Vera Siqnadze (tam adı: Vera Varlamovna Siqnadze, gürc. ვერა ვარლამის ასული წიგნაძე; d. 24 sentyabr 1924, Bakı, Azərbaycan SSR, SSRİ – ö. 17 iyun 2016, Tbilisi, Gürcüstan) — Gürcüstan-sovet balerinası, pedaqoqu, Gürcüstan SSR-nin xalq artisti (1955), Tbilisinin əməkdar sakini (2009).[1] Vera Siqnadze 1970-ci ilə qədər Vaxtanq Çabukianinin partnyoru olmuşdur.
Vera Siqnadze | |
---|---|
gürc. ვერა წიგნაძე | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (91 yaşında) |
Vəfat yeri | Tbilisi, Gürcüstan |
Milliyyəti | gürcü |
Vətəndaşlığı |
SSRİ→ Gürcüstan |
Fəaliyyəti |
Balerina Balet müəllimi |
Fəaliyyət illəri | 1943–2016 |
Təhsili | Bakı Xoreoqrafiya Akademiyası |
Mükafatları |
Gürcüstan SSR xalq artisti |
Vikianbarda əlaqəli mediafayllar |
Vera Varlamovna Siqnadze 24 sentyabr 1924-cü ildə Bakı şəhərində anadan olmuşdur.[2]. O, 1943-cü ildə Bakı Xoreoqrafiya Məktəbini bitirmişdir və Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının truppasına qəbul edilmişdir. O kordebaletdə rəqs edirdi, amma artıq 16 yaşında Dina Qaçinovanın rəhbərliyi altında Aleksandr Qlazunovun «Raymonda» baletində çalışırdı.[3] 1946-ci ildə Zaxarıy Paliaşvili adına Gürcüstan Opera və Balet Teatrında fəaliyyət göstərməyə başlamış, orada aparıcı solist olmuşdur. 1948-ci ildə Vaxtanq Çabukiani ilə partnyor olmuşdur.[4]
Vera Siqnadzenin rəqsi texniki xüsusiyyətləri və zərifliyi ilə fərqlənirdi. O, SSRİ-nin böyük şəhərlərində, eləcə də Fransa, ABŞ, İspaniya, Braziliya və Çilinin şəhərlərində qastrol səfərlərinə çıxmışdır.[2]
1969-cu ildə Tiflis Xoreoqrafiya Məktəbində klassik rəqs tədris etməyə başlamışdır.
Vera Varlamovna Siqnadze 17 iyun 2016-cı ildə Tbilisi şəhərində vəfat etmişdir.
2005-ci ilin dekabr ayında Gürcüstan poçtu «Gürcüstan baleti» adlı iki markadan ibarət bir marka seriyası buraxmışdır. İlk markanın üzərində Vera Siqnadze, ikinci markanın üzərində isə Vaxtanq Çabukiani təsvir edilmişdir.[4]