Əliyev Vasif İzzət oğlu (21 sentyabr 1941, Astara) — Azərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı.[1]
Vasif Əliyev | |
---|---|
2005 – 2010 | |
Seçki dairəsi | 2005 — 77 saylı Astara |
Əvvəlki | İsgəndər Quliyev |
Sonrakı | Aslan Cəfərov |
Şəxsi məlumatlar | |
Doğum adı | Əliyev Vasif İzzət oğlu |
Doğum tarixi | 21 sentyabr 1941 (82 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili |
Vasif Əliyev 1941-ci il sentyabrın 21-də Astara şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun neft və qaz mədənlərinin maşın və avadanlığı fakültəsini bitirmişdir. Texnika elmləri doktorudur. Əməkdar mühəndisdir. 1 monoqrafiyanın, 3 kitabın və 36 məqalənin müəllifidir. 7 ixtirası və 3 patenti vardır. Rus və ingilis dillərini bilir.
1963-cü ildən Neft Mədənləri İdarəsində çilingər, mexanik, qaz-kompressor stansiyasının rəisi, qaz-kompressor sexi rəisinin müavini, baş mühəndis, 1973-cü ildən "Qaradağneft" NQÇİ-də sex rəisi, "Azərqaznəqliyyat" İstehsalat Birliyində mexanikləşdirilmiş səyyar dəstənin rəisi, 1977-ci ildən Azərbaycan qaz emalı zavodunda blok üzrə mühəndis-mexanik, 1978-ci ildən "Neft Daşları" NQÇİ-də qaz-kompressor sexi rəisinin müavini işləmişdir. 1980-ci ildən Xəzərdənizneftqazsənaye" İstehsalat Birliyinin böyük mühəndisi, şöbə rəisi vəzifələrində çalışmışdır. 2000–2005-ci illərdə ARDNŞ-nin Neftin və qazın strateji problemlərinin koordinasiyası departamentinin rəisi olmuşdur. Evlidir, 3 övladı var.
Yeni Azərbaycan Partiyasının üzvüdür. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının üzvüdür. Azərbaycan-Belarus, Azərbaycan-İraq, Azərbaycan-Makedoniya, Azərbaycan-Suriya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.