Vaqif Abbasov

Vaqif Məhərrəm oğlu Abbasov (5 oktyabr 1952, Cəmilli, Mirbəşir rayonu) — kimya üzrə elmlər doktoru, akademik, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü,[1] Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru.[2][3]

Vaqif Abbasov
Doğum tarixi 5 oktyabr 1952(1952-10-05) (72 yaş)
Doğum yeri
Elm sahəsi kimya
Elmi dərəcəsi kimya üzrə elmlər doktoru
Elmi adı akademik
İş yerləri Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Neft-Kimya Prosesləri İnstitutu
Təhsili V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu
Üzvlüyü
Mükafatları "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adı — 2005 XTNS gümüş medalı — 1987Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi — 2004
"Şöhrət" ordeni — 2005 Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu — 2019

Ümumi məlumatlar

[redaktə | mənbəni redaktə et]

Vaqif Məhərrəm oğlu Abbasov 1952-ci il oktyabr ayının 5-də Azərbaycan Respublikasının Tərtər rayonunun Cəmilli kəndində müəllim ailəsində anadan olmuşdur. V. M. Abbasov 1968-ci ildə Cəmilli kənd orta məktəbini bitirmişdir. 1969-cu ildə V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) Kimya fakültəsinə daxil olmuş və 1973-cü ildə institutu fərqlənmə diplomu ilə bitirdikdən sonra doğma kəndində orta məktəbdə (sentyabr-dekabr) kimya müəllimi kimi əmək fəaliyyətinə başlamışdır.

1973-cü ildə akademik Y. H. Məmmədəliyev adına NKPİ-nun aspi-ranturasına qəbul olunmuş və 1977-ci ilə kimi oranın aspirantı olmuşdur.

1977–1981-ci illər ərzində V. M. Abbasov NKPİ-də kiçik elmi işçi vəzifəsində çalışmışdır.

1978-ci ildə "Sintetik naften turşuları əsasında antistatik aşqarların sintezi və sınaqları" mövzusunda dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmiş və kimya elmləri namizədi elmi dərəcəsi almışdır.

V. M. Abbasov D. İ. Mendeleyev adına Ümumittifaq Kimya Cəmiyyətinin Azərbaycan İdarə Heyətinin fəal üzvlərindən biri olmuşdur. 1978–1981-ci illər ərzində iki dəfə bu cəmiyyətin mükafatına və diplomuna layiq görülmüşdür.

1984-cü ildən başlayaraq, "Korroziya inhibitorları və konservasiya mayeləri" laboratoriyasına rəhbərlik etmiş, 2006-cı ildən eyni zamanda "Çoxfunksiyalı reagentlərin kimyası və texnologiyası" şöbəsinin müdiri kimi fəaliyyət göstərmişdir. 2007–2008-ci illərdə laboratoriya müdiri, şöbə müdiri işləməklə yanaşı, NKPİ-nin elmi işlər üzrə direktor müavini vəzifəsini icra etmişdir.

2011-ci il dekabr ayının 21-dən Neft-Kimya Prosesləri İnstitutunun direktoru və şöbə müdiri vəzifələrində çalışır.

Əsas elmi nailiyyətləri

[redaktə | mənbəni redaktə et]

1982-ci ildə onun rəhbərliyi ilə VFİKS-82 adlı çoxfunksiyalı korroziya inhibitoru yaradılmış, SSRİ Neft Sənaye Nazirliyinin Dövlət Komissiyası sənaye sınağının nəticələrini müsbət qəbul edərək sənayedə tətbiqinə icazə vermişdir. Bu reagent 1983-cü ildən Azərbaycanın neft yataqlarında istifadə olunmağa başlanmışdır. 1985–1986-cı illərdə bu inhibitorun sınaqları Qərbi Sibirin neft yataqlarında keçirilib və istifadəsinə başlanılıb. 1988-ci ildə Rusiya Federasiyasının mineral gübrələr zavodu VFİKS-82 reagentinin istehsal texnologiyasını lisenziya ilə alıb və sənaye istehsalını təşkil edib[4].

