Vaqner qrupu üsyanı və ya Priqojin üsyanı, Göbələk devirməsi, Göbələk qiyamı – 23 iyun 2023-cü ildə Vaqner Qrupunun lideri Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyini onun qüvvələrinə hücuma keçməkdə və onun qüvvələrinin "nəhəng" hissəsini öldürməkdə ittiham etdi.[1] Priqojin Müdafiə Nazirliyinin rəhbərliyindən qisas alacağına söz verdi.[2] Hərbi idarəçilikdə "şərin" dayandırılmalı olduğunu vurğulayan Priqojin "ədalət üçün addımlayacağını" bildirmişdir.[3]
Vaqner qiyamı | |||
---|---|---|---|
Марш справедливости | |||
Tarix | iyun 2023 | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Yevgeni Priqojin KİV-lər tərəfindən "Putinin aşbazı" adlandırılan Rusiyalı iş adamıdır. 2014-cü ildə o, "Vaqner" ÖHŞ-nın əsasını qoymuşdu.[4] Priqojinın Rusiya Müdafiə Nazirliyi və Prezident Administrasiyası ilə münasibəti pis idi. O, Sergey Şoyqunu Suriyada "köhnəlmiş üsulu" işlətdiyinə görə tənqid edirdi, Şoyqu isə Rusiya Silahlı Qüvvələrini qida ilə təmin etməklə məşğul olan Priqojinın şirkətini tənqid edirdi.[5]