Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Vidadi Paşayev (5 sentyabr 1943, Yardımlı rayonu – 11 aprel 1991, Bakı) — şair, yazıçı, tərcüməçi, kinossenarist, redaktor
Vidadi Paşayev | |
---|---|
Vidadi Abbas oğlu Paşayev | |
Doğum tarixi | 5 sentyabr 1943 |
Doğum yeri | |
Vəfat tarixi | 11 aprel 1991 (47 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | xəstəlik |
Dəfn yeri | |
Milliyyəti | Azərbaycanlı |
Həyat yoldaşı | Zenfira Paşayeva |
Uşaqları | Gülər Əhmədova, Nabat Nəzərova |
Fəaliyyəti | şair, tərcüməçi |
Təhsili |
Vidadi Abbas oğlu Paşayev 1943-cü il sentyabr ayının 5-də Yardımlı rayonunda anadan olmuşdur. Gəncə şəhərində məktəbi qızıl medalla bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olmuşdur. Moskvada Sergey Gerasimov adına Ümum-Rusiya Dövlət Kinematoqrafiya İnstitutunda (rus. Всероссийский государственный институт кинематографии имени С. А. Герасимова) təhsil almış və pedaqoji fəaliyyət göstərmişdir. Uzun müddət "Azərbaycanfilm" kinostudiyasında ssenarist, redaktor vəzifələrində çalışmışdır. Bakı, Moskva və Gəncədə yaşayıb fəaliyyət göstərmişdir. Vidadi Paşayev 1991-ci ildə Bakıda vəfat etmiş və Gəncədə dəfn edilmişdir.[1]
Vidadi Paşayev "Qobustan" jurnalında məsul katib[2], "Gənclik" nəşriyyatında baş redaktor (1970)[3], Azərbaycan Dövlət Radio və Televiziyasında İncəsənət və Radio teatrı şöbəsinin müdiri, Sergey Gerasimov adına Ümum-Rusiya Dövlət Kinematoqrafiya İnstitutunda müəllim, "Mozalan" satirik jurnalında bir sıra filmlərin ssenari müəllifi və ya redaktoru, "Azərbaycanfilm" kinostudiyasında bir sıra qısametrajlı, sənədli, elmi-kütləvi filmlərin müəllifi və ya redaktoru, "Aldanmış ulduzlar" operasının librettosunun müəllifi olmuşdur[4]. Bəzi şeirləri, hekayələri "Uzun ayrılığın sonu vüsaldır" kitabında toplanmışdır.[5]
Fransız yazıçısı Stendalın "Vanina Vanini" povestini, polyak yazıçı Yanuş Pşimanovskinin "Dörd tankçı və it" povestini Azərbaycan dilinə tərcümə etmişdir.[6]