Vaqif Yasın oğlu Gülməmmədov — alim, fizika-riyaziyyat elmləri namizədi, Azərbaycan Dövlət İqtisad Univeristetinin "Riyaziyyat" kafedrasının dosenti.
Vaqif Gülməmmədov(1958-2008) | |
---|---|
Doğum tarixi | 1958-ci il |
Doğum yeri | Faxralı, Bolnisi rayonu, Gürcüstan SSR, SSRİ |
Vəfat tarixi | 4 aprel, 2008-ci il. |
Vəfat yeri | Bakı |
Atası | Yasın |
Elm sahələri | Fizika-riyaziyyat və mexanika riyaziyyat. |
Elmi dərəcələri | Alim, fizika-riyaziyyat elmləri namizədi |
Elmi adı | Azərbaycan Dövlət İqtisad Universiteti "Riyaziyyat" kafedrasının dosenti. |
İş yeri | Azərbaycan Dövlət İqtisad Universiteti |
Təhsili | Ali |
Vikianbarda əlaqəli mediafayllar |
Gülməmmədov Vaqif Yasın oğlu 1958-ci ildə Borçalı mahalının Faxralı kəndində anadan olmuşdur. 1975-ci ildə Faxralı orta məktəbini əla qiymətlərlə bitirərək elə həmin ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakultəsinə daxil olmuşdur. 1980-ci ildə mexanika-riyaziyyat fakultəsini bitirmişdir.
1980-1983-cü illərdə təyinatla Zaqatala rayonu Suvagil kənd 8 illik məktəbində müəllim, 1983-cü ildə Azərbaycan SSR Tədarük Nazirliyinin İnformasiya-hesablama mərkəzində mühəndis-proqramlaşdırıcı, 1983-1991-ci illərdə Azərbaycan SSR Geologiya İnstitutu Xüsusi geofizika cihazlar konstruktor bürosunda mühəndis, böyük mühəndis, 2-ci dərəcəli mühəndis vəzifələrində işləmişdir.
1989-cu ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət İqtisad Universitetinin "Riyaziyyat" kafedrasında baş laborant, assistent, baş müəllim, və dosent vəzifələrində çalışmışdır.
1998-2003-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun dissertantı olmuşdur.
Vaqif Yasın oğlu Gülməmmədov 21 illik pedaqoji staja malikdir. Universitetdə çalışdığı müddətdə tədris planına uyğun onun müxtəlif mövzularda açıq dərsləri təşkil edilmiş və müzakirə zamanı yüksək qiymətləndirilmişdir. Müxtəlif elmi seminarlarda elmi mövzularda müvəffəqiyyətlə çıxışlar etmişdir.
2006-cı ildən başlayaraq Vaqif Yasın oğlu Gülməmmədov elmi-texniki tərəqqinin yeniliklərindən istifadə edərək dərsləri Boloniya təhsil sisteminin tələblərinə uyğun olaraq kompüterdə istifadə etməklə diaproyektor vasitəsilə aparır və bununla novator müəllim olduğunun təsdiq etmiş olur.
Universitetin ictima işlərində, o cümlədən riyaziyyatdan olimpiadaların təşkilində, universitetdə tədrisin keyfiyyətinin yüksəlməsində və tələbələrin vətənpərvərlik ruhunda tərbiyə olunmasında fəal iştirak etmişdir.
Vaqif Yasın oğlu Gülməmmədov 2003-cü ildə "Исследование разрешимости краевых задач для операторно-дифференциальных уравнений высокого порядка" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. O, 22 elmi-metodiki əsərin, o cümlədən 2 hissəli dərs vəsaitinin müəllifidir. Onun elmi-metodiki əsərlərinin bəzilərini sizə təqdim edirik.
1. Riyaziyyatdan çalışmaların həlli metodları I hissə. (486 səhifə) — Bakı, Maarif nəşriyyatı-1990
2. Riyaziyyatdan çalışmaların həlli metodları II hissə. (448 səhifə) — Bakı, Maarif nəşriyyatı-1990
3. Ədədi ardıcıllıqlar. Silsilələr. (76 səhifə) — Bakı-1992
4. Cəbri tənliklər. (68 səhifə) — Bakı-1992
5. Bərabərsizliklər. (132 səhifə) — Bakı-1992
6. Ali riyaziyyat kursundan mühazirələr və məsələlər. (238 səhifə) — Bakı-1994 (F.-r. e. d, prof. N.C. Musayev ilə birgə yazılmışdır)
7. Лекции и задачи по курсу высшей математики. (232 səhifə) — Bakı-1996 (Д.ф.-м. н, пр. Н. Дж. Мусаев ilə birgə yazılmışdır)
8. İqtisadçılar üçün ali riyaziyyat kursu. I hissə. (300 səhifə) — Bakı-2006 (F.-r. e. d, prof. N.C. Musayev ilə birgə yazılmışdır)
9. İqtisadçılar üçün ali riyaziyyat kursu. II hissə. (232 səhifə) — Bakı-2006 (F.-r. e. d, prof. N.C. Musayev ilə birgə yazılmışdır)
10. Курс высшей математики для экономистов. Част I. (262 страница) — Bakı-2006 (F.-r. e. d, prof. N.C. Musayev ilə birgə yazılmışdır)
11. Курс высшей математики для экономистов. Част Iİ. (214 страница) — Bakı-2006 (F.-r. e. d, prof. N.C. Musayev ilə birgə yazılmışdır)
12. Abituriyentlər üçün riyaziyyat. I hissə. (976 səhifə) — Bakı, Avropa nəşriyyatı-2006
13. Abituriyentlər üçün riyaziyyat. II hissə. (717 səhifə) — Bakı, Zərdabi LTD nəşriyyatı-2013 (ölümündən sonra).