Vasilkov mayolika xoruzu

Vasilkov mayolika xoruzu (ukr. Півник васильківської майоліки) — Valeri Protoryev və Nadiya Protoriyeva tərəfindən yaradılmış Vasilkovda yerləşən mayolika fabrikində təkrarlanan dekorativ əşya. Bu, 2022-ci ildə Rusiyanın Ukraynaya hücumu zamanı Borodyankadakı evlərdən birinin fotosu yayıldıqdan sonra mübarizə simvoluna çevrilmişdir Fotoşəkildə müşahidə olunur ki, mənzilin demək olar tamamilə dağılmasına baxmayaraq, divardakı mətbəx şkafı üstündə olan dekorativ mayolika xoruzu ilə birlikdə salamat qalmışdı.[1]

Vasilkov mayolika xoruzu
Materialı mayolika
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi[redaktə | mənbəni redaktə et]

Xoruz 1960-cı illərin əvvəlindən 1980-ci illərə qədər Vasilkovda yerləşən mayolika fabrikində istehsal edilmişdir.[2] Əsərin müəllifinin əvvəlcə səhvən Prokop Bidasiyuk olduğunu iddia edilmişdir.[3] Vasilkov mayolika fabrikinin baş rəssamı Sergey Denisenko hesab etmişdir ki, xoruzun müəllifliyi Valeriy Protoryev və onun həyat yoldaşı Nadiyaya məxsusdur.[4][5]

2022-ci ildə Rusiyanın Ukraynaya hücumu zamanıBorodyankada yerləşən xaraba evdən çəkilən fotoşəkildə evin içində şkaf və üzərində yerləşən dekorativ mayolika xoruzu salamat qalmışdır. Bu fotoşəkil dünyada məşhurlaşdıqdan sonra Ukrayna mediası və sosial şəbəkələrdəki insanlar bu incəsənət əsəri ilə maraqlanmağa başlamışdılar. Şkaf Yelizaveta Servatınskanın diqqətini cəlb etmiş və o, şkafın fotoşəkillərini çəkmişdir. Bundan sonra Kiyev Şəhər Şurasının deputatı Viktoriya Burdukova hamının diqqətini mayolika xoruzuna yönləndirmişdir.[6]

Xoruz şkaf ilə birlikdə Milli Ləyaqət İnqilabı Muzeyinin ekspozisiyasına aparılmışdır.[7][8]

Simvolika[redaktə | mənbəni redaktə et]

Bombalanmadan salamat çıxmış və olduğu divarda qalmış xoruzlu mətbəx şkafı mətanət və mübarizə simvoluna çevrilmişdir. Ortaya çıxan memdə "bu mətbəx şkafı qədər güclü olun" yazılmışdır.[9] Bu, həm də azğın Ukrayna ruhunun simvolu kimi qeyd olunmuşdur.[10]

Xoruz Aleksandr Qrexov, Dima Kovalenko, Pişik İnjırın təsvirlərində müşahidə. Məhsul yerli onlayn bazarlarda fəal şəkildə axtarışa verilir. Xoruz Pasxa yumurtaları üçün məşhur mövzulardan birinə çevrilmişdir. Məsələn, litvalı dizayner Laymes Kudikis onu Pasxa yumurtalarının birinin üzərinə yerləşdirmişdir.[11] Birləşmiş Krallığın baş naziri Boris Consonun 9 aprel 2022-ci il tarixində keçirilən Kiyev səfəri zamanı həm ona, həm də Ukrayna Prezidenti Vladimir Zelenskiyə[12] oxşar keramika xoruzları hədiyyə edilmişdir.[13]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "На кухонній шафі, яка вціліла після обстрілів в Бородянці, впізнали керамічного півника з Василькова". Українська правда _Життя. 2022-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-09.
  2. "Чи можливо відновити виробництво васильківських півників, одного з яких подарували Борису Джонсону?". Рукотвори. 2022-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-12.
  3. "На кухонній шафі, яка вціліла після обстрілів в Бородянці, впізнали керамічного півника з Василькова". Українська правда _Життя. 2022-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-09.
  4. "Півник з кухонної шафки в Бородянці. Як предмет Васильківської майоліки став символом стійкості України та прославився на весь світ". nv.ua (ukrayna). 2022-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-12.
  5. "Чи можливо відновити виробництво васильківських півників, одного з яких подарували Борису Джонсону?". Рукотвори. 2022-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-12.
  6. "Історія кухонної шафки з півником: як одне фото з руїн Бородянки стало вірусним". BBC News Україна (ukrayna). 2022-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-12.
  7. Павлюк, Олег. "Кухонна шафка з Бородянки стала надбанням Національного музею Революції Гідності". Suspilne. 2022-04-17. 2023-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-04.
  8. "Символ стійкості українців – кухонна шафа з керамічним півником із деокупованої Бородянки – відтепер є надбанням музейного фонду України". www.maidanmuseum.org (ukrayna). 2022-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-17.
  9. "Історія кухонної шафки з півником: як одне фото з руїн Бородянки стало вірусним". BBC News Україна (ukrayna). 2022-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-12.
  10. "Вцілілий керамічний півник в Бородянці став символом незламності українського духу". Горинь інфо (ukrayna). 2022-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-12.
  11. "ВЕЛИКОДНІ ПОДАРУНКИ НАШИХ ПОБРАТИМІВ — Телеканал I-UA.tv". i-ua.tv (ukrayna). 2022-04-23. 2022-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-25.
  12. Дим. ""Півник – символ перемоги": як проста перехожа в Києві завдяки випадковості подарувала Зеленському і Джонсону символічні сувеніри". Новинарня (ukrayna). 2022-04-09. 2022-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-09.
  13. "Джонсону подарували півника з відомої шафки, що вціліла у Бородянці". www.golos.com.ua (ukrayna). 2022-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-09.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]