V. M. Abbasovun rəhbərliyi ilə bu inhibitorun qış modifikasiyası yaradılıb və istehsalı təşkil olunub. 1983–1997-ci illərdə 21389 ton VFİKS-82, 1989–1997-ci illərdə 6600 ton Azəri inhibitoru istehsal olunaraq Rusiya Federasiyasında, Ukraynada, Azərbaycanda və Qazağıstanda istifadə olunmuşdur. VFİKS-82 inhibitoru 1987-ci ildə SSRİ Xalq Təssərrüfatı nailiyyətləri sərgisinin gümüş medalına layiq görülmüş və 1990-cı ildə SSRİ Elm və Texnika Komitəsi onun xarici ölkələrə satılması üçün lisenziya vermişdir. 1984-cü ildə V. M. Abbasovun ideyası və rəhbərliyi ilə AP-L34–1 antistatik aşqarı yaradılmış, Perm Aviasiya Mühərrikləri zavodunda və Tbilisi Aviasiya zavodunda sənaye sınağından keçmiş və istifadəyə qəbul olunmuşdur.

V. M. Abbasov əməkdaşları ilə birlikdə 1986-cı ildə "Kaspi" adlı hidrogen sulfid korroziyası inhibitoru yaratmış, indiki Heydər əliyev adına Neft Emalı Zavodunda katalitik riforminq qurğusunda sənaye sınağından keçirmiş və onun istehsal və tətbiqini həyatakeçirmişdir. Hazırda bu inhibitor həmin zavodda benzinin stabilləşmə kalonunun müdafiəsi üçün istifadə olunur.

1990-cı ildə "Kaspi-2" adlı yeni korroziya inhibitoru yaradılıb, Qərbi Qazağıstanın Tengiz yatağında sənaye sınağlndan keçib və həmin yataq üçün nəzərdə tutulmuş texniki tələblərdən də yüksək nəticə alınmışdır.

1995-ci ildə dünyada analoqu olmayan "Kaspi-X" inhibitoru yaradılıb və indiki H. Ə. Əliyev adına neft emalı zavodunda sənaye sınağından keçib və həmin ildən tətbiqinə başlanıb. 1995-ci ildən 2012-ci ilin dekabr 25-nə qədər 13887.5 ton Kaspi-X istehsal olunmuş və istifadə edilmişdir. Hazırda inhibitorun istifadəsi davam edir.

Kaspi-X inhibitoru 2010-cu ildən eyni zamanda Azərneftyağ Nefr Emalı Zavodunda da istifadə olunur. 1998-ci ildə "Xəzər" deemulqatoru yaradılıb və indiki H. Ə. Əliyev adına Neft Emalı Zavodunda neftin duzsuzlaşdırılması və susuzlaşdırılması üçün sənaye sınağından keçirilib və istifadəsinə başlanılıb. 1998-ci ildən 2012-ci ilin dekabrın 25-ə qədər bu reagent 2138.45 ton istehsal olunub və istifadə edilib. Hazırda onun tətbiqi davam edir.

2003-cü ildə dünyada analoqu olmayan müalicəvi Naftalan neftinin təmizlənmə texnologiyası işlənib hazırlanıb, "Ağ Naftalan yağı"nın istehsalı təşkil olunub, bu yağ Azərbaycan Respublikasında və Ukraynada dərman preparatı kimi qeydiyyatdan keçib. 2009-cu ildə "NKPİ-34–2" yanğından mühafizə üçün köpükəmələgətiricisi yaradılıb, sənaye sınağı keçirilib, istehsalı təşkil olunub. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi bu reagentin istehsalı və istifadəsi üçün lisenziya verib.

2003-cü ildən "Bakı" ərp həlledicisi yaradılıb, neft emalı zavodlarında sənaye sınağı keçirilib və qapalı soyutma konturlarını ərpdən təmizləmək üçün istifadəyə qəbul olunub. Hazırda H. Ə. Əliyev adına Neft Emalı Zavodunda və "Azərneftyağ" Neft Emalı Zavodunda istifadə olunur.

2009-cu ildə "Kaspi-X(M)" inhibitoru yaradılıb, H. Ə. Əliyev adına Neft Emalı Zavodunda kimyəvi təmizlənmiş suyun nəqli sistemində korroziyadan müdafiə üçün sınaqdan keçirilib və tətbiqinə başlanılıb.

2009-cu ildən 2012-ci ilin dekabrın 25-ə qədər 238.7 ton "Kaspi-X(M)" istehsal olunub və istifadə edilib.

2011-ci ildə Xəzər-24 deemulqator-inhibitoru yaradılıb, "Azərneftyağ" İstehsalat Birliyində Almaniyadan alınan "Disolvan" və Azərbaycanda istehsal olunan "Alkan" deemulqatorları ilə müqayisəli olaraq sənaye sınağından keçib və tətbiq üçün daha əlverişli olduğu müəyyən edilib.

