WiMAX

WiMAX — Geniş qurğu spektoru üçün uzun məsafələrdə universal simsiz rabitəni təmin etmək məqsədi ilə hazırlanmış telekommunikasiya texnologiyasıdır (stansiya və portativ kompüterdən tutmuş mobil telefona gədər).

WiMAX şəbəkəsi ənənəvi simli texnologiyaların istifadəsi ilə qoşulmaq imkanı olmayan abunəçilərə geniş zolaqlı xidmətlərin göstərilməsinə imkan yaradır.

WiMAX texnologiyası yüksək keyfiyyətli rabitə və məlumatların ötürülməsi sürətini təmin edərək, sıx şəhər tikilmə yerləri daxil olmaqla, hər bir şəraitdə işləmək imkanını yaradır. WiMAX "son mil" geniş zolaqlı birləşmənin yaradılması, simsiz çıxış nöqtələrin yerləşdirilməsi, şirkət filialları arasında şəbəkənin təşkili və digər məsələlərin həlli üçün istifadə edilə bilər.

Wimax Texnologiyası-Wimax (Worldwide Interoperability for Microwave Access) ingilis dilindən tərcümədə-Mikrodalğalı Giriş üçün Beynəlxalq Qarşılıqlı təsir qabiliyyəti mənasını verir. Wimax 10 GHs ilə 66 GHs tezlik diapozonunda işləyən və naqilsiz sistemlərin xüsusiyyətlərini ifadə edən İEEE 802.16 standartlarının digər adıdır. İlk növbədə Wimax geniş coğrafi sahəni əhatə edən və yüzlərlə istifadəçiyə çox aşağı xərclə xidmət göstərə bilən naqilsiz internet xidmətidir.

Wimax necə işləyir?

Wimax komyuterləri, mobil telefonları, Wimax proqramı ilə təchiz edilmiş digər cihazları naqilsiz internet xidməti ilə təmin edən və mikrodalğa texnologiyasını istifadə edən bir quruluşdur. Wimax texnologiyasına naqilsiz məlumat-xəbərləşmə bağlantısı qurarkən istifadə edilən baza stansiyaları daxildir. Wimax 50 km qədər əhatə dairəsinə ve 75 Mbit/s-ə qədər informasiya ötürmə sürətinə malikdir. Tipik bir Wimax qurğusu təsirli bir əhatə dairəsi sahəsi yarada biləcək binanın üst hissəsinə və ya hündür bir yerə yerləşdirilir. Wimax qəbuledicisinə isə müştəri-bina cihazı (Customer Premises Equipment-CPE), proqram yüklənmiş leptoplar ve şəxsi kompüterlər daxildir. Wimax bütün xəbərləşmə modelini iki addımda meydana gətirir:

1) Wimax qəbuledicisindən Wimax baza stansiyasına məlumat ötürülməsi;

2) Baza stansiyasından internet şəbəkəsinə məlumat ötürülməsi.

Wimax baza stansiyası ilə istifadəçi arasındakı xəbərləşmənin bir nöqtədən çox nöqtəyə olmasına baxmayaraq, Wimax baza stansiyaları arasında xəbərləşmə nöqtədən-nöqtəyə bilavasitə görüş xətti ilə olmalıdır.

İki nöqtə arasındakı məlumat ötürülməsi zamanı mikrodalğa ötürmə linki və Wimax baza stansiyası naqilli bağlantı istifadə olunan İP şəbəkəsinə bağlanir:

Wimax fiziki layı-

Wimax vasitəsilə məlumat ötürülməsində OFDM-dən (Orthogonal Frequency Division Multiplilexing-Ortoqonal tezlik bölməli çoxallaşma) istifadə edilir. Çünki mövcud olan digər naqilsiz ötürmə texnikalarına görə olduqca üstünlüyə malikdir. Aydındır ki, Wimax-in sabit və mobil (səyyar) versiyaları vardır və bunların hər birində fərqli OFDM-dən istifadə olunur. Sabit Wimax-da 256-FFT əsaslı OFDM-dən istifadə edilərkən, mobil Wimax-da FFT boyu 128 bit-dən 2048 bit-ə qədər dəyişən OFDM-dən istifadə olunur.

Sabit Wimax vəziyyətində altdaşıyıcıların sayı 256-ya bərabərdir və sabitdir.256 altdaşıyıcının 192-si məlumat daşınmasında,8-i alt kanal kəsimində, geri qalanlar isə altdaşıyıcılar arası mühafizə zolağı olaraq istifadə edilir. Qeyd etmek lazımdır ki, altdaşıyıcılar arası boşluq bilavasitə kanalın zolaq genişliyi ilə mütənasibdir. Bu daha yüksək kanal zolaq genişliyi, daha çox altdaşıyıcılar arası boşluq mənasına gəlir ki, bunun nəticəsi də simvol zamanın azalması deməkdir.

