Vaqif Məmmədov (ssenarist)

Vaqif Məmmədov (Vaqif Hümbət oğlu Məmmədov) — “Əməkdar mədəniyyət işçisi”, ssenarist, redaktor.

Vaqif Məmmədov
Vaqif Hümbət oğlu Məmmədov
Digər adı Vaqif Hümmətoğlu
Doğum tarixi
Doğum yeri Düz Rəsullu kəndi, Gədəbəy
Vəfat tarixi (76 yaşında)
Vətəndaşlığı SSRİ SSRİAzərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
İxtisası jurnalistika
Təhsili Azərbaycan Dövlət Universiteti
Fəaliyyəti ssenarist
Tanınır redaktor
Mükafatları "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adı — 2008

Vaqif Məmmədov 7 avqust 1939-cu ildə Gədəbəy rayonunun Düz Rəsullu kəndində anadan olub. Azərbaycan Pedaqoji İnstitutunda və Azərbaycan Dövlət Universitetinin Jurnalistika ixtisasında təhsil alıb[1].

Vaqif Məmmədov 15 sentyabr 2015-ci ildə vəfat edib.

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1967-ci ildən “Azərbaycanfilm” kinostudiyasında çalışıb. “Sovet Azərbaycanı”, “İncəsənət”, “Gənc nəsil” kinojurnallarının redaktoru olmuşdur. 1980-ci ildən “Mozalan” satirik kinojurnalında redaktor vəzifəsinə təyin olunub. 100-dən çox süjetin ssenari müəllifi və redaktoru olub. Ömrünün sonuna kimi “Azərbaycanfilm” ,kinostudiyasında redaktor vəzifəsində çalışıb. 60-dan çox elmi-kütləvi və sənədli filmin müəllifidir.[1]

" “Mənə elə gəlir ki, sənədli kino sahəsində işləmək jurnalist üçün böyük həyat məktəbidir. Birincisi, həmişə həyatın axarına düşürsən, əmək adamları arasında olursan, onların qayğıları, istək və arzuları ilə yaşayırsan. “Kəndimizin qəhrəmanı”, “İlisu kəndinin camaatı”, “Poçtalyon Həcər”, “Nəsrimizin ağsaqqalı” və s. filmlərin ssenarisi bu istəklə yaradılmışdır. İkincisi, öz bacarığını, qələmini sınaqdan çıxarırsan, nəyə qabil olduğunu özün üçün aydınlaşdırırsan.” "

Filmoqrafiyası

[redaktə | mənbəni redaktə et]
  • Çəmənlik və otlaqların yaxşılaşdırılması (1969, qısametrajlı sənədli film) – ssenari müəllifi
  • Qəhrəmanlar ölmürlər (1969, qısametrajlı sənədli film) – ssenari müəllifi
  • Nəsrimizin ağsaqqalı (1970, qısametrajlı sənədli film) – ssenari müəllifi
  • Kəndimizin qəhrəmanı (1971, qısametrajlı sənədli film) – ssenari müəllifi
  • Ürək dostluğu (1972, qısametrajlı sənədli film) – ssenari müəllifi
  • Bahar günəşi (1974, qısametrajlı sənədli film) – ssenari müəllifi
  • Üzümlüklərin salınması və becərilməsi (1974, qısametrajlı sənədli film) – ssenari müəllifi
  • Sibir sınaqları (1975, qısametrajlı sənədli televiziya filmi) – ssenari müəllifi
  • Qələbənin yolları (1976, qısametrajlı sənədli film) – ssenari müəllifi
  • Azərbaycan pambığının yetişdirilməsi texnologiyası (1977, qısametrajlı sənədli film) – ssenari müəllifi
  • Taxıl istehsalının ehtiyat mənbələri (1978, qısametrajlı sənədli film) – ssenari müəllifi
  • Yaşıl möcüzə (1979, qısametrajlı sənədli film) – ssenari müəllifi
  • Sən belə cımbılısan (1982, animasiya filmi) – ssenari müəllifi
  • Həyat yolu (1985, qısametrajlı sənədli film) – ssenari müəllifi
  • Xoş gördük, Tovuz (1992, qısametrajlı sənədli film) – ssenari müəllifi
  • Müqəddəs torpaq (II) (1993, qısametrajlı sənədli film) – ssenari müəllifi
  • Gözəlliklər diyarı (1995, qısametrajlı sənədli film) – ssenari müəllifi
  • Vahimə (1998, qısametrajlı bədii film) – redaktor
  • Arxada qalmış gələcək (2004, tammetrajlı bədii film) – redaktor
  • Küçələrə su səpmişəm (2004, tammetrajlı bədii film) – redaktor
  • Girov (2005, tammetrajlı bədii film) – redaktor
  • Yalan (2006, tammetrajlı bədii film) – redaktor
  • İstanbul reysi (2010, tammetrajlı bədii film) – redaktor

25 sentyabr 2008-ci ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülmüşdür[2].

  1. 1 2 Aydın Kazımzadə. "Vaqif Məmmədov - müsahibə" (az.). anl.az. 2014. 2022-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 iyul 2022.
  2. "Azərbaycan qadınlarının bir qrupuna fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 sentyabr 2008-ci il tarixli, 3062 nömrəli Sərəncamı" (az.). e-qanun.az. 2008-09-25. 2020-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-08.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]