Vaythors — Kanadanın Yukon vilayətinin mərkəzi. Vaythors 1898-ci ildə salınmışdır. Şəhərdə 24 minə yaxın insan yaşayır. Bu rəqəm Yukon vilayətində yaşayan əhalinin 75%-ni təşkil edir. Vaythors Alyaska mərkəzi yolunun üzərində yerləşdiyindən böyük önəmə sahibdir. Alyaskaya yük maşınları ilə səfər edənlər və turistlərin əsas dayanacağı Vaythors şəhəridir. Qızıl hərisliyi dövründə Vaythors olduqca məşhur idi. Yukon çayında qızılın tapılması və şəhərin çaya yaxın ərazidə yerləşməsi, qısa müddətdə minlərlə qızıl axtaranın şəhərə gəlməsi ilə nəticələnmişdir. 1953-cü ildə Klondayk yolunun çəkilməsindən sonra, Yukon vilayətinin mərkəzi Douson Sitidən Vaythorsa köçürülmüşdür.
Şəhər | |
Vaythors | |
---|---|
Whitehorse | |
60°43′02″ şm. e. 135°03′21″ q. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1898 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 670 m, 1.700 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +1 867 |
Digər | |
whitehorse.ca | |
Vikianbarda əlaqəli mediafayllar |