dəq. |
Ölkə | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2015 |
Rəng | rəngli |
Melodram xərçəng xəstəsi olan gəncin həyatının son aylarından bəhs edir.[2][3] Hələ uşaq ikən atası tərəfindən atılmış Kamil (Ziya Ağa) tənha yaşayır.[4] Bütün həyatını tənhalıqda keçirən və sevginin nə olduğunu bilməyən Kamil mövcudluğunun mənasını yalnız işləməkdə görür.[2] Öz balaca fotostudiyasında işləyən Kamil insanlara qarşı soyuqdur və onun yeganə təsəllisi ötəri tanışlıqlardır. Vaxtsız xəstəlik Kamilin plansız həyatını alt-üst edir. Bu vəziyyətdə sevgilisi onu atıb gedir.[4] Ölümcül diaqnoz onun bütün taleyi üzərindən xətt çəkir, lakin Kamilin heç ağlına belə gəlməzdi ki, son bir neçə ay onun üçün indiyədək yaşadığı 30 illik ömürdən daha əziz olacaq.[2] Xərçəng xəstəliyinə tutulduğunu öyrənən Kamilin xəstəxanada Arzu (Zarina Qurbanova) ilə görüşü yeni həyatın başlanğıcı olur.[4] Kamil indiyədək məhəbbət kimi qəbul etdiyi hisslərin hamısının yalan olduğunu anlayır.[2] Evli olan Arzu da Kamil kimi ölümcül xəstəliyin caynağında çarpışır. Xəstəxanada Kamillə toqquşan Arzu səhvən Kamilin analizlərini götürüb evinə qayıdır. Xəyalları alt-üst olan Arzu xəstəliyini ərindən gizlətmək qərarına gəlir. İlk görüşdə bir-birini, düşdükləri vəziyyəti anlamağa çalışan gəncləri daha bir xüsusiyyət birləşdirir. Onların həyata keçirmək istədikləri sonsuz arzuları var. Arzu ailəli olduğu üçün görüşdən yayınmaq istəsə də, daxilən arzularını həyata keçirmək istəyir.[4] Kamil Arzunu özünün ömür ağacının sonuncu yarpağı kimi görür. Lakin onları birləşdirən yalnız bir-birlərinə qarşı olan hissləri deyil. Həm Kamilin, həm də Arzunun böyük yaşamaq həvəsi var. Onlar xəstəliklərini unudub xoşbəxt olmağa çalışırlar. Onların ölümcül xəstəlikdən daha güclü ümumi marağı var.[2] Kamil və Arzu ölmədən öncə bir-birinin istəkləri üçün yaşamağa qərar verirlər.[4]
Film rejissorun ilk böyük işidir.[4]
Ssenari müəllifi: Mehman Rəsulov
Rejissor: Ramil Ağasıyev
Operator: Şahmar Səfəroğlu
Prodüser: Rauf Ağasıyev, Asif Rəhimov
Rəssam: Elgün Vəliyev
Bəstəkar: Emil Murad
Ziya Ağa — Kamil
Zarina Qurbanova (aktrisa) — Arzu
Vaqif Əsədov
Asif Rəhimov
Aynur Hüseynova
Rasim Cəfər
Azərbaycan filmlərinin siyahısı
2015-ci ilin Azərbaycan filmləri
2010-cu illər Azərbaycan filmlərinin siyahısı