Vera Biryukova

Vera Leonidovna Biryukova (d. 11 aprel 1998, Omsk, Rusiya) — Rusiyanı təmsil edən bədii gimnast. Vera Biryukova, 2016-cı ildə Rusiyanı XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və qızıl medal qazanıb.

Vera Biryukova
rus. Вера Бирюкова
Şəxsi məlumatlar
Vətəndaşlığı Rusiya Rusiya
Doğum tarixi (25 yaş)
Doğum yeri Omsk, Rusiya
İdman növü Bədii gimnastiкa
Boyu 169 sm
Çəkisi 48 kq

Karyerası[redaktə | mənbəni redaktə et]

Vera Biryukova, 2016-cı ildə Rusiya bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Anastasiya Bliznyuk, Anastasiya Maksimova, Anastasiya TatarevaMariya Tolkaçeva ilə birgə final yarışlarında 36.233 xal toplayaraq 1-ci yeri tutdu və Olimpiya Oyunlarının qızıl medalını qazandı.

İstinadlar[redaktə | mənbəni redaktə et]