Vaqif Abışov

Vaqif Şirin oğlu Abışov (27 fevral 1955, İmişli) — Azərbaycan tarixçisi, tarix üzrə elmlər doktoru, dosent, AMEA A. A. Bakıxanov adına Tarix İnstitutunun "Azərbaycan xalqına qarşı soyqırımları tarixi" şöbəsinin aparıcı elmi işçisi.[1]

Vaqif Abışov
Vəzifədədir
29 oktyabr 2016-cı ildən
ƏvvəlkiYaşar Kələntərli
11 iyun 2011 – 2013
ƏvvəlkiMikayıl Rəhimov
SonrakıTeyyub Qənioğlu
Şəxsi məlumatlar
Doğum tarixi 27 fevral 1955(1955-02-27) (69 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti alim
Elmi fəaliyyəti
Elm sahəsi tarix
Elmi dərəcəsi tarix üzrə elmlər doktoru (2018)
Elmi adı aparıcı elmi işçi
İş yeri AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu

Vaqif Abışov 1955-ci il fevralın 27-də Azərbaycan Respublikasının İmişli şəhərində anadan olmuşdur. 1962–1972-ci illərdə İmişli şəhər N. Nərimanov adına 1 saylı orta məktəbdə təhsil almışdır.

Vaqif Abışov 1973–1975-ci illərdə ordu sıralarında hərbi xidmətdə olmuşdur. 1975–1980-ci illərdə Bakı şəhərində H. Z. Tağıyev adına Toxuculuq fabrikində müxtəlif vəzifələrdə işləmişdir.

Vaqif Abışov 1981–1986-cı illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində ali təhsil almışdır. O, 1986–1999-cu illərdə Lənkəran şəhər 3 saylı orta məktəbdə, eyni zamanda 1992–1999-cu illərdə Lənkəran Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuşdur.

Ailəlidir, üç övladı var.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Vaqif Abışov 1995-ci ildən "1917–1918-ci illərdə erməni millətçilərinin Azərbaycan xalqına qarşı soyqırımı" adlı tarix üzrə fəlsəfə doktoru dissertasiya mövzusu üzərində işləyərək, 2007-ci ildə onu müvəffəqiyyətlə müdafiə etmiş və tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

Vaqif Abışov 2000–2003-cü illərdə AMEA Milli Münasibətlər İnstitutunda elmi işçi, 2003-cü ildən AMEA A. A. Bakıxanov adına Tarix İnstitutunda elmi işçi, böyük elmi işçi, 2014-cü ildən isə aparıcı elmi işçi vəzifəsində işləyir.

2018-ci il martın 28-də Vaqif Abışov "Şimali Azərbaycanda sovet hakimiyyəti qurulmasının tarixşünaslığı" adlı doktorluq dissertasiyasını müdafiə edib. 2019-cu il 12 aprel tarixində isə tarix üzrə elmlər doktoru elmi adı təsdiq olunmuş və diplomunu almışdır.[1]