2011-ci ilin noyabr-dekabr aylarında bu deemulqatorun Abşeron Neft Qaz Çıxarma idarəsində sənaye sınağından keçirilib və yüksək nəticə əldə olunub.

Elmlər namizədlərinin (fəlsəfə doktoru) sayı: 36

Elmlər doktorlarının sayı: 10

Elmi-təşkilatı fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
  • NKPİ-nin Elmi Şurasının sədri (2011-ci ilin noyabr ayından)
  • NKPİ-nin nəzdində D 01.031 Dissertasiya Şurasının sədri
  • AR İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının üzvü (2005–2011-ci ilin mart ayı)
  • "Neft kimyası və neft emalı prosesləri" jurnalının baş redaktoru (2003-cü ildən)
  • AMEA-nın "Elm dünyası" elmi-kütləvi jurnalının baş redaktorunun müavini (2013-cü ildən)
  • Altunin adına Beynəlxalq Ekologiya və Təbiətdən İstifadə Akademiyasının həqiqi üzvü
  • 1988-ci ildən 1992-ci iləqədər "ASSOKOR" assosiasiyasının rəyasət heyətinin üzvü
  • Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü seçilmişdir (05.04.2013)
  • Türk Dünyası Tədqiqatları Beynəlxalq Elmlər Akademiyasının Akademik üzvü seçilmişdir (may, 2013)
  • 2013-cü ilin noyabrın 15-də Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü seçilmiş.

Təltif və mükafatlar

[redaktə | mənbəni redaktə et]
  • SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin gümüş medalı — 1987;
  • "SSRİ-nin qabaqcıl ixtiraçısı" döş nişanı — 1987;
  • SSRİ Neft-Kimya sənaye nazirliyinin Fəxri Fərmanı — 1989;
  • Akad. Y. H. Məmmədəliyev adına medal — 1996;
  • AMEA-nın Fəxri Fərmanı — 2000
  • Təhsil Nazirliyinin "Qabaqcıl təhsil işçisi" döş nişanı — 2004;
  • "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adı– 2005;
  • "Şöhrət" ordeni – 2005;
  • İslam ölkələri İqtisadi Əməkdaşlıq Təşkilatının (EKO) "Elm və texnologiya" üzrə mükafatı — 2009.
  • NKPİ elm və təhsil sahəsində nailiyyətlərə görə Avropa Biznes Assambleyası (Oksford, İngiltərə) tərəfindən "Avropa Keyfiyyəti" mükafatına layiq görülmüşdür — 2009.
  • "The Name in Science" (Elmdə Ad) fəxri adına layiq görülmüş
  • AMEA-nın müxbir üzvü, k.e.d., professor V. M. Abbasov Dünya elminə verdiyi töhfələrə görə Beynəlxalq Sokrat Komitəsinin Şöhrət medalı ilə təltif edilmişdir — 2013 (İngiltərə);
  • Təbiətşünaslıq elmləri üzrə Avropa Akademiyasının Kuratorluq və Elmi Şurasının qərarı ilə elmi tədqiqatlarda xüsusi xidmətlərinə görə Əsas qızıl Cəngavər ulduzu ilə təltif olunmuşdur – 2013
  • Atatürk Uluslararası Ödülü – 2014-cü ildə.
  • Avropa Təbiət Elmləri Akademiyasının Əsas qızıl Cəngavər ulduzu ilə təltif olunmuşdur.
  • "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" – 2019[5]

Pedaqoji fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
  • "Kimya məktəbdə" elmi-metodiki jurnalın həmtəsisçisi və baş redaktoru. (2003-cü ildən)
  • Məktəblilərin kimya olimpiadasının respublika turunu keçirən münsiflər heyətinin sədri və Azərbaycanın beynəlxalq və dünya kimya olimpiadalarında iştirak edən komandalarının rəhbəri. (1992-ci ildən)
  • Tələbə Qəbulu üzrə Dövlət Komissiyası nəzdində kimyadan Ekspert Şurasının və Seminarın sədri (2001-ci ildən 2013-cü ilin sentyabrına qədər)
  • Təhsil Nazirliyinin Elmi Metodiki Şurasının "Kimya və kimya texnologiyası" bölməsinin sədri (2001-ci ildən)
  • VIII-XI siniflər üzrə kimya dərsliklərinin birinci müəllifi

