Xarici qalça venası (lat. Vena iliaca externa) — aşağı ətrafdan gələn bud venasının (lat. v. femoralis) ardıdır. Qasıq bağı səviyyəsindən başlayaraq eyni adlı arteriyanın içəri tərəfilə yuxarı gedir və oma-qalça bağının önündə daxili qalça venası ilə birləşərək ümumi qalça venasını əmələ gətirir. Bu damar aşağı qarınüstü venanı — lat. vş epigastrica inferior və qalçanı dolanan dərin venanı — lat. v. citcumflexa ilium profunda qəbul edir, özü də qapayıcı vena ilə anastomozlaşır.
Xarici qalça venası | |||
---|---|---|---|
| |||
Qarın və kiçik çanaq venaları - ümumi, daxili, xarici qalça venaları | |||
Latınca | vena iliaca externa | ||
Qrey | subyekt 173 672 | ||
Mənbəyi | Bud venası Böyük gizli vena | ||
Açılır | Ümumi qalça venası | ||
Arteriya | Xarici qalça arteriyası | ||