Velosiped oğruları (film, 1948)

"Velosiped oğruları" (it. Ladri di biciclette) — rejissor Vittorio de Sikanın filmi.

Velosiped oğruları
it. Ladri di biciclette
Janr dram filmi[1][2], Art haus
Rejissor
İcraçı prodüser Vittorio de Sika
Ssenari müəllifləri
Baş rollarda
Distribütor Netflix
İlk baxış tarixi 1948, 21 noyabr 1948[5], 24 noyabr 1948[5], 12 dekabr 1949[5], 13 dekabr 1949[5]
Müddət 90 dəq.
Büdcə 133.000 $
Ölkə
Dil italyan dili
Rəng ağ-qara[d]
IMDb ID0040522
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məzmun[redaktə | mənbəni redaktə et]

Filmdəki hadisələr 1940-cı illərdə baş verir və İtaliyanın müharibədən sonrakı dövrünü əks etdirir. Ailə başçısı, iki uşaq atası Antonio Riçi işsizdir. Uzun axtarışlardan sonra o, nəhayət, afişaları yapışdırmaq işinə qəbul olunur. İşə başlamaq üçün ona təcili velosiped lazımdır. Əmək birjasının məmuru ona "Velosiped yoxdursa, iş də yoxdur" – deyir. Antonionun əvvəl velosipedi var idi. Lakin onu yemək üçün az miqdarda pul əldə etmək üçün lombarda vermişdi. Velosipedi lombarddan almaq üçün arvadı Antonioya sonuncu qiymətli şeyi verir. Bu, onun cehizi olan altı döşəkağı idi.

Birinci iş günündə Antonio üstündə Rita Heyvortun şəkli olan afişanı yapışdırır. Bu vaxt velosipedi oğurlayırlar. Antonio balaca oğlu Bruno ilə ümidsiz halda axtarışa çıxır. Tamaşaçılar ata-oğulun gözü ilə varlı və kasıb Romanı gəzirlər. Bu axtarışlar filmin süjet xəttini təşkil edir. Bəzən Antonioya elə gəlir ki, velosipedi tapmağa lap az qalıb, amma o, hər dəfə fikrində yanılır.

Axırda o, bu vaxt ərzində özünün işsiz, ailəsinin ac olduğunu düşünüb özü bir velosipedi oğurlamağa cəhd edir. Ancaq onu tuturlar. Bunların hamısı balaca Brunonun gözünün qarşısında baş verir. Ona görə də velosipedin sahibi Antonionu bağışlayır və düşünür ki, onu tutanların etdiyi təhqirlər kifayətdir.

Film faciəli sonluqla başa çatır. Antonio heç nəyi olmadan, oğru damğası altında, sabahkı günə inamsız vəziyyətdə oğlu ilə yoluna davam edir.

Film haqqında[redaktə | mənbəni redaktə et]

  • Film Fəxri "Oskar" mükafatı (1950), BAFTA mükafatı, Lokarno kinofestivalının xüsusi mükafatını qazanmışdı. 1995-ci ildə isə Vatikanda tərtib edilmiş "Bütün zamanların 45 ən böyük filmi" siyahısına bu filmin də adı daxil edilmişdi. Bu siyahı dünya kinosunun yaranmasının 100 illiyi münasibətilə hazırlanmışdı.

Mükafatlar və nominasiyalar[redaktə | mənbəni redaktə et]

Mükafatlar[redaktə | mənbəni redaktə et]

1950-ci ilin "Oskar" mükafatı:[redaktə | mənbəni redaktə et]

Fəxri Oskar

1950-ci ilin "BAFTA" mükafatı:[redaktə | mənbəni redaktə et]

Ən yaxşı film

1950-ci ilin "Qızıl Qlobus" mükafatı:[redaktə | mənbəni redaktə et]

Ən yaxşı xarici film

1950-ci ilin Buxarest Film Festivalı:[redaktə | mənbəni redaktə et]

"Qızıl Canavar" mükafatı

Nominasiyalar[redaktə | mənbəni redaktə et]

1949-cu ilin "Oskar" mükafatı:[redaktə | mənbəni redaktə et]

Ən yaxşı uyğunlaşdırılmış ssenariyə görə – Çezare Zavattini

Filmin heyəti[redaktə | mənbəni redaktə et]

Film üzərində işləyənlər[redaktə | mənbəni redaktə et]

Əsərin müəllifi : Luici Bartolini
Ssenari müəllifləri : Çezare Zavattini
Rejissor : Vittorio de Sika
Operator : Karlo Montuori
Bəstəkar : Alessandro Çikonyini
Prodüser : Vittorio de Sika

Rollarda[redaktə | mənbəni redaktə et]

Lamberto Macorani – Antonio Riççi
Enso Stayola – Bruno Riççi
Lianella Karell – Mariya Riççi
Yelena Altyeri
Cino Saltamerenda – Bayokko
Culio Kyari
Vittorio Antonuççi – oğru
Mikele Sakara
Fausto Querzoni
Karlo Yakino

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]