Böyük Moskva Knyazlığı

Böyük Moskva knyazlığıorta əsr rus feodal dövləti. Əvvəlcə, Vladimir knyazlığının mirası, XIV əsrin ortalarından etibarən Vladimir şəhərinin Moskva knyazlarının irsi mülkiyyətinə keçməsi nəticəsində böyük mübarizə aparmışdılar. 1330-cu ildən 1480-ci ilə qədər Moskva knyazları, nadir istisna olmaqla, Xanın möhtəşəm dukal etiketinin sahibləri idilər, bunun üçün digər iki əsas knyazlıqlarla mübarizə apardılar: Tver və Nijni Novqorod-Suzdal.

Tarixi dövlət
Böyük Moskva knyazlığı
Bayraq Gerb[d]
Bayraq Gerb[d]
1263 — 1547

Paytaxt Moskva
Dilləri qədim rus dili, kilsə slavyan dili
Rəsmi dilləri
Dövlət dini şərqi ortodoks xristianlıq
Əhalisi
  • 3.000.000 nəf. (1460)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Böyük Moskva knyazlığı 1263-cü ildə yaranmışdır. XIV əsrin əvvəllərində Moskva knyazlığı təsərrüfat, sənət və ticarət sahəsində özünün yüksəliş dövrünü keçirirdi. Qərbi Avropa və Şərq ölkələri ilə ticarətdə uğurlar qazanan Moskva Qızıl Ordu xanlarından "Böyük knyaz" titulu almaq üçün Tver knyazlığı ilə mübarizəyə başladı. Moskva knyazı İvan Kalita (rus dilində pul kisəsi deməkdir; olduqca xəsis və dövlətli knyaz II İvana verilən ləqəb) hiylə yolu ilə öz rəqibini aradan qaldırıb, Qızıl Orda xanından "yarlıq" aldı. İvan Kalita böyük knyaz titulunu ələ keçirdikdən sonra Qızıl Orda xanları xeyli müddət rus torpaqlarına yürüşlər etmədilər[1]. Bu da rus torpaqlarının dirçəlməsinə, Moskvanın varlanıb başqa knyazlıqları özündən asılı vəziyyətə salmasına imkan yaratdı[2]. Moskva knyazlığının güclənməsi birləşdirilmə üçün ilkin şərait yaratdı. Artıq Moskva və başqa knyazlıqlar Qızıl Ordu[3] ilə hesablaşmır, xəracı vaxtlı-vaxtında ödəmir, bəzən isə tamamilə imtina edirdilər. Kulikovo döyüşündən sonra isə Moskva knyazı Qızıl Ordaya xərac verməkdən tamamilə imtina etdi[4].

Moskva knyazı III İvanın dövründə rus torpaqlarının Moskva ətpafında birləşdirilməsi çox sürətlə davam edirdi. O, RostovYaroslavl knyazlıqlarının varlığına son qoydu. Böyük Novqorod boyarları isə hər vasitə ilə öz müstəqilliklərini qoruyu saxlamağa çalışırdılar[5].

Onların Böyük Litva knyazından kömək istəməsi III İvanın Novqorod üzərinə yürüşünə səbəb oldu. 1471-ci ildə baş vermiş Şelon döyüşündə Moskva knyazı III İvan qalib gəldi. 1478-ci ildə Böyük Novqorod torpağı Moskva tərəfindən tamamilə işğal edildi[6]. Moskva knyazlığı geniş işğallar yolu ilə öz ərazisini genişləndirmək siyasəti yeritməyə başladı. Növbəti işğal hədəfi şimalda və Volqaboyunda yaşayan türk xalqları oldu. Öz müstəqilliyini və istiqlaliyyətini itirən həmin xalqlar ruslaşdırmaxristianlaşdırma siyasəti ilə üz-üzə qalmalı oldular[7]. Moskva knyazlığı ətpafında birləşən rus knyazlıqları öz müstəqilliklərini tam itirdilər. Mərkəzləşmiş dövlət yarandı. Mərkəzi dövlətdə böyük knyaz və boyar duması idarə edirdi[8].

Dumanın tərkibi keçmiş knyazlardan və onların varislərindən ibarət idi. Böyük knyaz 1497-ci ildə təhkimçilik hüququnun tətbiq edilməsi üçün fərman verdi. Fərmana görə kəndlinin öz ağasının torpağından ancaq ildə bir dəfə, Yuri gününə bir həftə qalmış, yaxud bir həftə sonra çıxıb getmək hüququ var idi. Beləliklə, ümumdövlət təhkimçlik sistemi yaradılmasının əsası qoyuldu[9].

Böyük Moskva knyazlığı 1547-ci ildə süqut etmişdir. 1463-cü ildə Yaroslavl knyazlığı III İvanın malikanələri tərkibinə daxil oldu. Rostov knyazı 1474-cü ildə öz knyazlığını Moskva knyazlığına satdı və özü onun yanında xidmət etməyə başladı.

Novqorod respublikası və Tver knyazlığı Rusiya torpaqlarının siyasi cəhətdən birləşdirilməsinin başa çatdırılması yolunda dayanmışdılar. 70-ci illərdə Moskva hökuməti Novqorod respublikasının birləşdirilməsini hazırladı və həyata keçirdi. Bu zaman Novqorodda boyarlar və tacirlər arasında iki qruplaşma mübarizə aparırdı. Knyaz canişinin dul arvadı Marfa Boretskaya başda olmaqla Moskvanın əleyhinə çıxan birinci qruplaşma Litvaya, onun vasitəsilə isə Polşaya tabe olmağa hazır idi. Boyarların və tacirlərin bir qismi Litvaya tabe olmağın əleyhinə idi.

