Bulandet

Bulandet — Qərbi Norveçdə arxipelaq. Ada qrupu Norveçdəki Askvoll bələdiyyəsinin bir hissəsidir və sahil ərazisinin təxminən 20 km qərbində yerləşir. Bulandetin şərqi boyunca VerlandetAlden adaları uzanır. Geyta mayakı arxipelağın təqribən 10 km cənub-şərqindədir.

Bulandet
Bulandetin görünüşü
Bulandetin görünüşü
Ümumi məlumatlar
Adaların sayı 300
Hündür nöqtəsi 43 m
Əhalisi 260 nəfər
Yerləşməsi
61°17′49″ şm. e. 4°37′19″ ş. u.
Ölkə  Norveç
Bulandet xəritədə
Bulandet
Bulandet
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bulandet Norveçin ən qərbindəki balıqçılıq kəndidir. Bulandet kilsəsi arxipelaqın əsas adalarından biri olan Kyempenesetdə yerləşir. Adalar bir sıra körpü və yollar vasitəsilə yaxınlıqdakı Verlandet adasına birləşir. Verlandetdəki daimi bərə dayanacağı bütün adaları Askvollun əsas kəndi ilə birləşdirir.[1]

İkinci dünya müharibəsi zamanı Bulandet Norveç, ŞetlandŞotlandiya arasındakı dəniz səyahətlərində liman kimi istifadə edilirdi. Bulandetdəki yaşayış məntəqəsi almanların hücumları nəticəsində darmadağın edilmişdir.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Store norske leksikon. "Bulandet" (Norwegian). 2022-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-03.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]