Ventotene (it. Ventotene, lat. Pandataria və ya Pandateria, q.yun. Πανδατερία Pandatōría)[1] — İtaliyada, Apennin yarımadasının qərb sahillərində, Tirren dənizində ada. İnzibati cəhətdən Ventotene adası Latsio regionunun Latina əyalətindəki Ventotene bələdiyyəsinə aiddir.
Ventotene | |
---|---|
Ümumi məlumatlar | |
Sahəsi |
|
Yerləşməsi | |
40°47′31″ şm. e. 13°25′31″ ş. u.HGYO | |
Ölkə | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
2011-ci ilin məlumatına görə, Ventotenedə 745 nəfər yaşayır.
Ventotene Pontsa adalarının bir hissəsidir. Ada Qaetadan 21 mil (34 km) məsafədədir. Adanın uzunluğu 3 kilometr (1.9 mil), maksimum eni təxminən 800 metr (2,600 ft) qədərdir. Sahəsi 1,54 km2-dir. Adanın yaranması vulkanik fəaliyyətlə bağlıdır.[2] Ventotene və Santo-Stefano həm quruda, həm də dənizdə qorunan ərazilərə malikdir.
Pandateriya Henrik Senkeviçin "Hara gedirsən" romanında "sürgün yeri" kimi qeyd olunur.