Verlandet

VerlandetNorveçin Askvoll bələdiyyəsində ada. Sahəsi 9 km² olan ada Bulandet adalar qrupunun şərqi boyunca uzanır. Alden adası Verlandetin təxminən 2 km şimal-şərqində yerləşir. Ada Askvoll sahilinin təqribən 16 km qərbindədir və oraya sadəcə qayıqla getmək mümkündür. Adadadakı daimi bərə dayanacağı onu Askvollun əsas kəndi ilə birləşdirir. Bundan əlavə, adada Verlandet kilsəsi, eyni zamanda, onu Bulandet adaları ilə birləşdirən bir sıra körpülər mövcuddur. Əhalisi 2001-ci ildə təxminən 200 nəfər[1] olan adada LORAN (hiberbolik radio naviqasiyası) da var.

Verlandet
nor. Værlandet
Ümumi məlumatlar
Sahəsi 9 km²
Uzunluğu 4.4 km
Eni 3.5 km
Hündür nöqtəsi 163 m
Əhalisi 200 nəfər (2001-ci il)
Yerləşməsi
61°18′07″ şm. e. 4°42′03″ ş. u.
Ölkə Norveç
Verlandet xəritədə
Verlandet
Verlandet
  1. Store norske leksikon. "Værlandet" (Norwegian). 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-03.