Vidadi Məmməd oğlu Tağızadə (d. 2 iyun, 1954, Şərəfxanlı, Ağcabədi rayonu, Azərbaycan SSR – ö. 13 iyun 2014, Sumqayıt, Azərbaycan) — Telejurnalist, şair, publisist.
Vidadi Tağızadə | |
---|---|
Vidadi Məmməd oğlu Tağızadə | |
Doğum tarixi | |
Doğum yeri |
Şərəfxanlı Ağcabədi rayonu Azərbaycan SSR |
Vəfat tarixi | (60 yaşında) |
Vəfat yeri |
Sumqayıt Azərbaycan |
Vəfat səbəbi | ürək infarktı |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Atası | Məmməd |
Təhsili | Bakı Slavyan Universitetinin rus dili və ədəbiyyatı fakültəsi |
Fəaliyyəti | yazıçı |
Vidadi Tağızadə 1954-cü ildə Ağcabədi rayonunun Şərəfxanlı kəndində anadan olub. 1982-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu bitirmişdir. 10 il Ağcabədi rayonu Hindarx kənd orta məktəbində rus dili müəllimi işləmişdir.
Vidadi Tağızadə uzun illər respublika mətbuatında müxtəlif səpkili yazılarla çıxış etmişdir.
13 iyun 2014-cü ildə Sumqayıt şəhərindəki Dünya TV-də canlı olaraq yayımlanan Bu sabah verilişində dünyasını dəyişmişdir[1].