Novqorodda sinfi mübarizənin kəskinləşməsi və Moskvanın qüvvətlənməsi Moskvanın əleyhinə olan qruplaşmanın Litva ilə sazişə girməsini sürətləndirdi, halbuki ruhanilər də daxil olmaqla, ikinci qruplaşma , Moskva feodalları tərəfindən kömək almaq ümidində idi. Xalq kütlələri Moskva ilə birləşməyə can ataraq, ümid edirdilər ki, böyük Moskva knyazı onları boyarlardan müdafiə edəcəkdir. Novqorod boyarları Rus dövlətinə xəyanət etmək yoluna qədəm qoydular. Novqorodu idarə edən bir qrup boyar 1471-ci ilin yazında Polşa knyazı və Litva knyazı IV Kazimiri öz ağası saydı və onunla saziş bağladı. Kazimir Moskva ilə mübarizədə Novqoroda kömək edəcəyinə söz verdi. Moskva hökuməti təhlükəni nəzərə aldı və qəti tədbirlərə əl atdı. Mitropolit Novqorod boyarlarının xəyanətini məzəmmətləmişdi, hökumət Novqorod üzərinə yürüşə milli tədbir xarakteri verməyə çalışırdı[10].

Müşavirə dərhal yürüşə başlamağı qərara alır. III İvan başda olmaqla qoşun Pskov qoşunu ilə birləşməyi təmin etmək və lazım gəldikdə Litvadan qoşunların yaxınlaşmasına yol verməmək məqsədilə qərb tərəfdən İlmen gölünün yanından ötərək Novqoroda tərəf hərəkət etdi. 1471-ci ildə döyüş baş verdi. Novqorodlular darmadağın edildi. Novqorod artıq Moskva knyazlığın votçinası adlanmağa başladı. Getdikcə daha çox Tver knyazı və zadəganı Moskvaya xidmət etməyə gedirdi. Tver tacirləri daim Moskva ilə ticarət əlaqələri saxlayırdılar. Moskva ilə birləşmənin qarşısını almaqda aciz olan Tver knyazı Mixail Borisoviç 1483-cü ildə kömək üçün IV Kazimirə müraciət etdi və onunla ittifaq bağladı. III İvan dərhal Tverə qoşun yeritdi və knyaz Mixaili Litva ilə ittifaqdan və əlaqə saxlamaqdan imtina etməyə məcbur etdi.

1485-ci ildə Tver knyazının IV Kazimirlə yenidən əlaqə yaratması cəhdinin qarşısını almaq üçün III İvan Tverə qoşun yeritdi. Tver udel knyazları və boyarları böyük Moskva knyazının yanında xidmət etməyə getdilər, Mixail isə Litvaya qaçır.

  1. "История России", т. II, стр. 24
  2. "Юридические Древности" I, 58–59
  3. БРЭ, том "Россия", с.280
  4. "Юридические Древности", т. I, стр. 53–55
  5. "Собр. Госуд. Гр. и Догов.", I, № 28
  6. "Собр. Госуд. Грам. и Дог." I, № 43, 44, 49, 55
  7. "Хронология РПЦ со времени Крещения Руси до наших дней". Archived from the original on 2010-11-27. İstifadə tarixi: 2020-03-10.
  8. "Собр. Госуд. Грам. и Дог.", I, № 33
  9. Дьяконов М. А. Россия/Русское право/История русского права  // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
  10. История отечественного государства и права / Под ред. О. И. Чистякова; Издание 3-е, переработанное и дополненное. М. : МГУ имени М. В. Ломоносова, 2005. Часть 1. 430 с.

Rus tarixinə dair ümumi ilə yanaşı:

  • Сергеевич В. И. Лекции, исследования и заметки по истории русского права
  • Сергеевич В. И. Русские юридические древности
  • Владимирский-Буданов, Михаил Флегонтович Обзор истории русского права
  • Станкевич, Николай Владимирович О причинах постепенного возвышения Москвы // Учёные записки Московского университета, 1834.
  • Вешняков В. О причинах возвышения Московского княжества. — СПб., 1851.
  • Соловьёв С. М. Взгляд на историю установления госуд. порядка в России до Петра Великого // Сочинения. — СПб., 1882.
  • Костомаров, Николай Иванович Начало единодержавия в России // Монографии, т. XII и "Вестник Европы", 1870, 11 и 12.
  • Полежаев П. В. Московское княжество в первой половине XIV века. — СПб., 1878.
  • Кузьмин А. Г. Объединение княжеств Северо-Восточной Руси вокруг Москвы.
  • Забелин, Иван Егорович Взгляд на развитие М. единодержавия. // "Исторический Вестник", 1881, № 2–4.
  • Самоквасов, Дмитрий Яковлевич Главнейшие моменты в государственном развитии древней Руси и происхождение Московского государства // "Варшавские университетские известия", 1886, № 1–3.
  • Самоквасов Д. Я. Происхождение Московского государства // там же, 1886, № 3.
  • Дьяконов, Михаил Александрович Власть Московских государей. — 1889.
  • Градовский, Александр Дмитриевич История местного управления в России. — СПб., 1868.
  • Ключевский, Василий Осипович Боярская дума древней Руси. — М., 1882.
  • Загоскин, Николай Павлович Очерки организации и происхождения служилого сословия в допетровской Руси. — Каз., 1876.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]