  1. Azərbaycanlıların soyqırımı. Bakı: Nurlan, 2007, 178 s.
  2. История Азербайджана в архивных документах (1917–1920). На основе материалов Российского Государственного архива Социально-политической истории. Гл.редактор Я. М. Махмудов, составитель И. В. Нифталиев, ред. кол. Баку, Çaşıoğlu, 2010.
  3. Azərbaycanlıların soyqırımı (1917–1920-ci illər). Bakı: Turxan NPB, 2013, 272 s.
  4. Bakı qəzasında Azərbaycan xalqına qarşı soyqırımı (1918-ci ilin mart-aprel ayları) . Bakı, Turxan, 2014.
  5. Quba qəzasında Azərbaycan xalqına qarşı soyqırımı (1918-ci ilin aprel-may ayları). Bakı, Turxan, 2014.
  6. Şamaxı qəzasında Azərbaycan xalqına qarşı soyqırımı (1918-ci il mart-aprel). Bakı, Turxan, 2014.
  7. Azərbaycan Sovet Sosialist Respublikası qurulmasının tarixşünaslığı. Bakı, Turxan, 2015
  1. Azərbaycanda siyasi vəziyyət və erməni millətçi təşkilatların Azərbaycan əleyhinə fəaliyyətinin əsas istiqamətləri (1917-ci il). /Azərbaycan tarixi məsələləri. Bakı: Nurlan, 2005, 100 s.
  2. Cənubi Azərbaycanda erməni cinayətləri (1918-ci il). // İrs. Наследие. Международный Азербайджанский журнал. Москва, 2009.
  3. Şamaxı qəzasında erməni cinayətləri (mart-aprel 1918-ci il). // AMEA Tarix İnstitutu. Elmi Əsərlər. 28-ci cild. Bakı: 2009, səh. 166–172.
  4. Bakı Xalq Komissarları Sovetinin anti-Azərbaycan siyasətinin tarixşünaslığı. // AMEA Tarix İnstitutu. Elmi Əsərlər. 38-ci cild. Bakı – 2011, səh. 192–199.
  5. Армянские пристрастия "Института социальных и политических исследований Черноморско-Каспийского региона". http://strategiya.az/.04.05.2013[ölü keçid] . Qara dəniz-Xəzər regionun sosial və siyasi tədqiqatlar İnstitutu"nun erməni təəssübkeşliyi. http://strategiya.az/.06.05.2013[ölü keçid] .
  6. Преступный соратник С. Шаумяна – палач азербайджанцев Степан Лалаев (Лалаян). Сб. Геноцид Азербайджанского народа 1918 года: организаторы и палачи. Баку: ИПО "Турхан", 2013, 272 с.
  7. Bakı quberniyasında azərbaycanlılara qarşı 1918–1920-ci illər soyqırımı. Azərbaycan Milli Elmlər Akademiyası A. A. Bakıxanov adına Tarix İnstitutu "Azərbaycan xalqına qarşı 1918–1920-ci illər soyqırımı" Beynəlxalq elmi-prakrik konfrans materialları. Quba şəhəri. 29 mart 2013.
  8. Изучение политической ситуации в Баку в 1917–1918 гг. В исследованиях 1920-ых годов. // Вестник Российского Университета Дружба народов. Сер. История России. 2014, № 2.
  9. 1917–1918-ci illərdə Bakıda siyasi hadisələrin öyrənilməsi 1950-ci illərin tədqiqatlarında. // Tarix və onun problemləri. Jur. 2014, № 2, s.367–373.
  10. Birinci Dünya müharibəsi illərində Bakı quberniyasında azərbaycanlıların soyqırımı. // AMEA Tarix institutu. Elmi Əsərləri. 48, 49, 50 sayları, 2014.
  11. Birinci Dünya müharibəsi illərində Bakıda bolşeviklərin hakimiyyət uğrunda mübarizəsinin tarixşünaslığı (sovet tarixşünaslığı) // Birinci Dünya müharibəsinin başlanmasının 100 illiyinə həsr olunmuş: "Tarixin qaranlıq səhifələri, keçmişin ibrət dərsləri və gələcəyə çağırış". Beynəlxalq elmi konfransın materialları. Bakı, 23–24 may 2014, s. 37–42.
  12. 28 Aprel işğalı Azərbaycan sovet tarixşünaslığında // AMEA Xəbərləri. Tarix, Fəlsəfə, Hüquq. 2014, № 1, s.76–81.
  13. Bakı Xalq Komissarları Sovetinin qurulmasının tarixi. (Tarixşünaslıq məsələsi). // AMEA Xəbərləri. İctimai elmlər seriyası. 2015, № 1, s.104–109.
  14. Azərbaycanın Şamaxı qəzasında türk-müsəlman soyqırımı (1918–1920-ci illər) // Azərbaycan və Şərqi Anadoluda Türk-müsəlman əhaliyə qarşı soyqırımları. (1914–1920-ci illər). II Beynəlxalq elmi konfransın materialları. 2015, s.126–131.[1]
  1. 1 2 3 "Vaqif Şirin oğlu Abışov — tarixinstitutu.az". 2022-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-20.