Velimir Neidhardt

Velimir Neidhardt (d. 7 oktyabr, 1943, Zaqreb, Xorvatiya) — memar, professor, Xorvatiya Elmlər və İncəsənət Akademiyasının həqiqi üzvü, Sloveniya Elmlər və İncəsənət Akademiyasının müxbir üzvü.[2]

Velimir Neidhardt
Şəxsi məlumatlar
Doğum tarixi 7 oktyabr 1943(1943-10-07)[1] (80 yaş)
Doğum yeri
Vətəndaşlığı
İşləri və nailiyyətləri
Üzvlüyü
neidhardt.hr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Haqqında[redaktə | mənbəni redaktə et]

Velimir Neidhardt 7 oktyabr, 1943-cü ildə Xorvatiyanın paytaxtı Zaqrebdə anadan olub.

Neidhart Zaqreb Universitetinin Memarlıq Fakültəsinin professorudur.[3] 1995–1999-cu illərdə Xorvatiya Memarlar Assosiasiyanın prezidenti olub.[4] 1991-ci ildən bəri Xorvatiya Elmlər və İncəsənət Akademiyasının həqiqi üzvüdür. 2015-ci ilin iyun ayından bəri o həm də, Sloveniya Elmlər və İncəsənət Akademiyasının müxbir üzvüdür.

Neidhardtın ən mühüm işi Zaqrebdə Milli və Universitet Kitabxanasının binasıdır.[2][5]

Mühüm layihələri[redaktə | mənbəni redaktə et]

  • Hotel Lapad (I. Kolbax və B. Şavora ilə birgə; Dubrovnik, 1969)
  • Hotel Begova Ledina (Makarska, 1969)
  • Bit Pazar Alış-Veriş Mərkəzi (I. Franić ilə birgə; Skopye, 1970)
  • Alış-Veriş Mərkəzi (Mrkonjiç Grad, 1972)
  • Siti Sentr layihəsi (Lj. Luliç və J. Nosso ilə birgə; Banja Luka, 1973–79)
  • Nyu Zaqreb Siti Sentr layihəsi (L. Şverer və B. Velniç ilə birgə; 1971)
  • Fransa Respublikası Meydanı (I. Franiç ilə birgə; Zaqreb, 1977)
  • Hamma Sentr (Z. Krznariç ilə birgə; Əlcəzair, 1984)
  • Telekommunikasiya Binası (Şibenik, 1980)
  • Milli və Universitet Kitabxanası (M. Hržiç, Z. Krznariç və D. Mans ilə birgə; Zaqreb, 1978–95)
  • Zaqreb urban aksis (1981–85)
  • Ina Trgovina binası (Zaqreb, 1985–89)
  • Exportdrvo Offis binası (Zaqreb, 1985)
  • Adriatik Boru Kəməri Qərargahı (Zaqreb, 1989–91)
  • Dünya Ticarət Mərkəzi (Z. Krznariç və D. Mans ilə birgə; Zaqreb, 1991)
  • Metropolitan aksis(Z. Krznariç və D. Mans ilə birgə; Zaqreb, 1992)
  • M. Con Yevangelist Kilsəsi (Zaqreb, 1991)
  • Parish kilsəsi (Zagreb, 1994)
  • Badel Şəhər Bloku (M. Beqoviç və D. Mans ilə birgə; Zaqreb, 1992–96)
  • Xorvatiya Hökumət Mərkəzi (Zaqreb, 1996)[2][6]

Xatirəsi[redaktə | mənbəni redaktə et]

2001-ci ildə Vukiç Fedya memarın fəaliyyəti ilə bağlı əsər yazıb.[6]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

http://www.neidhardt.hr

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Velimir Neidhardt // Artists of the World Online, Allgemeines Künstlerlexikon Online, AKL Online (alm.). / Hrsg.: A. Beyer, B. Savoy B: K. G. Saur Verlag, Verlag Walter de Gruyter, 2009. ISSN 2750-6088 doi:10.1515/AKL
  2. 1 2 3 http://www.neidhardt.hr Arxivləşdirilib 2020-07-01 at the Wayback Machine - Rəsmi veb saytı
  3. "Velimir Neidhardt, F.C.A." Arxivləşdirilib 2015-06-24 at the Wayback Machine info.hazu.hr. Xorvatca.
  4. "Velimir Neidhardt — Biografija" Arxivləşdirilib 2021-04-11 at the Wayback Machine. Ruđer Bošković Institute.
  5. Jovetić, Goran (November 29, 2001). "Suvereni stvaratelj u velikom mjerilu" (PDF).[ölü keçid] Vjesnik
  6. 1 2 Vukić, Fedja (2001). Velimir Neidhardt: arhitektura grada Arxivləşdirilib 2021-09-25 at the Wayback Machine [Velimir Neidhardt: Urban Architecture] (PDF) (in Croatian and English). Zagreb. ISBN 953-206-028-6.