"Varlı ata, Kasıb ata" — Robert Kiosaki tərəfindən yazılmış maliyyə məsləhətləri kitabı. Kitab maliyyə müstəqilliyini və varlanmağın yatırım yolu ilə, biznesə başlamaq və ya biznez sahibi olmaq yolu ilə mümkünlüyünü və həmçinin İG-nin (intellekt göstəricisi) artırılmasını əhatə edir. Kitabda yazılan hadisələr və misallar Kiosakinin öz həyatından götürülmüşdür.[2]
Varlı ata Kasıb ata | |
---|---|
ing. Rich Dad Poor Dad | |
Müəlliflər |
Robert Kiosaki Şeron Lekter |
Janrlar | Şəxsi maliyyə, biznes, investment, özünüinkişaf |
Orijinalın dili | İngilis dili |
Ölkə | ABŞ |
Orijinalın nəşr ili |
"Warner Books Ed" (1 aprel, 2000) |
Tərcüməçi | Aydan Xəyal (ruscadan) |
Nəşriyyat | "Qanun" nəşriyyatı[1] |
Nəşr | 2013 |
Səhifə | 188 |
Növ | kitab |
Tiraj | 1000 |
ISBN | ISBN 978-9952-26-549-1 |
Robert Kiosaki və Şeron Lekterun müştərək yazdığı bu kitab insanlara müasir həyatda yüksək rifah içində yaşamağın yollarını, varlanmağın sirlərini öyrədir.
Müəlliflər öz təcrübələrini bölüşür, qanunları pozmadan necə var-dövlət qazanmağın mümkün prinsip və şərtlərini təhlil edirlər.
Kitabdan çıxan başlıca nəticə budur ki, müasir dövrdə çox pul qazanmaq üçün çox işləməyə ehtiyac yoxdur, sadəcə, ağıllı olmaq, enerjini, biliyi, əlində olan vəsaiti düzgün paylaşdırmaq və ondan səmərəli istifadə etmək lazımdır. Bunun yolu maliyyə savadına malik olmaq, bazar konyukturasını öyrənib bilmək və təcrübədə tətbiq etməkdir.
Kitab ilk dəfə 1997-ci ildə nəşr edildi. Əvvəlcə kitabın nəşri şəxsi təşəbbüs olduğundan çox yayılmasa da, bir müddətdən sonra kitab bestseller oldu və dünyada 26 milyondan çox nüsxəsi satıldı.[3]
Kitab ümumilikdə 26 milyondan çox satılıb və bəzi tənqidçilərdən müsbət rəy alıb. Tanınmış media nəhəngi və Amerika televiziya verlişi siması Oprah Vinfri kitabı öz proqramında təbliğ edib. Məşhur Hollivud aktyoru Uill Smit kitabı dəstəkləyərək qeyd etmişdir ki, kitabı oxuyaraq oğluna maliyyə məsuliyyətlərini öyrədir.[4] Amerikalı biznes maqnat, milyarder və Amerika prezidenti Donald Tramp kitabı oxuyub və tərifləmişdir. O, həmçinin 'Varlı ata, Kasıb ata'-nı 1987-ci ildə özünün yazdığı 'Tramp: razılaşma incəsənəti' kitabı ilə müqayisə etmişdir. Bu kitab isə öz növbəsində Kiosakinin özü üçün motivasiya mənbəyi olmuşdur.[5] 2006-ci ildə onlar birlikdə 'Biz niyə sizin varlı olmağınızı istəyirik, iki insan, bir mesaj', 2011-ci ildə isə 'Midas toxunuşu: niyə bəzi sahibkarlar varlanır, bir çox sahibkarlar isə bunu bacarmırlar' adlarında kitablar nəşr etdiriblər.[6] Amerikalı sərmayəçi və dəb sahibkarı Deymond Con 'Varlı ata, Kasıb ata'-nı ən sevimli kitablarından biri adlandırıb.[7]
Robert Kiosakinin kritiki Con T. Rid qeyd edir ki, "Varlı ata, Kasıb ata çox yanlış, pis, təhlükəli və ümumiyyətlə yaxşı olmayan məsləhətlər verir." O, həmçinin əlavə edir ki, "Varlı ata, Kasıb ata oxuduğum ən səfeh maliyyə məsləhəti kitabıdır. Məlumatlar arasında bir çox səhv detallar var və müəllif iddia edir ki, inanılması çətin olan hadisələrin hamısı baş verib."[8] Kiosaki öz növbəsində Ridlə razılaşmadığını deyir və iradları qəbul etmir.[9] Rob Uolker kitabı tamamilə cəfəngiyyat adlandırdı. Uolker həmçinin, Kiosakinin Amerikanlar və Amerikan mədəniyyəti haqqında fikirlərinə və onun metodlarına irad tutur.[2]
Robert Kiosakivarli ata kasib ata