Villard Kristofer Smit kiçik (25 sentyabr 1968[2][3][…], Filadelfiya, Pensilvaniya[4]) — tanınmış Amerika aktyoru.
Vill Smit | |
---|---|
ing. Will Smith | |
Doğum adı | Willard Carroll Smith II |
Doğum tarixi | |
Doğum yeri | Filadelfiya, ABŞ |
Vətəndaşlığı | |
Fəaliyyəti | Aktyor |
Fəaliyyət illəri | 1985-ci ildən |
Boyu | 1,88 m |
Üzvlüyü | |
Mükafatları | |
IMDb | ID0000226 |
willsmith.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Forbes jurnalının versiyasına görə, Hollivud ulduzları arasında ən çox qazanan aktyor Vill Smitdir. Onun illik qazancı 80 milyon dollar təşkil edir. Smiti "Hollivudun ən zəhmətkeş aktyoru" adlandırırlar. Aktyora isə ötən il ən çox şöhrət qazandıran Varner Brosun "Mən əfsanəyəm" filmi olub. Smit cari ildə Hollivudun özünəməxsus rekordunu müəyyənləşdirib. O, hər birinin xəzinə yığımı 100 milyon dolları keçən 8 filmdə çəkilib. Hollivud milyonçularının siyahısında ikinci yerdə "karib piratı" Conni Depp gəlir.[5]
Vill Smit səhnədən getməyə hazırlaşmasa da, artıq özünə varis hazırlayıb. Onun varisi oğlu Ceyden olacaq. "Xoşbəxtlik axtarışında" filmində onunla tərəf-müqabili olan oğlu yenidən atası ilə "Nyutonun qanunu" filmində rol alacaq. Filmin prodüseri Vill Smitin özüdür. Ceyden atasının prodüser olduğu filmdə məktəb ekskursiyasından sonra qapalı elmi mərkəzə düşən istedadlı gənc ixtiraçı obrazını canlandıracaq. Filmin premyerası 2009-cu ilə planlaşdırılıb.[6]