Varşavanın mühasirəsi (1939)

Varşavanın mühasirəsi — 1939-cu ilin sentyabrda, İkinci Dünya müharibəsinin əvvəllərində, Polşa kampaniyası zamanı Nasist Almaniyası Quru Qoşunları tərəfindən Polşa Silahlı Qüvvələrinə bağlı Varşava Ordusunun müdafiə etdiyi Varşava şəhərinin nəzarəti uğrunda başladılan mühasirə.[1]:70–78

Varşavanın mühasirəsi
Yeri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şəhərə nəzarət uğrunda mübarizə nasist qüvvələrin Polşaya hücumu ilə paralel olaraq, 1 sentyabr 1939-cu ildən Lüftvaffe tərəfindən həyata keçirilən böyükmiqyaslı hava bombardmanları ilə başlamışdır. Quru döyüşləri 8 sentyabrda, nasist zirehli birləşmələrinin Vola rayonuna və şəhərin cənub-qərb ətrafına çatması ilə başlamışdır. Almaniya radiosunun Varşavanı tutduğunu iddia etməsinə baxmayaraq, nasistlərin ilk hücumu dəf edilmiş və tezliklə Varşava mühasirəyə alınmışdır. Mühasirə 28 sentyabra qədər davam etmiş, general Valerian Çumanın rəhbərliyi altındakı Polşa qarnizonu rəsmi olaraq kapitulasiya elan etmişdir.[2] Ertəsi gün təxminən 140,000 Polşa əsgəri şəhəri tərk etmiş və hərbi əsir olaraq götürülmüşdür. 1 oktyabrda Vermaxt qoşunları Varşavaya daxil olmuş və bu, 17 yanvar 1945-ci ilə qədər davam edən Almaniya işğalı dövrünün başlanğıcı olmuşdur.

Mühasirə zamanı Varşavada yaşayan təxminən 18,000 mülki şəxs həlak olmuşdur. Hava bombardmanları nəticəsində şəhərin binalarının 10%-i tamamilə dağıdılmış, daha 40%-nə isə ciddi ziyan dəymişdir.[1]:78 1939-cu ildə hava müharibəsi ilə bağlı beynəlxalq qaydalara əsasən Varşava qanuni hərbi hədəf hesab olunurdu, çünki şəhər döyüşlər zamanı cəbhə xəttində yerləşirdi və Polşa ordusu tərəfindən ciddi şəkildə müdafiə olunurdu.[3]

Nasist Almaniyası üçün Varşava Polşanın mühüm siyasi, sosial və iqtisadi mərkəzi, əsas nəqliyyat mərkəzi idi. Varşavada Visla üzərindən körpülərin tutulması zamanı Polşa ordusunun təchizat sisteminin vəziyyəti pisləsmiş və dinc əhalinin ölkənin qərb bölgələrindən təxliyəsi prosesi pozulmuşdur. Varşava həmçinin, böyük sənaye mərkəzi idi.

3 sentyabr 1939-cu ildə Polşanın Hərb naziri Almaniya ordusunun Çenstoxov yaxınlığında silahlı yarıb keçmə əməliyyatı ilə əlaqədar Varşavanın cənubdan müdafiəsini hazırlamaq, körpülərin müdafiəsini təşkil etmək və Almaniya qoşunlarının hücum cəhdlərini pozmaq barədə əmr vermişdi. O zaman Varşavanın müdafiəsinə briqada generalı Valerian Çuma başçılıq edirdi. 5 sentyabrda generallar Tadeuş KutşebaVladislav Bortnovskinin qoşunları gələnə qədər Varşava körpülərini müdafiə etmək əmri verilmişdir. Elə həmin gün Varşavada Qızıl Xaç dəstələrinin, yanğınsöndürmə briqadalarının və könüllülərdən fəhlə batalyonlarının formalaşdırılmasına başlanılmışdır. 36-cı Piyada Alayının ehtiyatda olan əsgərlərindən bir neçə dəstə yaradılmışdır.[4]

6 sentyabrda Varşavadan bir hava briqadası şəhərin hava hücumundan müdafiəsinin bir hissəsi ilə birlikdə Brestə köçürülmüşdür. Beləliklə, 38 təyyarə (avadanlığın 70%-i) vurulmuş və 43 qələbə qazanılmışdır.[5] Həmin gün general Çuma paytaxtın hərbi anbarlarının açılmasını, fəhlələrə və şəhəri müdafiə etmək istəyən hər kəsə silah paylanmasını əmr etmişdir. Onun əmri ilə Varşava Fəhlə Müdafiə Briqadası təsis edilmişdir. 7 sentyabrda, səhər saatlarında Polşa ordusunun baş hərbi komandanlığının təbliğat şöbəsinin rəisi polkovnik-leytenant R. Umyastovski Almaniya qoşunlarına qarşı döyüşmək istəyən bütün paytaxt sakinlərini əllərində silahla Varşavanı tərk etmək, Vislanın şərq sahilinə təxliyə etmək və Polşanın şərq voyevodluqlarında olan Polşa ordusunun hissələrinə qoşulmağa çağırmışdır. Nəticədə çoxlu könüllü Varşavanı tərk etmişdir ki, bu da paytaxtın hərbi komandanlığının sərəncamında qalan insan ehtiyatlarının sayını azaltmışdır.[6]

  1. 1 2 Zaloga, S.J., 2002, Poland 1939, Oxford: Osprey Publishing Ltd., ISBN 978-1841764085
  2. Balamirzə Məmmədli. Almaniyanın Polşaya hücumu və II dünya müharibəsinin başlanması / Türk Dünyası Gənc Tədqiqatçılar Dərnəyinin Araşdırmaları, №4(4) 2020, səh. 31-40. Arxivləşdirilib 2022-07-14 at the Wayback Machine
  3. Corum, James S. (2013). The Luftwaffe's Campaigns in Poland and the West 1939–1940: A Case Study of Handling Innovation in Wartime pp. 173–174
  4. История Второй Мировой войны 1939—1945. В 12 тт. Т. 3. / Редколл., гл. ред. Гречко, Андрей Антонович. — М.: Воениздат, 1974. — С. 30.
  5. "obrona-warszawy-1939". 2018-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-08.
  6. Польское рабочее движение в годы войны и гитлеровской оккупации (сентябрь 1939 — январь 1945) / М. Малиновский, Е. Павлович, В. Потеранский, А. Пшегонский, М. Вилюш. — М.: Политиздат, 1968. — С. 23.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]
  • Bryan, Julien – Siege. New York: Doubleday, Doran, 1940
  • Norbert Konwinski (1978) – The Mayor: Saga of Stefan Starzynski. Claremont: Diversified Enterprises. ISBN 0-9601790-0-3.
  • Bartoszewski, Władysław – 1859 Dnii Warszawy (1859 Days of Warsaw) – Wydawnictwo Znak, Cracow 1974

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]