Elmi əsərlərin təsnifati

[redaktə | mənbəni redaktə et]
  • Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 1280 (609 elmi məqalə, 434-ə qədər tezis)
  • Xaricdə çıxmış elmi əsərlərin sayı: 267
  • Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: 60 (21-i SSRİ-nin müəlliflik şəhadətnaməsi, 4-ü Rusiya Federasiyası, 31-i Azərbaycan Respublikası və 4-ü Avrasiya patentidir) müəllifidir. 6 Azərbaycan patentini almaq üçün müsbət rəy verilib.
  • Publisistik materialın sayı: 100 (onlardan 13 kitab)
  • Kitab və Monoqrafiyaların sayı: 17,
  • Dərslik: 21,
  • Dərs vəsaiti: 24

Əsas elmi əsərlərin adları

[redaktə | mənbəni redaktə et]
  • Аббасов В. М., Гасымов З. З., Набибекова Х. А. Изучение влияния присадки АП-Л34–1 на антистатические свойствa светлых нефтепродуктов. Ж. "Транспорт и хранение нефтепродуктов углеводородного сырья", Москва, 1988, N4.
  • Аббасов В. М. Перспективные направления синтеза ингибиторов сероводо-родной коррозии для сред с аномальным содержанием H2S и CO2 Ж. "Азербайджанское нефтяное хозяйство", N11–12, 1994, с.45–50.
  • Аббасов В. М., Мамедов И. А. Исследование механизма защитного действия ингибиторов коррозии в двухфазной системе. Ж. "Защита от коррозии и охрана окружающей среды", 1995, N10, с.6–8.
  • Аббасов В. М., Исаев Г. А., Джафарова Р. А. Структурно-групповой состав ароматических углеводородов нафталанской нефти и ее люминесценция. Ж. "Азербайджанское нефтяное хозяйство", 1999, N2, с.24–26.
  • В. М. Аббасов, А. Н. Гасанов, Д. Н. Мамедов, Н. Н. Мусаев, Г. А. Наджафова, Н. Р. Абдуллаева. Отличительные особенности лечебной нафталанской нефти от некоторых промышленных нефти Азербайджана. Журнал. Процессы Нефтехимии и нефтепереработки. 2005, 3(22), с.32–34.
  • Аббасов В. М., Г. А. Исаев. Лечебная нефть Нафталана "Азербайджан: проблемы разбития", 1996, 5 июня- N 22(43), с. 16–19.
  • Аббасов В. М., А. С. Абдуллаев, Г. С. Гарайев, Н. Д. Ялийев, Э. Я. Исайева, З. В. Аббасова. Naftalan neftinin naften karbohidrogenlərinin açıq sınıq yaralarının müalicəsinin tətbiqi. IV Bakı Beynəlxalq Məmmədəliyev adına neft-kimya konfransının məruzələrinin tezisləri. 2000, 19–22 sentyabr, c.327.
  • Аббасов В. М., Г. А. Исаева, М. М. Аббасова. Результаты исследований лечебной Нафталанской нефти из различных скватин. Процессы нефтехимии и нефтепереработки. 2000, N2, с.26–29.
  • Аббасов В. М., Г. А. Исаева. Лечебная Нафталанская нефть: вчера, сегодня и в перепектеве. Процессы нефтехимии и нефтепереработки. 2000, N3, с.31–35.
  • Аббасов В. М., Самедов А. М., Алиева Л. И., Самедов М. А. Антикоррозионные свойства солей нефтяных-кислот в условиях морской нефтедобычи. Практика промивокоррозионной защиты, № 1 (51), 2009,с.10–14.
  • Аббасов В. М., Шаи-Минг Пенг, Р. Г. Исмаилов, Л. М. Эфендиева, Зейналов Э. Б., Агамалиев З. З. Получение нафтеновых кислот при каталитическом участии пятиядерного комплекса. Процессы нефтехимии и нефтепереработки, 10, 3–4 (39–40), 2009, С.252–254.
  • Аббасов В. М., Зейналов Э. Б., Агамалиев З. З. и др. Оптимизация получения СНК окислением дизельной фракций смеси бакинских нефтей. Москва, Нефтепереработка и нефтехимия, 2010, № 11, С.42–46.
  • Аббасов В. М., Алиева Л. И., Алиева Ф. М., Махмудова Л. А., Талыбова А. Г., Габибуллаев Р. Ф. Разработка оптимального режима нитрования высших линейных олефинов оксидом азота. Практика противокоррозионной защиты. Москва, 2011, № 3 т.61, С.64–70.
  • Н. Р. Абдуллаева, Т. А. Исмаилов, Р. С. Магеррамов, Т. А. Мамедова, Х. Р. Велиев, В. М. Аббасов. Синтез и исследование антистатических присадок к дизельным топливам на основе нефтяных кислот. Нефтехимия. Москва. 2011. № 5. С.88–94.