Digər tərəfdən mobil (səyyar) Wimax vəziyyətində FFT boyu 128 bit-dən 2048 bit-ə qədər olur. Beleliklə, uyğun zolaq genişliyi artırıldığında FFT boyu da artır. Mobil Wimax-da altdaşıyıcılar arası boşluq 10,94 KHs-ə sabitlənmişdir. Bunun nəticəsində simvol zaman sabit qalmış olur.

Sabit Wimax-ın təsirini və əhatə dairəsini genişləndirmək üçün məhdud bir şəkildə yuxarı xəttə alt kanal yaratmağa icazə verilir.

Mobil Wimax vəziyyətində isə iki istiqamətdə kanal yaratmağa icazə verilir:yuxarı xətt və aşağı xətt.

Beləliklə, fərqli altkanallar xüsusi bir tipdə daxilolma mexanizmi olan OFDMA-dan istifadə edən fərqli istifadəçilərə təsis edilir. Altkanalları meydana getirmə ya bitişik altdaşıcılarla, ya da təsadüfi dağılmış altdaşıyıcılarla icra edilir. Əgər kanallar tezlik spekrti üzərində təsadüfi dağılmış olarsa və daha çox tezlik çeşidini dəstəkləyərsə bu mobil (səyyar) Wimax üçün daha uyğundur.

Bu əsas xüsusiyyətlərlə yanaşı Wimax-ın fiziki layı naqilsiz xəbərləşmə kanalları üçün çərçivələmə və aralıqların təsisi kimi digər vacib bir funksiyanı da yerinə yeritirir. Bu aralıqlar məlumat bölgəsi kimi adlandırılan və müəyyən istifadəçiyə təyin olunan bitişik qrupları istifadə edərək yaradılır. Bu məlumat bölgələri müxtəlif kanal şərtləri və istənilən QOS (Quality of Service-Servis keyfiyyəti) paramertlərinə görə müxtəlif tənzimləmə algoritmləri ilə fərqli istifadəçilərə ötürülür. Beləliklə də, Wimax vasitəsi ilə məlumat ötürülməsi və qəbul edilməsi baş verir.

Wimax-ın üstünlükləri

1) Uzun mənzili:Digər naqilsiz texnologiyalardan bəlkə də ən vacib üstünlüyü təmin etmiş olduğu mənzildir. Wimax 50 km-ə yaxın mənziliylə təxminən 7400 kvadrat kilometr olan bir sahəni əhatə edə bilir ki, bu da orta böyüklükdə bir şəhər üçün kifayət qədər geniş əhatə sahəsi deməkdir. 2) Yüksək zolaq genişliyi: Wimax-dan əvvəl mövcud olan digər naqilsiz texnologiyalar zolaqgenişliyi ilə bağlı bir çox problemlərə sahib idi. Wimax isə 40Mbit/s ötürmə sürətini dəstəkləməklə sadəcə tək bir baza stansiyası ilə yüzlərlə istifadəçiyə xidmət göstərməkdədir. 3) Aşağı xərc: Wimax baza stansiyası qurmaq 20 min dollara başa gəlir ki, bu da digərləri ilə müqayisədə daha ucuzdur.

Wimax-ın mənfi xüsusiyyətləri

1) Güc həssaslığı: Wimax çox yüksək elektrik gücünə tələbatı olan bir texnologiyadır. 2) Bilavasitə görüş xətti:10 km və daha artıq naqilsiz məlumat-xəbərləşmə bağlantısı üçün bilavasitə görüş xəttinə ehtiyac duyur.

Wimax-ın digər naqilsiz texnologiyalarla qarşılaşdırılması-Wimax-dan əvvəl istifadəçilərə naqilsiz internet xidmətini təmin edən İEEE 802.11standartları naqilsiz bağlantı (Wireless Fidelity- WiFi) forumu tərəfindən müəyyənləşdirilmişdir.

Wimax yüksək zolaq genişliyi xüsusiyyəti ilə mövcud olan digər naqilsiz xəbərləşmə texnologiyalarından daha yaxşı məhsuldarlığı təmin edir, lakin mobillik xüsusiyyətlərinə gəlincə Wimax 3G texnologiyalarının geridə qalmaqdadır. Çünki 3G şəbəkələrinin ən fundamental xüsusiyyətlərindən biri mobillikdir. Wimax-in isə əsas məqsədi sabit və ya hərəkətdə olan istifadəçilərə müəyyən mobillik xüsusiyyətlərinə sahib daha yüksək zolaq genişliyi təmin etməkdir, lakin İEEE 802.11 standartlarının ən böyük problemi QOS parametrləridir. Çünki bu parametrlər WiFi tərəfindən müəyyənləşdirilməmişdir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]