Vaxtanq Mixayloviç Çabukiani (gürc. ვახტანგ ჭაბუკიანი; 12 mart 1910 — 6 aprel 1992) — gürcü balet artisti, baletmeyster və pedaqoqu. SSRİ xalq artisti (1950).[1]
Vaxtanq Çabukiani | |
---|---|
gürc. ვახტანგ ჭაბუკიანი | |
Doğum adı | Vaxtanq Mixayloviç Çabukiani |
Doğum tarixi | |
Doğum yeri | Tbilisi, Rusiya imperiyası |
Vəfat tarixi | (82 yaşında) |
Vəfat yeri | Tbilisi, Gürcüstan |
Dəfn yeri |
|
Vətəndaşlığı |
Gürcüstan SSR Gürcüstan |
Fəaliyyəti | baletmeyster, xareoqraf |
Mükafatları |
|
IMDb | ID0149356 |
Vikianbarda əlaqəli mediafayllar |
Vaxtanq Çabukiani 12 mart 1910-cu ildə Tbilisidə anadan olub. Tbilisidə balet studiyasını bitirdikdən sonra Z.P. Paliaşvili adına Opera və Balet teatrının truppasına qəbul edilmişdir. 1926-cı ildə Leninqrad xareoqrafiya məktəbinə daxil olmuşdur. 1929 — 1941-ci illərdə Leninqrad Opera və Balet Teatrının solisti işləmişdir. Vaxtanq Çabukiani "Dağların qəlbi" (1938), "Laurensiya" (1939), "Otello" (1960) baletlərinə quruluş vermişdir. 1941-ci ildən Tbilisidə yaşamış, 1973-cü ilədək Z.P.Paliaşvili adına teatrın balet truppasına rəhbərlik etmiş, burada "Sinatle" (Q. Kiladze), "Qorda" (D. Toradze), "Demon" (S. Sinsadze), "Otello" (A.Maçavariani) və s. baletləri tamaşaya qoymuşdur. Otello partiyasının ifası ona böyük şöhrət qazandırmışdır və 1950-ci ildə SSRİ xalq artisti adı almışdır. "Gürcü baleti ustaları" (1955) və "Otello" (film, 1961) filmlərinin ssenari müəllifi və quruluşçu rejissorudur. ABŞ, İtaliya, Latın Amerikası və s. yerlərdə qastrolda olmuşdur. Yaponiya, İran və Macarıstanda baletləri tamaşaya qoyulmuşdur.