Vasili Vasilyeviç Buturlin (bilinmir, Çar Rusiyası – 1656[1] və ya dekabr 1655[2], Kiyev[1][3]) — zadəgan (boyar) Böyük Moskva knyazlığının hərbi lider və diplomatı idi. 1654-cü ildə Pereyaslavda Boqdan Xmelnitski ilə aparılan danışıqlarda Moskva elçisi olaraq daha yaxşı tanınmışdır. Növbəti il Buturlin Stanislav Revera Potoçkiyə qarşı Moskva ekspedisiya qüvvələrini uğurla idarə etmiş və Boqdan Xmelnitskinin kazak ordusuna kömək etmişdir. Elə həmin ilin dekabrında Buturlin çar hökuməti tərəfindən geri çağrıldı və Moskvaya qayıdarkən yolda öldü.
Vasili Buturlin | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | bilinmir |
Doğum yeri | |
Vəfat tarixi | 1656[1] və ya dekabr 1655[2] |
Vəfat yeri |