Venediger (alm. Venedigergruppe) - Avstriyada dağ silsiləsi. Silsilə Mərkəzi - Şərqi Alplarda yerləşir və Granatspitze, Glockner, Goldberg və Ankogel silsilələri ilə birlikdə Yüksək Tauern silsiləsini yaradır. Dağ silsiləsinin ən yüksək zirvəsi Qrosvenediger dağıdır (3666 m). Silsilənin əsas hissəsi Yüksək Tauern Milli Parkının ərazisidir.[2] Silsilənin İtaliya ərazisində Rieserferner-Ahrn Milli Parkı yaradılıb.
Venediger | |
---|---|
Ümumi məlumatlar | |
Hündür nöqtəsi | Qrosvenediger[1] |
Süxurları | Qneys |
Yerləşməsi | |
47°05′31″ şm. e. 12°18′18″ ş. u. | |
Ölkə | Avstriya |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Venediger silsiləsi Avstriyanın Zalsburq federal torpaqlarında yerləşir. Kiçik bir hissəsi isə İtaliyanın avtonom Cənubi Tirol əyalətinə aiddir. Əsas hissə Avstriyayanın Şərqi Tirol əyalətinə məxsusdur. Venediger silsiləsi Yüksək Tauern silsiləsinin qərb hissəsini təşkil edir. Felber Tauern yolu silsilənin şərq tərəfindəki Salzburg və Şərqi Tirol arasında olan qrabendən keçir. Venediger - Yüksək Taurenin ən çox buzlaq olan hissəsidir.
Dağ maqmatik mənşəlidir. Hertsin dağ əmələgəlməsi dövründə yaranmağa başlamışdır. Yaranmış olan Hertsin mənşəli qranitlər yalnız Qrosvenedigerdə və Almaniyada yerləşən Şvarsvaldedə aşkar olunmamışdır. Qranitoidlərdən Alp dağlarının formalaşması vaxtı intensiv deformasiya səbəbindən qneyslər formalaşmışdır. Onların yaşı 310 — 340 milyon il təşkil edir.[3]
Adın mənşəyi haqqında dəqiq məlumat yoxdur. Əfsanələrə görə yerli çobanlar ilk dəfə olaraq dağda böyük Venediger buzlağını görmüş və onu Venesiya şəhərinin dənizdən görünən mənzərisi hesab etmiş.
Venediger silsiləsi Alp dağlarının digər bölgələri ilə olan sərhəddi belədir: şimaldan Kitzbuhel, şərqdən Granatspitze, cənubdan Villgraten, qərbdən Zillertal Aplları və cənub-qərbdən Rieserferner silsilələri ilə həmsərhəddir.[2]
Venediger silsiləsində turizm geniş inkişaf edib. Dağlıq ərazilərdə kiçik əhəmiyyətli daxmalardan tutmuş orta səviyyəli otellər fəaliyyət göstərir. Müxtəlif hündürlüklərdə onnlarca kiçik alpinist daxmaları mövcuddur.