Vasili Boqoroditski

Vasili Alekseyeviç Boqoroditski (7 (19) aprel 1857[1] və ya 19 aprel 1857[1], Yoşkar-Ola, Kazan quberniyası23 dekabr 1941[2][1], Kazan[2]) SSRİ Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru, professor, Paris Dilçilik Cəmiyyətinin üzvü, Kazan Dilçilik Məktəbinin yaradıcılarından biri. Eksperimental fonetika, dialektologiya, slavyanşünaslıq, türkologiya üzrə ümumi dilçi tədqiqatçı.

Vasili Boqoroditski
Василий Алексеевич Богородицкий
Doğum tarixi
Doğum yeri Yoşkar-Ola
Kazan quberniyası
Rusiya İmperiyası
Vəfat tarixi (84 yaşında)
Vəfat yeri Kazan
SSRİ
Vətəndaşlığı SSRİ
Təhsili Kazan Universiteti
Fəaliyyəti dilçi, türkoloq
Elmi dərəcəsi
Üzvlüyü

1857-ci ildə Rusiya İmperiyası, Kazan quberniyasının Yoşkar-Ola şəhərində keşiş ailəsində anadan olmuşdur.[3] 1868-ci ildən Kazan Gimnaziyasında, daha sonra (1876–1880-ci illərdə) Kazan Universitetinin tarix-filologiya fakültəsində təhsil almışdır. Universiteti bitirdikdən sonra Kazan Tatar Müəllimlər Seminariyasında və Kazan Universitetində dərs demişdir.[4] 1884-cü ildə "Ortaq rus dilində səssiz saitlər", 1888-ci ildə — "Rus qrammatikasının gedişi" adlı doktorluq dissertasiyasını müdafiə etmişdir.

Müqayisəli dilçilik, Hind-Avropa dillərinin müqayisəli qrammatikası (1884-cü ildə), Sanskrit və müqayisəli qrammatika (1886-cı ildən) şöbələrində xüsusi köməkçi professor vəzifəsində çalışmışdır. 1884-cü ildə dünyanın ilk təcrübi fonetika laboratoriyasını təsis etmişdir.

1917-ci il Oktyabr inqilabından sonra Vasili Boqoroditski Kazan Şərq Pedaqoji İnstitutunda dərs demişdir.

Rus, tatar və digər dillərin (Boqoroditski dünyada ilk olaraq öyrənməyə başlamış şəxslərdən biridir) eksperimental fonetikasında aparılan tədqiqatlarla yanaşı, "Rus qrammatikasının ümumi kursu" (1904), "Ümumi mühazirələr" dərsliklərinə də sahibdir. Vasili Boqoroditski tatar dilini və digər türk dillərini müqayisə etmiş, tatar fonetikasını araşdırmışdır.[5]

23 dekabr 1941-ci ildə vəfat etmişdir.

Əsas elmi əsərləri

[redaktə | mənbəni redaktə et]
  • V. А. Bogoroditskiy. Vvedenie v izuçenie russkogo vokalizma. Vıp. 1–2. — Varşava : V tip. M. Zemkeviça i V. Nоаkovskogo, 1882–1883.
  • V. А. Bogoroditskiy. İz çteniy po sravnitelnoy grammatike indoevropeyskih yazıkov. Vıp. 1. — Varşava : tip. Varşavsk. uçeb. okr., 1895, 53 s.
  • V. А. Bogoroditskiy. İz çteniy po sravnitelnoy grammatike indoevropeyskih yazıkov. Vıp. 2. — Varşava : Tip. Varşavsk. uçeb. okr., 1895, 33 s.
  • V. А. Bogoroditskiy. Kurs grammatiki russkogo yazıka. Ç. 1. Fonetika. — Varşava : V tip. Mihaila Zemkeviça, 1887, 317 s.
  • V. А. Bogoroditskiy. Kurs eksperimentalnoy fonetiki primenitelno k literaturnomu russkomu proiznoşeniyu. — Kazan : Tip. İmp. un-ta, 1917, 74 s.
  • V. А. Bogoroditskiy. Lektsii po obşçemu yazıkovedeniyu. — Kazan : Tipo-lit. İmp. un-ta, 1911.
  • V. А. Bogoroditskiy. Nekotorıe voprosı sintaksisa, morfologii i semasiologii v primenenii k russkomu yazıku : (İz çteniy na uçit. kursah v Kazani v avg. 1915 g.) // Jurnal ministerstva narodnogo prosveşçeniya. — 1915. — Ç. 47. — № 12. — Otd. 2. — S. 179–199.
  • V. А. Bogoroditskiy. Kratkiy oçerk sravnitelnoy grammatiki arioevropeyskih yazıkov. — İzd. 2-е, ispr. i znaç. dop. — Kazan : Tipo-lit. Un-ta, 1917.
  • V. А. Bogoroditskiy. Vvedenie v tyurko-tatarskое yazıkoznanie. Ç. 1. (Obşçaya): о prirode yazıkа; fiziologiya i psihologiya reçi; tipı yazıkov. — Kazan : Gos. izd-vo TSSR, 1922. — 58 s.
  • V. А. Bogoroditskiy. Zakonı singarmonizma v tyurkskih yazıkah. — Kazan : 1-ya gostip. "Krasnıy peçatnik", 1927.
  • V. А. Bogoroditskiy. Vvedenie v tatarskое yazıkoznanie. — Kazan, 1934.
  1. 1 2 3 Педагоги и психологи мира (rus.). 2012.
  2. 1 2 Богородицкий Василий Алексеевич // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  3. "Богородицкий, Василий Алексеевич" (rus. ). dic.academic.ru. 18 may 2020 tarixində arxivləşdirilib.
  4. Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890–1907.
  5. "Василий Алексеевич Богородицкий" (rus. ). yarus.asu.edu.ru. 18 may 2020 tarixində arxivləşdirilib.
  • P. S. Kuznetsov. Vasiliy Alekseeviç Bogoroditskiy (1857–1941) // Trudı instituta yazıkoznaniya AN SSSR, 1953, T. II, s. 254–256.
  • N. А. Andramonova, L. K. Bayramova. Vasiliy Alekseeviç Bogoroditskiy (1857–1941). Kazan: İzd-vo Kazansk. un-ta, 2002. — ISBN 5-7464-0698-8
  • Bogoroditskiy, Vasiliy Alekseeviç // Entsiklopediçeskiy slovar Brokgauza i Efrona : v 86 t. (82 t. i 4 dop.). — SPb., 1890–1907.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]