Vayfay 4

Wi-Fi nəsilləri
Nəsil IEEE
standartı
Təsdiqlənmə
tarixi
Maksimum
sürət
(Mbit/s)
Radio
tezlik
(GHz)
 Wi-Fi 7 802.11be 21 mart 2019 1376-46120 2.4 5 6
 Wi-Fi 6/6E 802.11ax 27 mart 2014 574-9608 2.4 5 6[1]
 Wi-Fi 5 802.11ac 26 sentyabr 2008 433-6933 [2] 5
 Wi-Fi 4 802.11n 11 sentyabr 2003 72-600 2.4 5
(Wi-Fi 3)* 802.11g 21 sentyabr 2000 6-54 2.4
(Wi-Fi 2)* 802.11a 16 sentyabr 1997 5
(Wi-Fi 1)* 802.11b 9 dekabr 1997 1-11 2.4
(Wi-Fi 0)* 802.11 21 mart 1991 1-2 2.4
*Wi‑Fi 0, 1, 2, və 3 markasız ümumi istifadədədir.[3][4]

IEEE 802.11n-2009 və ya 802.11n — məlumat sürətini artırmaq üçün çoxlu antenalardan istifadə edən simsiz şəbəkə standartı. "Wi-Fi Alliance" həmçinin standart texnologiyanı geriyə doğru Wi-Fi 4 olaraq etiketləmişdir.[5][6] Bu digər funksiyalar arasında MIMO, çərçivə aqreqasiyası və təhlükəsizlik təkmilləşdirmələri üçün dəstəyi standartlaşdırmışdır. IEEE 802.11n-2009 2,4 GHz və ya 5 GHz tezlik diapazonlarında istifadə edilə bilər.

MIMO dəstəyini təqdim edən ilk Wi-Fi standartı olaraq 802.11n standartı (və ya standartın qaralama versiyası) dəstəkləyən cihazlar MIMO (Wi-Fi məhsulları) adlanır.[7] 802.11a ilə eyni spektri qoruyaraq məlumat sürətini artırmaq üçün MIMO-OFDM istifadə ilk dəfə "Airgo Networks" tərəfindən nümayiş etdirilmişdir.[8]

Standartın məqsədi 20 MHz kanalda bir məkan axını ilə maksimum xalis məlumat sürətinin 54 Mbit/s-dən 72 Mbit/s-ə və 40 MHz kanal enində dörd məkan axınının istifadəsi ilə 600 Mbit/s-ə qədər əhəmiyyətli artımla əvvəlki iki standarta – 802.11a802.11g standartlarına nisbətən şəbəkə ötürmə qabiliyyətini yaxşılaşdırmaqdır.[9][10]

IEEE 802.11n-2009 IEEE 802.11-2007 simsiz şəbəkə standartına düzəlişdir. 802.11 simsiz şəbəkə ötürmə üsullarını tənzimləyən IEEE standartları toplusudur. Onlar bu gün yaşayış və biznes sahələrində simsiz əlaqə təmin etmək üçün 802.11a, 802.11b, 802.11g, 802.11n, 802.11ac802.11ax versiyalarında istifadə olunur. 802.11n-in inkişafı 2002-ci ildə başlamış, 2009-cu ildə buraxılmışdır. 802.11n protokolu indi dərc edilmiş IEEE 802.11-2012 standartının 20-ci bəndidir.

"Wi-Fi Alliance" sertifikatlaşdırma proqramı[redaktə | mənbəni redaktə et]

"Wi-Fi Alliance" 2.0 versiyasından dan sonra tamamlanan bəzi təkmilləşdirmələr üçün uyğunluq testləri dəstini inkişaf etdirmişdir. Bundan əlavə, bütün qaralama-n sertifikatlı məhsulların son standartlara uyğun məhsullarla uyğun olduğunu təsdiqləmişdir.[11]

IEEE 802.11n standartının ilk qaralaması 2006-cı ildə buraxılmışdır. Bundan sonra bir çox istehsalçılar standart layihəyə uyğun olduğunu iddia edən "qaralama-n" adlanan məhsullar istehsal etməyə başlamışdı.[12] "Wi-Fi Alliance" 2007-ci ilin ortalarında IEEE 802.11n layihəsi 2.0 əsasında məhsulların sertifikatlaşdırılmasına başlamışdır.[13][14]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Wi-Fi 6E 6 GHz tezliyində işləyən Wi-Fi cihazlarını müəyyən edən sənaye adıdır. Wi-Fi 6E 6 GHz diapazonuna genişləndirilmiş Wi-Fi 6-nın xüsusiyyətlərini və imkanlarını təklif edir.
  2. 802.11ac yalnız 5 GHz diapazonunda işləməyi müəyyən edir. 2.4 GHz diapazonunda işləmə 802.11n tərəfindən müəyyən edilir.
  3. "Discover Wi-Fi". Wi‑Fi Alliance. 2023. İstifadə tarixi: 2023-08-10.
  4. "Wi-Fi Generation Numbering". ElectronicNotes. İstifadə tarixi: November 10, 2021.
  5. "Wi-Fi Alliance introduces Wi-Fi 6". 2019-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-08.
  6. "Here come Wi-Fi 4, 5 and 6 in plan to simplify 802.11 networking names". CNET. 2020-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-08.
  7. 新通訊元件雜誌. Alt URL Arxivləşdirilib 2023-04-27 at the Wayback Machine
  8. Communications Design Conference.
  9. Stanford, Michael. "How does 802.11n get to 600Mbps?". Wirevolution.com. September 7, 2007. November 9, 2007 tarixində arxivləşdirilib.
  10. IEEE 802.11n-2009—Amendment 5: Enhancements for Higher Throughput. IEEE-SA. 29 October 2009. doi:10.1109/IEEESTD.2009.5307322. ISBN 978-0-7381-6046-7.
  11. "Wi-Fi Alliance Launches Updated Wi-Fi Certified n Program" (Press-reliz). Wi-Fi Alliance. September 30, 2009. October 4, 2009 tarixində arxivləşdirilib.
  12. Shaw, Keith. "The draft-n controversy". Network World. 2006-08-07. 2018-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-08.
  13. "Wi-Fi Alliance Begins Testing of Next-Generation Wi-Fi Gear" (Press-reliz). Wi-Fi Alliance. June 25, 2007. 2008-04-11 tarixində arxivləşdirilib.
  14. "Wi-Fi Alliance Reveals New Logo and Announces First Wi-Fi Certified 802.11n Draft 2.0 Products and Test Suite". wi-fi.org. May 16, 2007. 2008-12-22 tarixində arxivləşdirilib.

Əlavə ədəbiyyat[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]