Çon Vhi-in (kor. 정휘 인; 17 aprel 1995, Concu) və ya sənhə adı ilə Vhi-in – Cənubi Koreya müğənnsi. Ən çox Cənubi Koreya qız qrupu olan "Mamamoo"-nun üzvü və vokalçısı kimi tanınır. 2018-ci ilin aprelində Vhi-in rəqəmsal single "Easy" ilə solo sənətçi kimi debüt etdi və 2019-cu ilin sentyabr ayında ilk sinql albomu Soar-ı yayımladı.
Vhi-in | |
---|---|
Ümumi məlumatlar | |
Doğum adı | 정휘인 |
Doğum tarixi | 17 aprel 1995 (29 yaş) |
Doğum yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni-mahnı yazarı, aktrisa, model[d], rəqqasə |
Fəaliyyət illəri | 2014-cü ildən |
Janrlar | K-pop, caz, pop musiqisi, hip-hop[d] |
Musiqi alətləri | piano, baraban |
Üzvlüyü | |
rbbridge.com/pages/artis… | |
Vikianbarda əlaqəli mediafayllar |
Çon Vhi-in yeganə uşaq olaraq nənəsi ilə birlikdə yaşadığı Cənubi Koreyanın Çollabukdo bölgəsindəki Concu şəhərində anadan olub. (Wonkwang) Vonkvan İnformasiya Sənəti Liseyini bitirib.
2014-cü ilin iyun ayında Vhi-in "Mr. Ambiguous" və EP Hello debüt singlelarını yayımladıqları zaman "Mamamoo" üzvü olaraq qrupun vokalistlərindən biri kimi rəsmi debüt etdi.[1]İlk dəfə yanvar ayında, Sola və Koreyalı müğənni Bumkeyin iştirakı ilə, qrupun ilk R&B işbirliyi olan "Don't Be Happy" mahnısında göründü.[2]
17 aprel 2018-ci ildə Vhi-in solo sənətçi kimi debüt etdi və ilk single "Easy"-ni yayımladı. 4 sentyabr 2019-cu ildə "Good Bye" adlı single ilə birlikdə Soar adlı ilk single albomunu yayımladı. Vhi-inin ilk fiziki buraxılışı olan Soar, 2019-cu ildə 23.000 -dən çox nüsxə sataraq Gaon Albom Chart-da dördüncü sıraya qalxdı. "Good Bye" mahnısı, Billboard Dünya Rəqəmsal Mahnı Satışları cədvəlini 24-cü yerdə debüt etdi.[3]
Vhi-inin ilk EP-si olan Redd 2021-ci ilin aprelində satışa çıxarıldı. Gaon Albom Qrafikində yeddinci sırada debüt etdi və bu, qrafikdə ikinci dəfə ilk onluğa daxil oldu. EP, 2021-ci ilin aprel ayında ən çox satılan 13-cü albomu oldu. 72.000 nüsxə satıldı. Əsas mahnı "Water Color" yayımlandı və Gaon Rəqəmsal Qrafikində 70-ci, Billboard Dünya Rəqəmsal Mahnılar Satışında 15-ci sıraya yüksəldi. 23 Aprel tarixində "Water Color" ın ingilis versiyası rəqəmsal single olaraq buraxıldı.
11 iyun 2021-ci ildə Vhi-in RBW ilə olan eksklüziv müqaviləsini yeniləməmək qərarına gəldi, lakin ən azı 2 il daha "Mamamoo" ilə tanıtım etməsinə icazə verən şirkətlə müqavilə imzaladı.
31 avqust 2021-ci ildə Vhi-in Ravinin The L1ve markası ilə xüsusi bir müqavilə imzaladı.[4]