Veronika ölməyə qərar verir (port. Veronika Decide Morrer) - Paulo Koelyo tərəfindən 1998-ci ildə nəşr etdirilmiş romandır. Romanda 24 yaşlı sloveniyalı qız Veronikanın həyatından bəhs olunur. İstədiyi hər şeyi əldə etmiş Veronika ölməyə qərar verir. Əsərdə qismən Koelyonun şəxsi ruhi xəstəxana təcrübəsi (Xuan Arias tərəfindən yazılmış “Pilqrimin etirafları” adlı bioqrafiyaya baxın) və hissləri təsvir olunmuşdur. Əsərin ümumi ideyası budur ki, “kütləvi dəlilik ağlı başında olma adlandırılır.”
Veronika ölməyə qərar verir | |
---|---|
port. Veronika Decide Morrer | |
| |
Müəllif | Paulo Koelyo |
Janr | roman |
Orijinalın dili | portuqal dili |
Ölkələr | Braziliya |
Orijinalın nəşr ili | 1998 |
Tərcüməçi | Sevda Kərim |
Nəşriyyat | Qanun |
Əvvəlki | A orillas del río Piedra me senté y lloré. |
Sonrakı | Rio-Pyedranın sahilində oturdum və ağladım |
“Veronika ölməyə qərar verir” bir neçə dəfə müxtəlif ölkələrdə teatrlarda səhnələşdirilmiş, həmçinin roman əsasında film çəkilmişdir.
Bu roman, "Rio-Pyedranın sahilində oturdum və ağladım" və "Şeytan və senyorita Prim" romanları ilə birlikdə yazıçının "Və yeddinci gün" trilogiyasına daxildir.[1]
Veronika Sloveniyanın Lyublyana şəhərində yaşayan gənc və gözəl sloveniyalı qızdır, onun yaxşı həyatı olsa da, həyatda arzuladığı hər şeyi əldə etdiyini düşündüyünə görə sakitləşdirici dərman içərək özünü öldürmək qərarına gəlir. Ölümünü gözləyərkən o, otağında olan jurnalı oxumaq qərarını verir.
Jurnalda “Sloveniya harda yerləşir?” başlıqlı məqaləni gördükdən sonra, jurnalın nəşriyyata məktub yazmaq qərarı verən Veronika sui-qəsdinə haqq qazandıraraq insanların Sloveniyanın hara yerləşməsindən xəbərsiz olmasına qəzəbləndiyini bildirir. Lakin, onun sui-qəsd planı baş tutmur və özünə gəldiyi zaman Vilett adlı ruhi xəstəxanada olduğunu başa düşür. Burada ona ürəyinin ciddi zədələndiyi və bir neçə gün ömrü qaldığı xəbər verilir.
Onun bu xəstəxanada olması bütün pasientlərə, xüsusilə kliniki depressiyadan əziyyət çəkən Zedkaya, panika hücumundan əziyyət çəkən Mariyə və şizofreniyadan əziyyət çəkən Eduarda təsir edir, daha sonra Veronika Eduarda aşiq olduğunu başa düşür. Vilettdə olduğu zaman Veronika başa düşür ki, ətrafındakıların onun haqqında nə düşünməsini vecinə almadan istədiyini edə, istədiyini deyə bilər; ruhi xəstə olduğu üçün heç kim onsuz da onu tənqid etmir. Yeni əldə etdiyi azadlıq hissi sayəsində Veronika, nifrət və sevgi hissləri də daxil olmaqla əvvəllər heç vaxt yaşamadığı hissləri yaşamağa başlayır.
Vilettin baş həkimi Dr. İqor “şok edici” sərt terapiya tətbiq edir, onun təcrübəsinə görə ölümün qaçılmaz və yaxın olmasını hiss etmək insanda yaşama hissi oyatmalıdır.
Veronika ölməyə qərar verir romanının 45 dilə tərcümə hüququ satılmışdır: alban, ərəb, Azərbaycan dili, bolqar, katalan, çin (ənənəvi), çin (sadələşdirilmiş), xorvat, çex, Danimarka dili, holland, ingilis, eston, fars, fin, fransız, Qalisiya dili, gürcü, alman, yunan, ivrit, macar, island, İndoneziya dili, italyan, yapon, Koreya dili, latış, Litva dili, makedon, malay, Norveç dili, polyak, portuqal, rumın, rus, serb, slovak, ispan, İsveç dili, tay, türk, Ukrayna dili və Vyetnam dili.[2]