  • V. M. Abbasov, F. İ. Səmədova, Q. M. Qasımov, L. İ. Əliyeva, C. Q. Quliyev. Neft və neft-kimya məhsullarına azərbaycan respublikasının dövlət standartları. Bakı. "Elm". 2012. 191 °C. Kitab
  • M. Hany Abd-El-Lateef, V. M. Abbasov, L. I. Aliyeva. "Novel corrosion inhibitors for protection from CO2 corrosion". LAP Lambert Academic Publishing.- Germany. 2012. 228 P. Kitab
  • V. M. Abbasov, Hany M. Abd. El-Lateef, L. I. Aliyeva, T. I. Ismayilov. "Corrosion inhibition of carbon steel in oil flied formation water containing CO 2 by some surfactants from the type of fatty acids".// "International Porous and Powder Materials" adlı konfrans.-3–6 sentyabr 2013.-İzmir Türkiyə.-S 30.
  • V. M. Abbasov, Adel. A. Mazzouk, A. H. Talybov, S. Z. Kasimova, O. A. Aydemirov. "Synthesis of 2,4,5-Triphenyl imidazole Derivatives using 1,4-Dimethyl Pipra- rinium Hydrogen Sulfate as Green, Reusable Catalyst".// International Porous and Powder Materials" adlı konfrans.-3–6 sentyabr 2013.-İzmir Türkiyə.-S 26.
  • G. A. Muhtarova, N. Kh. Efendiyeva, Z. A. Gasimova, H. C. İbrahimov, V. M. Abbasov. "İnfluence of Regime Parameters to the Hydrocracking process of Goudron in the presence of suspended nanosized catalysts". // International Porous and Powder Materials" adlı konfrans.-3–6 sentyabr 2013.-İzmir Türki- yə.-S 52.
  • Hany M. Abd. El-Lateef, V. M. Abbasov, L. I. Aliyeva, A. A. Qasimov, I. T. Ismayilov. "Inhibition of carbon steel corrosion in CO 2 -saturated brine us- 58 ing some newly surfactants based on palm oil: Experimental and theoretical in- vestigations".// Journal of Material Chemistry and Physics.- 29 July 2013.-P 1–10.
  • В. М. Аббасов, Р. П. Джафаров, Е. Ш. Абдуллаев, Е. Дж. Агазаде, Э. К. Гасанов. "Оптимизация процесса создания консервационных жидкостей на основе амидоаминов и нитропродуктов". // Мир нефтепродуктов, № 8, 2013, С.17–20.
  • Vagif M. Abbasov, Hany M. Abd El-Lateef, Sevinc A. Mamedxanova, Leylufer I. Aliyeva, Teyyub A. Ismayilov et al. Inhibitive Effect of Some Natu- ral Naphthenates as Corrosion Inhibitors on the Corrosive Performance of Car- bon Steel in CO 2 -Saturated Brine. // International Journal of Scientific Research in Environmental Sciences (IJSRES), Volume 1, 2013, p. 166–178.
  • G. A. Muhtarova, N. Kh. Efendiyeva, Z. A. Gasimova, H. C. İbrahimov, V. M. Abbasov. "İnfluence of Regime Parameters to the Hydrocracking process of Goudron in the presence of suspended nanosized catalysts". // International Porous and Powder Materials" adlı konfrans.-3–6 sentyabr 2013.-İzmir Türki- yə.-S 52.
  • Hany M. Abd. El-Lateef, V. M. Abbasov, L. I. Aliyeva, A. A. Qasimov, I. T. Ismayilov. "Inhibition of carbon steel corrosion in CO 2 -saturated brine us- 58 ing some newly surfactants based on palm oil: Experimental and theoretical in- vestigations".// Journal of Material Chemistry and Physics.- 29 July 2013.-P 1–10.
  • В. М. Аббасов, Р. П. Джафаров, Е. Ш. Абдуллаев, Е. Дж. Агазаде, Э. К. Гасанов. "Оптимизация процесса создания консервационных жидкостей на основе амидоаминов и нитропродуктов". // Мир нефтепродуктов, № 8, 2013, С.17–20.
  1. "Arxivlənmiş surət" (PDF). 2019-10-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-10-22.
  2. "Arxivlənmiş surət". 2021-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-08.
  3. "Arxivlənmiş surət". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-07-01.
  4. "Görkəmli kimyaçılar". 2013-07-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-09-28.
  5. http://www.nkpi.az/?page=read&id=1434

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]