Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Varlı adamlar — digər insanlarla müqayisədə daha çox maddi sərvətə malik olan insanlardır.
2007-ci il "Dünyanın ən varlı adamları" statistikasina əsasən 946 milyarder barədə məlumatlar daxil edilmişdir. Bura daxil olanların 178-i bu siyahıya məhz bu il daxil olmuşdur. 178 yeni milyarderin ölkələr üzrə bölgüsü aşağıdakı kimidir:
56 nəfər milyarderdən savayı digər yeni milyarderlər dünyanın müxtəlif ölkələrinin sakinləridirlər. 2007-ci il milyarderlərin statistikasında qeyri-ordinar il kimi daxil olmuşdur. Buna səbəb qeyri-neft sektoru olmuşdur. Məsələ burasındadır ki, qeyd edilən milyarderlərin əksəriyyəti qeyri-neft sektorunda var-dövlət qazanmışlar. Bu sahələrə aid idi daşınmaz əmlak, qəhvə və ümumilikdə qida məhsulları. 2006-cı ildə milyarderlər siyahısına daxil olan adamların yalnız 2\3 hissəsi öz yüksək maddi durumunu 2007-ci ildə qoruyub saxlamışdırlar və buna səbəb 2007-ci il statistikasına daxil ola bilmişdilər. 2007-ci ildə ən minimal məbləğ 900 mln $ — ən maksimal məbləğ 3.5 mld $ arasında ölçülmüşdür. Milyarderlərin orta yaş həddi 2007-ci ildə 65 yaş olmuşdur. Bu isə o deməkdir ki, 2005-ci ilə nisbətən 2007-ci ildə statistikaya qeydə alınan milyarderlər həmin ilin (2005) varlı adamlarına nisbətən 17 yaş daha cavandırlar.
Statistikada mövcud olan varlı adamların 60% maddi durumlarını öz zəhmətləri ilə yüksəltmişdilər. Forbes jurnalinda siyahıya düşən varlı adamlar siyahısına Microsoft şirkətinin yaradıcısı Bill Qeyts başçılıq edir. O artıq 13 ildir ki, qeyd edilən siyahıda öz birinciliyini qoruyub saxlaya bilir. İkinci yeri onun yaxın dostu Warren Buffett (baxmayaraq ki, o Meksikada mülkiyyetinin böyük bir hissesini itirmişdir) əlində cəmləşdirmişdir. Ümumilikdə milyarderlərin coğrafi yerləşməsinə gorə Rusiya geridə qalmır. Orada hal-hazırda 53 milyoner qeydiyyatdadır(Almaniyadan 2 dəfə çox).
Rusiya varlı adamlarının ümumi məbləği 282 mln $ təşkil edir. Hindistanda 36 milyoner mövcuddur(ümumi məbləğ — 191 mln $). Yaponiyada isə 24 milyoner mövcuddur(ümumi məbləğ — 64 mln $). Hindistanın buradakı temsilçiləri arasında ən varlısı dünyanın ən nəhəng Polad Əritmə zavodları şəbəkələrinin yaradıcısı Lakşmi Mittaldır. Baxmayaraq ki, 2007-ci il milyonları qazanmaq üçün ən uğurlu illərdən birisi olmuşdur, 2006-cı il siyahısında yer alan 44 varlı adam öz yerini 2007-ci ildə qoruyub saxlaya bilməmişdirlər.
Sıra | Ad | Sərvəti (ABŞ dolları) | Yaş | Ölkə | Sərvətinin mənbəsi |
---|---|---|---|---|---|
▲ | 1İlon Mask | 219 milyard ▲ | 50 | ABŞ | Tesla, SpaceX |
2 ▼ | Ceff Bezos | 177 milyard ▼ | 58 | ABŞ | Amazon |
▬ | 3Bernar Arno və ailəsi | $158 milyard ▲ | 73 | Fransa | LVMH |
▬ | 4Bill Geyts | $129 milyard ▲ | 66 | ABŞ | Microsoft |
▲ | 5Vorren Baffett | $118 milyard ▲ | 91 | ABŞ | Berkshire Hathaway |
▲ | 6Larri Peyc | $111 milyard ▲ | 49 | ABŞ | Alphabet |
▲ | 7Sergey Brin | $107 milyard ▲ | 48 | ABŞ | Alphabet |
8 ▼ | Larri Ellison | $106 milyard ▲ | 77 | ABŞ | Oracle Corporation |
▲ | 9Stiv Ballmer | $91.4 milyard ▲ | 66 | ABŞ | Microsoft |
▬ | 10Mukeş Ambani | $90.7 milyard ▲ | 64 | Hindistan | Reliance Industries |