Vendlər (anqlosaks. Winedas; q.skan. Vindr; alm. Wenden, Winden; dan. vendere; isv. vender; pol. Wendowie — german tayfalarına yaxın ərazilərdə yaşayan slavyanlara verilən ad. Bu termin hansısa bir homogen xalqa yox, müxtəlif xalqlara, tayfalara və qruplara müraciət etmək üçün istifadə olunurdu.
Orta əsrlərdə "vendlər" termini Müqəddəs Roma imperiyası ərazisi daxilində yaşayan qərbi slavyanları və slovenlərə müraciət etmək üçün istifadə olunurdu. Terminin hal-hazırda müasir baltikyanı-fin dillərində mövcud olduğu ehtimal olunur. Rusiya fin dilində Venäjä, eston dilində Vene, karel dilində isə Veneä adlanır.